WATCH-FIRE
WATCH-GUARD
OBASTAN VİKİ
Watch
"Watch" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. 29 iyun 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən mini-albomun üçüncü sinqlı olaraq buraxılıb.
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. == Tarixi == 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur.Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi. Bundan başqa bu cür şüşələrlə təchiz olunmuş sensorlu mobil cihazların sensor matrisi daha həssas olmuş və optik xüsusiyyətlər yüksəlmişdi.Gorilla Glass aluminosilikatdan hazırlanmış cızıq və zərbələrə davamlı çox etibarlı bir şüşədir.
Apple Watch
Apple Watch — "Apple Inc." tərəfindən istehsal olunan ağıllı saatlar xətti. Bu, fitnes izləmə, sağlamlıq yönümlü imkanlar və simsiz telekommunikasiyanı özündə birləşdirir. iOS və digər "Apple" məhsul və xidmətləri ilə inteqrasiya olunmuşdur. Apple Watch 2015-ci ilin aprelində buraxıldı və tez bir zamanda ən çox satılan geyilə bilən cihaz olmuşdur. 2015-ci maliyyə ilinin ikinci rübündə 4,2 milyon ədəd satılmışdır."Apple" hər ilin sentyabr ayında təkmilləşdirilmiş daxili komponentlərə malik "Apple Watch"ın yeni nəslini təqdim etmişdir. Onlardan hər biri Apple tərəfindən 'Series' olaraq etiketlənir, lakin müəyyən istisnalar var. 2016-cı ilin sentyabr ayında "Apple Watch"ın ikinci nəsli müxtəlif daxili komponentləri olan iki seriyaya – "Series 1" və "Series 2"yə bölünmüşdü. 2020-ci ilin sentyabr ayında "Apple Watch"ın altıncı nəsli müxtəlif daxili komponentləri daşıyan "Series 6" və "Budget SE"yə bölünmüşdür. 2022-ci ilin sentyabr ayında "Apple Watch"ın səkkizinci nəsli "Series 8"yə, "SE" və "Ultra"ya bölünmüşdür.Hər bir seriya ilkin olaraq saat korpusunun materialı, rəngi və ölçüsü ilə müəyyən edilən çoxsaylı variantlarda satılır. "Series 3"dən başlayaraq, digər materiallarla birlikdə standart olaraq gələn LTE mobil bağlantısı üçün alüminium variantlarda seçim təqdim edilmişdir.
Watch Dogs
Watch dogs - Ubisoft Montreal tərəfindən hazırlanan, Ubisoft tərəfindən satışa çıxarılan açıq-dünya aksion-macəra oyunudur. Bu oyun 27 may 2014-cü il tarixində satışa çıxarılmışdır. Oyundakı hadisələr Amerikanın Çikaqo şəhərində cərəyan edir. Baş qəhrəman Aiden Pearce yüksək ixtisaslı hackerdir. O şəhərin operativ sistemi ilə əlaqədar olan və onları kontrolda saxlamaq üçün lazım olan hər bir cihaza çıxış əldə edə bilir. Bu oyunun şüarı belədir: "Hər şey qarşılıqlı təsir ilə biri o birinə bağlıdır, əlaqə - bu gücdür". Watch dogs-da olacaq bütün hadisələr açıq dünyada olacaq. Həmçinin, Gameplay özündə gizli elementləri - mobil əlaqəni, işıqforları, idarə etməni, müşahidəni cəmləşdirir. Bu oyun təkcə tək oyunçulu deyil, həm də korporativ çox oyunçulu rejimdə də mövcuddur.
Human Rights Watch
Human Rights Watch — dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı.
Watch My Dance