XARİQÜLADƏ

sif. [ ər. ]
1. Qeyri-adi, qeyri-təbii, bu vaxta qədər misli görünməmiş, təbiət xaricində olan. Xariqüladə qüvvələr. Xariqüladə hadisələr. Xariqüladə qəhrəmanlıq.
2. Adi qaydadan xaric, qeyri-adi, fövqəladə.
Boşanmaq təklifi [Mehriban] üçün xariqüladə bir şey idi. S.Hüseyn.
Amma Saday yoldaşlarına ürək-dirək verəndə, elə xariqüladə bir qüdrət sahibi olduğunu bilməzdi. M.Hüseyn.
Mahmud Sərdarın dediyinə inanmırmış kimi, bir an quruyub qaldı.
O, xariqüladə bir qüdrətə malik zənn etdiyi bu adamın vurula biləcəyinə heç cür inanmazdı. P.Makulu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XARİQÜLADƏ qəribə — qeyri-adi — fövqəladə — müstəsna
  • XARİQÜLADƏ xariqüladə bax fövqəladə 1

Etimologiya

  • XARİQÜLADƏ Xariq sözü ərəbcə “nəzərdə tutulan çərçivədən, normadan kənara çıx­maq” deməkdir. Adə sözü mənaca adi kəlməsinin eynisidir
XARİQƏLİ
XARİQÜLADƏLİK

Digər lüğətlərdə