Xaçakilsə

Xaçakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd.[2]

kənd
Xaçakilsə
40°36′ şm. e. 44°01′ ş. u.
Ölkə  Ermənistan
Region [[Şörəyel mahalı]]
Rayon [[Ərtik rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.020 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.040 nəf. (2011)[1]
Rəsmi dili erməni dili
Xəritəni göstər/gizlə
Xaçakilsə xəritədə
Xaçakilsə
Xaçakilsə

Tarixi[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 6 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Xaçkilsə kimi qeyd edilmişdir[3].

Toponim «cüt, qoşa», «bir-birinə yaxın sivri uclu şiş təpəli iki fiziki-coğrafi obyekt» mənasında işlənən xaça sözündən[4] və «dini məbəd» mənasını bildirən kilsə sözündən əmələ gəlmişdir.

Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.

«Xaça» sözü indi Azərbaycan dilində «haça» formasında işlənir. Azərbaycan dilində x~h səsəvəzlənməsi qanunauyğun haldır və bu özünü xansı-hansı, xamusu-hamısı sözlərində göstərir [5].

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Paros, 30.l.1961-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək Nahabetavan qoyulmuşdur.

Əhalisi[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.127
  4. Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.147
  5. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı, Bakı Universiteti nəşriyyatı, 1990. s.20, 117

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]