Boğazkəsən — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd.[2][3][4][5].
Tarixi Azərbaycan əraziləri | |
Boğazkəsən | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Şörəyel mahalı |
İndiki adı | Dzorakap |
Adının dəyişdirilmə tarixi | 1935 |
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Şirakel nahiyəsində çəkilir.[6][7] 1914-cü ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmiş ermənilər yerləşdirilmişdir. 1935-ci ildə kənd ermənicə Dzorakap adlandırılmışdır. Coğrafi adlarda boğaz sözü insan boğazı formalı yer, dar yer, dar keçid mənasını kəsb edir. Azərbaycanda Qızılboğaz dağı adında (Laçın r-nu), Türkmənistanda Qaraboğazgöl və b. toponimlərdə boğaz sözü bu mənadadır. Toponimin «kəsən» hissəsi isə türk dillərində gəzən «dağ belində batıq yer», «gəz», kəsən isə «daş çıxarılan yer», «karxana» deməkdir. Cəbrayıl r-nunda Daşkəsən (hünd. 60 m olan bu təpədə keçmişdə daş karxanası vardı), Qəbələ r-nunda Daşkəsən (Qəbələ qalasından şərqdə Yengicə kəndinin cənub-şərqində Camal meşəsində daş karxanası olan yer), Daşkəsən r-nun mərkəzi olan Daşkəsən (bu toponimdə daş filiz mənasındadır), Culfa r-nunda Kəsən-daş (Kiçik dağ) və b. toponimləri buna misal göstərmək olar. 1621-ci ilə aid mənbədə İrəvan əyalətində Mantaş-Kəsən[8] [9] 1727-ci ilə aid sənəddə isə Dağlıq Qarabağın Dizak mahalında Taşkəsən adlı kənd [171] adları qeyd olunur. Lakin başqa türk dillərində kəsən (əsli kəzən) həm də «çökək yer», «aşağı yer», «dağ belinin çuxuru», «aşırım», «dağ çökəki» mənalarındadır[10] Sözün bu mənası ,məsələn. Ağkəsən (Qax r-nu) dağ adında əksini tapmışdır. Qazaxıstanda Kara Kəzən, Qızıl Gəzən və s. toponimlər vardır. XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında Boğazkəsən kəndinin[11] [12](133, 40) və XIX əsrdə Qars əyalətinin Qars dairəsində Darboğaz dağının adları ilə mənaca eynidir. Bosfor boğazının Avropa sahilində Sultan I Bayazid tərəfindən tikilmiş və həm də Gözəlcəhisar adlanmış Boğazkəsən qalasının adı ilə [13][14] əlaqəsi yoxdur, ona görə ki, bu ad boğazdan hər hansı bir xarici gəminin qarşısını kəsməyin mümkün olması ilə bağlı idi.