XƏLİTƏ

is. [ ər. ]
1. bax külçə 1
Maqmanı bir xəlitə kimi fərz etmək olar. M.Qaşqay.

2. Metaləridən sobalarda əridiləcək metalların müəyyən nisbətlərdə qatışığı.
XƏLİFƏLİK
XƏLQ
OBASTAN VİKİ
Xəlitə
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir. Xəlitələr iki üsulla alınır: 1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur 2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu). Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir.
Bərk xəlitə
Bərk xəlitə - tərkibində volfram, titan, tantal karbidləri və kobalt qarışığından ibarət metal-keramik tərkibli alət materialıdır. Tərkibində olan bu karbidlər yüksək kəsicilik xassələrini təmin edirlər. Bu xassələr tezkəsən alət polada nisbətən qat-qat yüksəkdir. Bərk xəlitənin özlülüyü aşağıdır. Kobalt bərk xəlitədə özlülüyə və möhkəmliyə təsir edərək sementləşdirici rolunu oiynayır. Onun miqdarı artdıqca xəlitənin əyilməyə və zərbəyə qarşı möhkəmliyi də artır. Ümumilikdə bərk xəlitələr əyilmədə və kəsilmədə aşağı, sıxılmada isə yüksək möhkəmlik göstərirlər. Bu effektdən istifadə edərək kəsici alətlərin qabaq bucağı mənfi qiymətdə hazırlanır ki, kəsmədə sıxılma deformasiyası yaransın. Bərk xəlitədən hazırlanmış alətlər 800÷900 °C temperaturda öz kəsicilik xassələrini saxlayırlar. Metal-keramik bərk xəlitələr tərkibindəki karbidlərin sayına görə: bir (BK), iki (TK) və ya üç karbidli (TTK) olurlar.
Forma yaddaşlı xəlitələr
Forma yaddaşlı xəlitələr uyğun əməliyyatdan sonra temperaturun təsiri altında struktur çevrilmələri sayəsində öz əvvəlki formasını alır. Bu xəlitələr 8%-ə qədər uzanma deformasiyasını dəf edərək geri qayıda bilir. Temperatur aktivliyini nəzərə alaraq prosesin tezliyi 2Hs-dən böyük olmur. === Tərkibi === Forma yaddaşlı materiallarda deformasiya mexanizminin əsasında geriyə dönə bilən termosərtlikli martensit çevrilməsi durur. Austenit tərkibli materialın deformasiyası zamanı o bir haldan digərinə - martensitə çevrilir. Bu materiallarda martensit yüksək termosərtliyə malikdir. Çevrilmə temperaturundan yuxarıda qızdırma zamanı əks proses baş verir, yəni martensitdə yaranan daxili gərginliklər, materialın strukturunu əvvəlki vəziyyətinə qaytarmağa çalışır. Keçid, deformasiyaya uğrayan kristal qəfəsin yenidən düzlənməsi ilə müşayiət olunur. Material öz əvvəlki formasını alır və soyuduqda yenidən martensitə çevrilməsinə baxmayaraq bu formanı saxlayır. Qəfəslərdə bu və ya digər istiqamətdə deformasiya zamanı ayrı-ayrı fazaların dənəciklərinin sərhəd səthləri boyunca yaranan sürtünmə nəticəsində histerezis effekti meydana gəlir.
Mis-nikel xəlitəsi
Mis-nikel xəlitəsi — mis əsaslı xəlitə, onun əsas aşqar vurma elementi nikeldir. Mis və nikelin qarışdırılması nəticəsində yaranan xəlitə korroziyaya qarşı davamlılığı güclənir, elektrik müqaviməti və möhkəmlik isə artır. Mis-nikel xəlitəsi əsasən elektrotexnika və konstruksiya tipli olur. Konstruksiya xəlitəsi korroziyaya qarşı yüksək dərəcədə davamlıdır. Konstruksiya tipli mis-nikel xəlitəsinə neyzilber və melxior aiddirlər. Melxior nikellə misdən alınan, bəzən dəmir və manqan da əlavə olunaraq hazırlanan gümüşəoxşar ərintidir. Adətən melxiorun tərkibinə 5–30 % nikel, ≤0,8 % dəmir və ≤1 % daxil olur, qalanın hamısı misdən ibarətdir. Neyzilber 5–35 % nikeldən və 13–45 % manqandan ibarət mis xəlitəsi. Bu tip xəlitəyə yüksək elektrik müqavimət və elektriki cərəyanla hərəkət etdirən qüvvə xasdır, kopel və konstantan bu növə aiddir. Konstantan nikel (39–41 %) və manqan (1–2 %) əlavə olunmuş termostabil mis əsaslı (təxminən 59 %) xəlitədir.

Digər lüğətlərdə