Nanay (nəğmə)

Nanay — mərasim nəğməsi[1]. Ağızla çalınan oyun havası.[2]

Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır[3].

Nanaylar Ağbaba mahalında

[redaktə | mənbəni redaktə et]

Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır[4].

Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar. Təsadüfi deyil ki, nanay sözünün etmologiyası da ana, nənə sözündədir. Nanaylar mərasim nəğmələri kimi yadda qalandır. Bu mərasim də daha çox Novruz bayramında ifa olunurdu, oxunurdu, deyilirdi, yayılırdı. Təbii ki, nanay oxumaları Ağbaba mahalında bulaq başından başlanırdı. Bu mahnı adətən qız-gəlin məclislərində olurdu. Qız-gəlin məclisləri gərək idi ki, qapalı olsun. Kənd yerlərində mühafizəkarlıq güclü olur. Kişi cinsi orada iştirak eləməli deyil. Bulaq başından sonra küləkgetmə deyilən bir adət var idi ki, onu yerinə yetirirdilər. Yəni yellənirdilər. Təbii ki, bu hərəkəti yerinə yetirməklə yanaşı mahnı da oxuyurdular. Bu mahnıya yelləmə, yaxud nanayarası deyirdilər[5].

Nanaylar Lənkəranda

[redaktə | mənbəni redaktə et]

Lənkəranın Şərəfə kəndində yaşayan və başqa bir üslubu təmsil edən Həsənova Həcərin solo oxumasında «Nanay» adlı mahnının özünəməxsus melodiyası sırf vokal ifa formasına görə məşhur «Darçını» instrumental rəqs havasının daha əksi bir variantıdır[6].

  1. "LƏNKƏRANIN MUSIQI FOLKLORUNA DAHA BIR BAXIŞ — musigi-dunya.az saytı". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-26.
  2. Azərbaycan dilinin dialektoloji lüğəti
  3. Tacir Səmimi, "Gülsehran", Bakı, "Apostrof" çap evi, 2009. səh.146
  4. Güllübulaq kəndi[ölü keçid]
  5. Ramid İbrahimov. "Düşmənin tarixdən silə bilmədiyi xalq yaradıcılığımız" (az.). bizimyol.info. 6/5/2014 [10:45]. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-24.
  6. "Fəttah XALIQZADƏ, "LƏNKƏRANIN MUSIQI FOLKLORUNA DAHA BIR BAXIŞ" — musigi-dunya.az saytı". 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-26.