XİRİDAR

is. [ fars. ]
1. Alıcı, müştəri. Malın xiridarı yoxdur.
– Mətaın atma bazarə; Xiridar olmayan yerdə. M.V.Vidadi.
Qədrikəmali-hüsnü bilir aşiqi-həzin; Əlbəttə, qədri-zərri xiridar olan bilir. S.Ə.Şirvani.

// Məc. mənada.
[Zakir] hüsnünə xiridar olandan bəri; Saf cana yetişib ziyan əlindən. Q.Zakir.

2. məc. Bir şeyin qiymətini bilən, ona lazımi qiymət verə bilən, başa düşən; sərraf. Söz xiridarı.
– Hicrana yandı canım, tüstüsüdür dağdakı çən; Canımı hərraca qoydum, de, xiridarı hanı? Şəhriyar.
İsi dayının “tərzi-ifadəsi” Məmmədsadığın olduqca xoşuna gəldi. O belə “tərzi-ifadə” nin xiridarı idi. Lakin İsi dayının “tərzi ifadəsi”ni çətin anladı.
“Məkruf” sözünü o bilirdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XİRİDAR xiridar bax müştəri I

Etimologiya

  • XİRİDAR Farsca xərid “satın alma”, xiridar “satın alan” deməkdir. Xəridən (satın almaq) məsdəri ilə qohumdur
XİRİD
XİRQƏ

Digər lüğətlərdə

исправи́тель ле́пка отупе́вший приуныва́ть разнома́стно свисту́лька эве́н военкома́тский галча́чий ге́йзерный до последней запято́й отстрани́ть рыхлова́то стре́кот фосфоросодержа́щий б chrismation epicurism eyestring Gruyère cheese library shot self-control кондовый самоуверенность страшно