XALVAR

is.
1. Azərbaycanın müxtəlif yerlərində müxtəlif ağırlıqda (təxminən 400 kq ağırlığında) olan köhnə çəki ölçüsü. Hesab var dinarla, bəxşiş var xalvarla. ( Ata. sözü ).
[Hacı Mehdi:] Demək ki, bugünkü qiymət, xalvarı 25 tümən? M.S.Ordubadi.
[Cavad:] O günləri Məşədi Babanın qızının kəbini kəsiləndə iki xalvar buğda, … bir kəllə qənd və bir girvənkə çay gətirmişdilər. B.Talıblı.

2. məh. Bir xalvar toxum əkiləcək qədər sahə.
Zeynəb Heydərə gələndən üç il sonra Kərbəlayı İsmayıl vəfat edib … və iki xalvar zəmi qoyub getdi. C.Məmmədquluzadə.

◊ Bir xalvar – çoxlu, külli miqdarda.
[Hikmət İsfahani:] …Mən axı o ruznaməyə hər ay bir xalvar pul xərcləyirəm. M.İbrahimov.
[Maral:] Sizdən də Kayana bir xalvar salam-dua aparıram. Ə.Əbülhəsən.

XALTURAÇILIQ
XAM
OBASTAN VİKİ
Xalvar
Xalvar— çəki ölçü vahidi. Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi.

Digər lüğətlərdə