Rayon mərkəzindən 9 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində[5], erməni mənbələrində[6][7] İlxıabi formasında qeyd edilmişdir.
Toponim ilxı sözü ilə Azərbaycan dilidə at mənasında işlənən yabı sözünün birləşməsindən əmələ gəlmişdir. "At ilxısı olan yer, at ilxısı yer yanında salınan kənd" mənasını bildirir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Ayqabats qoyulmuşdur. 1946-cı ildə kənd ermənicə Haykabats adlandırılmışdır. XIX əsrə aid ədəbiyyatda kəndin adı[8]. "Ilxı Abi" kimidir. "Ilxı Abi", yə'ni Abı adlı şəxsə məxsus at ilxısının saxlandığı yerin adını əks etdirir.[9]
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 1828-ci ildən sonra azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmağa başlamışdır. 1830-cu ildə Türkiyənin Basin vilayətindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır. 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[10][11]
↑Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
↑Зелинской С.П. Экономический быт государственных крестьян в Бамбакском участии и в северной части Шорагялского участка Александропольского уезда Ериванской губернии. “Материалы для изучения экономического быта гос. крестьян Закавказского края”, том III, М., 1886. .
↑Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.102
↑Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.226
↑Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
↑Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә.Илхыјабы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
↑Bayramov A.Ə. Qədim Oğuz еllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yеr-yurd adları Bakı, 1996. .