[Fərman:] Bircə de görüm, əmim ağa ilə qohum olmaqdan xoşnuddurmu?
[Araz və Günəş] hər şeydə qənaətkar, hər zaman həyatlarından məmnun və xoşnud görünürlərdi.
[Şah:] Sizi məşrutəçi cavanlar göndəriblər, mən də xoşnudam ki, məmləkətdə belə zəki cavanlar tapılır.
□ Xoşnud etmək – razı salmaq, məmnun etmək.
Keçmiş vaxtlarda teatr işlərimiz və teatr nümayişlərimiz məni o qədər məmnun və xoşnud eləməzdi, nə qədər ki indi eləyir.
Xoşnud olmaq – razı düşmək, məmnun olmaq.
Məndən təki ol xatirin olsun xoşnud; Şadəm ki, salır fələk bu zindanə məni.
[Dərviş:] Bu dəliqanlılar məni dərdimin üstündə doğrayıb itlərə atsaydılar, baxtımdan çox xoşnud olardım…
[Rəşid:] Anası xoşnud olur, zira nə qədər Qurbanquluya təklif etmişdisə də, rədd cavabı almışdı.