YUMRU-YUMRU

zərfsif. Yumru (çox şey haqqında). Yumru-yumru eləmək.
[Əmiraslan baba dedi:] Çərçinin saqqızdan savayı yumru-yumru sabunları, … dəyirmi güzgüləri də olardı. S.Rəhimov.

YUMRU
YUMRUCA
OBASTAN VİKİ
Yumru Sürümçək
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Yumru qargiləmeyvə
Yumru qargiləmeyvə (lat. Symphoricarpos orbiculatus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü. Şimali Amerikada bu bitki hind qarağatı, qırmızı giləmeyvə adlanır. Hündürlüyü 2-3 m-dək olan, nazik, qonur və ya qırmızımtıl zoğlu, yarpağıtökülən koldur. Yarpaqları qarşı-qarşıya düzülmüş, yumurtavarı, yumru, kənarları bütövdür. Yarpaqların üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtül, açıq-göyümtül və tükcüklüdür. Payızda qırmızı rəngə boyanır. Çiçəkləri xırda, zəngvarı, çəhrayı-ağ yarpağın qoltuğunda qısa salxımlara yığılmışdır. İyulun əvvəlindən avqustun axırınadək təxminən 50 gün çiçəkləyir. Meyvələri yarımşarşəkilli al-qırmızı, göyümtül çöküntülüdür, diametri 4-7 mm, yeməli deyil, sentyabrda yetişir, uzun müddət tökülmür.
Yumru qurdlar
Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi. Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır: İlk bədən boşluğuna (prosel) malikdir; Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir. Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır. Ağız dəliyi bədənin ön hissəsində yerləşir. Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib). Tənəffüs və qan-damar sistemi yoxdur. Cinsi dimorfizmə malikdir. İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur. Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.
Yumru yarpaqlı yemişan
Yumru Sürümçək yaşayış yeri
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.

Digər lüğətlərdə