Çıraqlı (Şörəyel)

Çıraqlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd[2].

Çıraqlı
40°44′46″ şm. e. 44°05′18″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 2,09 km²
Mərkəzin hündürlüyü 1.820 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.156 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çıraqlı xəritədə
Çıraqlı
Çıraqlı
Aleksandropol qəzası, Çıraqlı

Rayon mərkəzindən 13 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.

"İrəvan əyalətinin icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[4]

Toponim çiraq (<şirak <sirak) etnoniminə (235, s.23-24, 38, 48-56; 287, s.336-337, 350-351) "-lı" mənsubluq bildirən şəkilçisinin artırılması ilə əmələ gəlib "çiraq (şirak-sirak) tayfasına mənsub yaşayış yeri, kənd" deməkdir. Qızılbaş tayfalarından birinin adı da "çıraqlılar"dır[5]. Etnotoponimdir. Sadə quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Crarat qoyulmuşdur.

Onu da deyək ki, Çiraqlı toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və Çiraklı adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun əazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur[6].

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s.125
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 285
  5. ASE, Xc., B., 1987, s.364
  6. Qeybullayev Q. Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992, səh. 81