Bəykənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd.[2][3][4]
Kənd | |
Bəykənd | |
---|---|
40°38′21″ şm. e. 43°58′06″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Şörəyel mahalı |
Rayon | Ərtik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.720 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Erməni mənbələrində kəndin adı Bekyan, Kiçik Bekyand kimi qeyd edilir[5]. Rayon mərkəzindən 5 km şimalda, Alagöz dağının şimal-qərbində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Bəykənd kimi[6], Qafqazın 5 verstlik xəritəsində Kiçik Bekand formasında[7] qeyd edilmişdir.
Toponim qədim türk dilində "təpə, yüksəklik" mənasında işlənən bək (bak < bəy) sözü ilə[8] kənd sözünün birləşməsindən əmələ gəlib "təpəlik, dağlıq yerdə yerləşən kənd" mənasını bildirir. Bəykənd sonralar XIX əsrin ortalarında Böyük Bəykənd kəndindən yaranmış məntəqədir. Mənbədə Bekand kimidir (yenə orada). Ona görə də toponimin bəy və kənd sözlərindən ibarət olması ağlabatan deyil. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Digər adı Kiçik Pərni. 1920-ci ildə adı dəyişdirilib Pokr Parni, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. V.1969-cu il fərmanı ilə yenidən adı dəyişdirilib Anuşavan (Anuş şəxs adıdır) qoyulmuşdur.[9]
1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[10][11]