XƏLƏT

is. [ ər. ]
1. Bəxşiş, hədiyyə.
Hərə bir cür xələt götürüb Eyvazı pişvaz elədilər. Koroğlu”.
[Hacı Mehdi:] Sənə də bir yaxşı xələt verərəm. Ə.Haqverdiyev.
[Bəşir:] Sona xala, oğlunu yola gətirmişəm.
De görüm, mənə nə xələt verəcəksən? S.S.Axundov.

// Toy, nişan mərasimlərində verilən hədiyyə.
Novruz bayramında qız üçün bayram xələti, novbar meyvə, yemiş alıb göndərərdilər. H.Sarabski.

2. bax xalat 2-ci mənada.
Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki: – Xələti-şahanəni gətirin, qibleyialəmi geyindirin! M.F.Axundzadə.
Ağ xələt bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər.
Bir azdan sonra dəhlizdə böyük lampalar yandı, Əbülfət Mirzə əynində tirmə xələt qapını açdı. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏLƏT hədiyyə — bəxşiş — sovqat — ənam
  • XƏLƏT 1. XƏLƏT/XALAT [Qətibə] yata bilmədi, yatağından qalxıb xələtini üstünə saldı, otağın qabağındakı güllərin dibində oturdu (M
XƏLƏLDAR
XƏLƏT-BARAT
OBASTAN VİKİ
Xələt
Xələt — adətən bütün bədəni örtən uzunqol və uzunətək geyim növü. Xələt müxtəlif təyinatlı ola bilər: hamam xələti, çimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.

Digər lüğətlərdə