YARDIMÇI

sif.
1. Yardım edən, kömək edən; kömək göstərən.
2. Əsas deyil, ikinci dərəcəli rolu, əhəmiyyəti olan, əsas şeyə kömək edən; əlavə. Yardımçı təsərrüfat. Yardımçı material.
YARDIM
YARDIMÇILIQ
OBASTAN VİKİ
Yardımçı
Yardımçı (tam adı: yardimci.az) — Koronavirus COVID-19 pandemiyasının yayıldığı ilk günlərdə 27 mart 2020 tarixində zərurətdən yaranmış, sosial məsuliyyətlilik çərçivəsində fərdlərin təşəbbüskarlığı ilə ərsəyə gəlmiş xeyriyyəçilik fəaliyyəti məqsədi ilə yaradılmış sosial layihə. Azərbaycan və MDB məkanında yaradılmış ilk tam təkmin onlayn xidmət göstərən xeyriyyə (Yardım) platforması. XI əsrdə ilk dəfə olaraq pandemiya xarakterli Koronavirus xəstəliyi 2019-da yayılması yeni növ xeyriyyə cəmiyyətlərinin, fondların, təşkilatların yaranmasına rəvac verdi. Müasir dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizəyə yeni yanaşma metodları, müasir texnologiyadan istifadə etmək məcburiyyəti yarandı. Bu baxımdan Yardımçı layihəsi MDB və Azərbaycan məkanında ilkə imza ataraq onlayn yardım prosesinə start verdi. Yardımçı layihəsi heç bir fərdin, o cümlədən dövlət və özəl qurumların birbaşa rəhbərliyi altında yaradılmayıb. Koronavirus COVID-19 pandemiyasına qarşı Azərbaycan vətəndaşlarının bir-birinə onlayn yardım göstərməsi məqsədilə yaradılıb. İanələr könüllülük prinsipi əsasında edilir. Maddi maraq və ya korperativ məqsədlər daşımır. Layihənin təşəbbüskarları aidiyyatlı qurumlarla təmənnasız işbirliyi qurmuş, dəstəkçilər və könüllülərdən ibarət qrupla fəaliyyətə başlamışdır.
Yardımçı hakim
Futbol hakim köməkçiləri (1996-cı ilə qədər laynsmen (ing. linesman) və ya laynsvumen (ing. lineswoman ) kimi tanınırdılar) — oyun zamanı referiyə qaydalara riayət etməsində kömək edə biləcək şəxslər. Futbolun ən mütəşəkkil səviyyələrində hakim briqadası 3 nəfərdən ibarət olur, onların ikisi köməkçi qismində, biri isə baş hakim kimi oyunu idarə edir. Onların əsas vəzifələri topun çıxdığını və hansı komandanın oyunçuları topu oyuna yenidən qaytarmaq hüququna malik olduğunu göstərmək, oyundan kənar vəziyyət baş verərsə, bunu baş hakimə bildirmək və hakimin görmədiyi məqamlarla bağlı ona məsləhət verməkdədi. Yerli oyun qaydalarından və hakimin mülahizəsindən asılı olaraq, köməkçi hakim müxtəlif inzibati vəzifələridə görə bilər. Məsələn, əgər baş hakim oyunu hər hansısa səbəbdən davam edə bilmirsə, onu köməkçi hakimlərdən biri əvəz edə bilər, həmçinin əvəzləmə vaxtı oyunçulara nəzarət edə bilər. Köməkçi hakimlər məsləhətçi rolunda çıxış edirlər, və onların verdiyi hər fikiri baş hakim ləğv edə bilər. Yüksək səviyyəli oyunlarda referiyə dördüncü hakim kömək edir. Dördüncü hakimin vəzifəsi, bir qayda olaraq, inzibati xarakter daşısada, qaydalardan və hakimin qərarlarından asıllı olaraq dəyişə bilər.

Digər lüğətlərdə