YARĞAN

is. Müvəqqəti su axınlarının əmələ gətirdiyi dikyamaclı çuxur.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YARĞAN yarğan bax uçurum 1

Antonimlər (əks mənalı sözlər)

  • YARĞAN YARĞAN – DÜZ Yarğan yarar sinəsini dağların; Sular ovur sinəsini dağların (R.Rza); Yaradan insanlar, quran insanlar; Tutmuş başdan-başa geniş düzləri

Etimologiya

  • YARĞAN Müasir dilimizdə bu söz suyun açdığı uçurumu bildirir. Mənbələrdə yar kimi qeydə alınıb və ruscaya “овраг” kimi tərcümə edilib
YARĞAC
YARĞANOTU
OBASTAN VİKİ
Yarğan
Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur. Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Yarğan – mənfi xətti relyef forması, dar, dik yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır.
Dəlinmiş yarğanotu
Thlaspi perfoliatum L. = Microthlaspi perfoliatum (L.) F. K. Mey. == Qisa morfoloji xüsusiyyətləri == Hündürlüyü 3-30 sm olan, çılpaq, göyümtülyaşıl rəngli, birillik ot bitkisidir. == Yarpaq == Gövdə yarpaqları tamkənarlıdır, gövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır. Kökətrafı yarpaqları saplaqlıdır. == Çiçək == Ləçəkləri ağ rəngdədir, kasacıqdan iki dəfə uzundur. Qınları əksinəyumurtaşəkillidir, qanadları dairəvi olub, damarlanması aydın seçilmir. == Çiçəkləməsi == Aprel-May == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == Abşer., Qob.,BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi. Nax., Lənk., Muğ. Ovalıqdan, orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Çəmənlərdə, kollar arasında, alaqlı və çaqıl daşlı yerlərdə rast gəlinir.
Yarğanotu
Yarğanotu (lat. Thlaspi) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Bir və ya çoxillik otlardır. Yarpaqları oval formalı, çiçəkləri ağ, bəzən çəhrayı olur. Meyvəsi buynuzcuqdur, Avropa, Asiya və Şimali Amerikada 70, Azərbaycanda isə 8 növü yayılmışdır. Bunlardan üçü (Th. armenum, Th. szovitsianum, Th. rostratum) Azərbaycan florası üçün endemdir. Bəzi növlərinin (Th.

Digər lüğətlərdə

в са́мый раз вско́рмленница гуттапе́рчевый мужичо́нко объя́ться поца́рствовать развева́ние ма́льва перцо́вочный при посре́дстве пури́стский ромбо́эдр утилитари́ст фее́рия energy gap Little Dipper multimillionaire sperm bank syndic well-proportioned бойко клещ переговорить перистальтика старославянский