XÜLYA

[ ər. ] Xəyal, xəyalət, xamxəyal, fantaziya.
Birdən lap qulağının dibində eşidilən qəfil bir qışqırıq Qadiri bu xülyalarından ayırdı. Ə.Əbülhəsən.
Haman bu Yalınçaq bəy də Baniçiçəyi almaq xülyasına düşmüşdü. M.Rzaquluzadə.
Həmid bu məsud şirin xülyalara o qədər dalır ki, balaca Müslümün başını onun dizinə qoyaraq, yuxuladığını hiss etməyir. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XÜLYA xülya bax xəyal 1

Antonimlər (əks mənalı sözlər)

  • XÜLYA XÜLYA – REAL Birinin görürsən ki, başında xülyası var (S.Rüstəm); Yazıçı real hadisələri qələmə almışdır
XÜLUS
XÜLYAÇI
OBASTAN VİKİ
Xülya Cəfərova
Xülya Sabirli və ya Xülya Cəfərova (tam adı: Xülya Rabil qızı Sabirli; 17 fevral 1992, Qəbələ) — Azərbaycanlı yazıçı, jurnalist, pedaqoq və tərcüməçi. Xülya Sabirli 1992-ci il fevralın 17-də ziyalı ailəsində anadan olmuşdur. İki övladı var. Orta təhsilini 1998–2009-cu illərdə Bakı şəhərində Qafqaz Özəl Gimnaziyasında almışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuş, 2013-cü ildə adı çəkilən universiteti bitirmişdir. Elə həmin ildə o, Bakı Dövlət Universitetinin magistraturasına daxil olmuşdur. 2016-cı ildə magistratura pilləsini fərqlənmə ilə bitirmiş və beynəlxalq jurnalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. Hazırda AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır. Hazırda Amerikanın Vaşinqton universiteti ilə Azərbaycan Dövlət Pedaqoji universitetinin "Təhsilin idarəedilməsi" ixtisası üzrə magistratura ikili diplom proqramında təhsil almaqdadır. Xülya Sabirli peşəkar əmək fəaliyyətinə 2012-ci ildə Lider televiziyasında jurnalist və teleaparıcı kimi başlayıb.
Xülya Sabirli
Xülya Sabirli və ya Xülya Cəfərova (tam adı: Xülya Rabil qızı Sabirli; 17 fevral 1992, Qəbələ) — Azərbaycanlı yazıçı, jurnalist, pedaqoq və tərcüməçi. == Həyatı == Xülya Sabirli 1992-ci il fevralın 17-də ziyalı ailəsində anadan olmuşdur. İki övladı var. == Təhsili == Orta təhsilini 1998–2009-cu illərdə Bakı şəhərində Qafqaz Özəl Gimnaziyasında almışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuş, 2013-cü ildə adı çəkilən universiteti bitirmişdir. Elə həmin ildə o, Bakı Dövlət Universitetinin magistraturasına daxil olmuşdur. 2016-cı ildə magistratura pilləsini fərqlənmə ilə bitirmiş və beynəlxalq jurnalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. O, 2017-2020-ci illərdə AMEA Hüquq və İnsan Haqları İnstitutunda doktorantura səviyyəsi üzrə təhsilini davam etdirmişdir. Ardınca Amerikanın Vaşinqton universiteti ilə Azərbaycan Dövlət Pedaqoji universitetinin "Təhsilin idarəedilməsi" ixtisası üzrə magistratura ikili diplom proqramında təhsil almışdır. == Fəaliyyəti == Xülya Sabirli peşəkar əmək fəaliyyətinə 2012-ci ildə Lider televiziyasında jurnalist və teleaparıcı kimi başlayıb.

Digər lüğətlərdə