Bəzirxana (Şörəyel)

Bəzirxana — İrəvan quberniyasının Aleksandropol qəzasında[2], indi Ağin (Ani) rayonunda kənd.[3]1590-cı ildən mə'lumdur[4] Rayon mərkəzindən 11 km məsafədə, Arpaçayın yaxınlığında, Qırxbulaq kanalının yanında yerləşir.[5]

Kənd
Bəzirxana
40°30′56″ şm. e. 43°48′48″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Şörəyel mahalı
Rayon Ağin rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.740 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.308 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Bəzirxana xəritədə
Bəzirxana
Bəzirxana
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponim burada əkilən zəyərək bitkisindən çəkilən bitki yağı "bəzir" sözünə[6] xana sözünün qoşulmasından əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1924-cü ildə adı dəyişdirilib Dzitankov qoyulmuşdur. Azərbaycan dilində keçmişdə zəyərək bitkisindən alınan və çiraqda yandırılan yağa bəzir deyilirdi. Bu yağ kətan yağı da adlanırdı. Bəzirxana "bəzir yağı istehsal olunan yer" mə'nasındadır. Məsələn, 1727-ci ilə aid mənbədə Sisyan nahiyəsinin Dulus, Pirnaqut, Dəstəgird və b. kəndlərində bəzirxanaların olduğu qeyd olunmuşdur[7] Azərbaycanda Qax rayonunda Vəzirçal dağının, Tərtərçayın sol qolu Bəzirxana çayının[8], XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Bəzirxana[9] kəndinin adları ilə eynidir.

1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[10][11]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
  3. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  4. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633. .
  5. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Бәзирхана // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  6. Гəдим Огуз eллəpинин — Aғбабa, Шөpəjeл вə Пəмбək бөлҝəларинин jep-jyрд адлары (топонимлəpи). Мүəллифи: Аслан Бajpамов; Елми редактору: Тофиг Əhмəдoв. Сумгajыт: "Göytürk" мəтбəəcи, 1996. s.159
  7. Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1997. .
  8. Kitabi=Dədə Qorqud. Bakı, 1988. .
  9. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
  10. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852. .
  11. Bayramov A.Ə. Qədim Oğuz еllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yеr-yurd adları Bakı, 1996. .