YASAVUL

is. tar.
1. 1917-ci il inqilabından əvvəl: başlıca olaraq kənd yerlərində polis nəfəri vəzifəsi görən şəxs.
Yüzbaşının yasavulları küçələri dolanırdılar və zərərdidələri yoxlamaqda idilər. C.Məmmədquluzadə.
[Mirzə Kərim:] Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz. Ə.Haqverdiyev.
[Bəy:] Kişinin dalınca indi də köpək kimi iki yasavul gəzir. Mir Cəlal.

// Qarovulçu, mühafizəçi, qoruqçu, keşikçi.
[Hacı Qara:] Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə onların əlindən dincəlməz! M.F.Axundzadə.

2. Kazak ordusunda rotmistr və kapitan çininə uyğun olan zabit rütbəsi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YASAVUL YASAVUL (tar., köhn.) Evə girən şəxs qlavanın yasavulu Qasıməli idi (C.Məmmədquluzadə); KOVXA Kovxalar, naiblər başlamış işə; Ölkəni salmışdı dərin tə
YASAMAL
YASAVULBAŞI
OBASTAN VİKİ
Yasavul
Yasavul (rütbə)
Yasavul (Həştrud)
Yasavul (fars. يساول‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (15 ailə).
Yasavul (Xudabəndə)
Yasavul (fars. يساول‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 64 nəfər yaşayır (12 ailə).
Yasavul (rütbə)
Yasavul — mənşəcə monqol "yasa" – "qanun-qayda" sözündəndir.[mənbə göstərin] Yasavullar şahın olduğu yerdə qayda yaradırdılar. Yasavullar "yalnız möhtərəm əmirlərin oğlanlarından ola bilərdi və köhnə vaxtlarda onların sayı 8, yaxud 9-dan çox deyildi. Şah Yığıncaqlarında (məclis-i xass) onlar eşikağasıbaşının yerinə xidmət edirdilər. Açıq yığıncaqlarda isə şahın qarşısında dayanırdılar. Halbuki məclisə eşikağasıbaşı xidmət edirdi. Yasavullar onların məvacibini və qulluq yerini təsdiq edən yüksək divanın eşikağasıbaşısının tabeliyində idilər". Yasavul — Rusiyada Kazak alayında hərbi rütbə idi. Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Баш редактop: Ҹ. Б. Гулиjeв.
Yasavul (Çaroymaq)
Yasavul (fars. يساول‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 34 nəfər yaşayır (6 ailə).

Digər lüğətlərdə