XURD-XƏŞİL

zərf Əzik-əzik, xıncımxıncım, sağ-salamat yer qalmamış, sınıqsınıq.
Amma birdən işdi mən çölə-zada çıxmalı olsam, sən gərək xurd-xəşil olasan. Koroğlu”.
Elə o günü məntəqəyə bütün bilək sümüyü xurd-xəşil olmuş bir yaralı gətirdilər. Ə.Əbülhəsən.
[Qarakişi Hümmətə:] Sən öləsən, [Yusif] səni boz atdan elə salacaq ki, qabırğaların xurd-xəşil olacaq. B.Bayramov.

□ Xurd-xəşil etmək – bərk əzişdirmək, əzik-əzik etmək, bədənində sağ-salamat yer qoymamaq.
Mollabacı biçarə mütəəlliməni xurd-xəşil edəndən sonra həyətə çıxdı və üzünü qonşuya tutub, ağzına gələni dedi… Çəmənzəminli.
[Sərnişinlərdən biri:] Dünən Qara şəhərdə qoca bir arvadı tramvay aldı altına, xurd-xəşil elədi. Qantəmir.

Etimologiya

  • XURD-XƏŞİL Sözün birinci hissəsi farsca xord (xırda) kəlməsinin dəyişmiş forma­sı­dır. Xəşil isə “əzilmiş, qarışmış” deməkdir
XURCUN
XURMA
OBASTAN VİKİ
Xəşil
xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). (2 nəfərlik) 1 stəkan un 3 stəkan qaynadılmış soyuq su 1/3 çay qaşığı duz Bəkməz (doşab) əridilmiş kərə yağı Şəkər tozu Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.

Digər lüğətlərdə