YAXALAMAQ₁

f.
1. Yaxasından tutmaq, boğazından yapışmaq.
Cəllad Qəməri yaxalayanda vəzir, vəkil və bütün əhli-məclis padşahın ayağına düşüb dedilər: – Şah, qəzəbini söndür! (Nağıl).
Biz ayı vurulan yerə yetişəryetişməz itlər ayını yaxaladı. A.Şaiq.

2. Tutmaq, ələ keçirmək, həbs etmək. Oğruları yaxaladılar.
– Sərdar Rəşidin evindəkilərin hamısını yatdığı yerində yaxaladılar, onların hamısı sərxoş olub yatmışdı. A.S.Ordubadi.

3. Tapmaq, haqlamaq, tutmaq (gedən yerdə, qaçarkən, uzaqlaşarkən, yaxud bir iş görərkən). Mehriban mütərəddid idi.
Bir istəyirdi ki, Zeynalın ardınca gedib onu Yelizavetanın evində yaxalasın. S.Hüseyn.

// məc. Gəlib yetişmək, başının üstünü almaq. Əcəl onu yaxaladı.
[Abbas:] Məmiş, mən altmışı yaxalamışam. M.Hüseyn.

// məc. Rast olmaq, rast gəlmək, tuş gəlmək.
Tərs kimi güllə həmişə elə qorxağı yaxalayır. M.Hüseyn.
Külək [Giləni] eyvanda yaxaladı. Ə.Vəliyev.
Bir dəfə çobanı çöldə yağış yaxalayır. Ə.Sadıq.

// Məc. mənada. Adamlar Kür çayını elə buradaca yaxalamaq, cilovlamaq qərarına gəlmişlər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAXALAMAQ tutmaq — yapışmaq
  • YAXALAMAQ haqlamaq — tutmaq
  • YAXALAMAQ saxlamaq — tutmaq
  • YAXALAMAQ I 1. YAXALAMAQ Mustafa çavuş strajniklərlə qabağa keçib Alonu yaxaladılar (S.Rəhimov); QAMARLAMAQ [Mehralı:] Müxtəsər, bankadan bizim çeklərlə pul ala

Omonimlər

  • YAXALAMAQ YAXALAMAQ I f. Qəflətən tutmaq, yapışmaq. Geri dönərək məni yaxaladı (S.Rəhman). YAXALAMAQ II f. Suya çəkmək
YAXALAMAQ₂
YAXALANMA₁

Digər lüğətlərdə