Piyada.
O nədir ki, bu dünyada zatı yox?
O nədir ki, tikişi yox, qatı yox?
O nədir ki, yayax gedir, atı yox?
Çarx dolanır, bir tükənməz yolu var.
O yalandı, bu dünyada zatı yox,
O göydü ki, tikişi yox, qatı yox.
Aydı, gündü, yayax gedir, atı yox,
Çarx dolanır, bir tükənməz yolu var.
(“Heydər bəy”)