Qoçyataq — Azərbaycanın Qax rayonu ərazisində şəlalə. Şəlalə rayonun İlisu kəndindən 9 km şərqdə, Hamamçay çayının üzərində yerləşir. Qoçyataq şəlaləsi Azərbaycan-Rusiya dövlət sərhəddinin yaxınlığında yerləşir. Hündürlüyü təxminən 35-50 metr, eni isə 1 metr olan şəlalə il boyu bol suludur. Qoçyataq yaxınlıqda yerləşən dağın adıdır. Suqovuşan adı isə yaxınlıqda çaya digər kiçik çayın birləşdiyinə görə verilmiş. Şəlaləyə gedib çatmaq yetərincə çətindir. İlisu kəndindən bu istiqamətdə ancaq 5 km-lik məsafəni avtomobillə getmək mümkündür. Sonra yolu atla və ya piyada getmək mümkündür. İlisu mineral bulağından sonra yol çay boyu və dar kanyonvarı dərədən keçir. Qoçyataq şəlaləsinə gedən yolda 2 şəlalə də mövcuddur. Qoçyataq şəlaləsi Azərbaycanın ən hündür bol sulu şəlalələrdən biridir.
Qoçyataq | |
---|---|
Ümumi məlumatlar | |
Hündürlüyü | ≈ 35-50 m |
Eni | 1 m |
Çay | Hamamçay |
Yerləşməsi | |
41°30′ şm. e. 47°07′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | |
Kənd | İlisu |
|