YUMURTA

is.
1. biol. İnsan və heyvan orqanizmlərinin yeni orqanizm vücuda gətirə bilən qadın cinsi hüceyrəsi (toxumu).
2. Quşların, tısbağaların və s. yumurtlayan heyvanların qabıqla örtülü belə hüceyrəsi. Toyuq yumurtası. Ördək yumurtası.
– Qonşudan bir gün ol rəşid cavan; Bir yumurta oğurladı pünhan. S.Ə.Şirvani.
[Dursun:] Kim mənə yumurta versə, ona qurban olaram. C.Cabbarlı.

□ Yumurta ağı – quş yumurtasının sarı hissəsini dövrələyən şəffaf hissəsi.
Yumurta sarısı – quş yumurtasının qatı sarı maddədən ibarət olan orta hissəsi.
3. Toxum.
◊ Yumurtadan yun qırxmaq – hər bir şeydən qazanc götürməyə çalışmaq.
Kişi gərək yumurtadan yun qırxsın, qəpik-qəpik toplasın, düşəndə işini yeritmək üçün ovuc-ovuc xərcləsin. S.Rəhimov.

Qızıl yumurta bayramı – bax qızıl.

Etimologiya

  • YUMURTA Bu əşya zahiri formasına görə belə adlanıb: “yumru olan” deməkdir. Əsli yumurğa kimi olub. Qovurğa qəlibi üzrə yaranıb
YUMURLANMAQ
YUMURTACIQ
OBASTAN VİKİ
Yumurta
Yumurta – qida məhsulu və həyat mənbəyi. Dünyanın heç bir mətbəxi qədim zamanlardan yumurtasız deyildir. İnsanlar yumurta ilə qidalanmağa o qədər qədimdən başlayıblar ki, bəlkə də bu onların ilk qida məhsullarından biri olmuşdur. Qədim insanlar bir çox quşların iri və xırda yumurtalarını oğurlayaraq istifadə edirdilər. Qədim Misirdə insanlar qutanın yumurtasını Tanrı yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə növbətçi durduğun müddətdə yumurta yemək qadağan edilmişdir. Çində indiki dövrümüzə qədər qıcqırdılmış yumurtaların resepti saxlanılır, hansı ki, bu qərb insanlarına açıqlanmır. == Tarix == Beləliklə yüz illik, yaxud min illik yumurtalar gilin, duzun, samanın və başqa inqridentlərin də tərkibində uzun müddət qalmaq bacarığına malikdir. Yüz illik yumurtaların sarı hissəsi qara–yaşıl rəngə boyanır, ağı isə qəhvəyi rəngə çevrilir. Bütün bu qarışım ammonyak kimi iy verməsinə baxmayaraq Çinlilər bunu sevir.
Yumurta (anatomiya)
Yumurta və ya yumurta hüceyrə — döllənmə və ya partenogenez nəticəsində yeni bir orqanizm kimi inkişaf edən dişi reproduktiv hüceyrə. Yumurtaların ölçüsü çox fərqli ola bilər: siçan yumurtasının diametri təxminən 0,06 mm olduğu halda, Afrika dəvəquşusu yumurtasının diametri 15,5 sm-ə çata bilər. Yumurtalar ümumiyyətlə sferik və ya oval şəklindədir, lakin onlar da uzanır, məsələn həşəratlarda, miksin və ya mul balığı. Oologiya — heyvanların, əsasən də quşların yumurtalarının öyrənilməsinə həsr olunmuş zoologiya şöbəsidir.
Yumurta (dəqiqləşdirmə)
Yumurta – qida məhsulu və həyat mənbəyi.
Yumurta (hüceyrə)
Yumurta hüceyrə (lat. ovum (ovulum BNA)) — heyvanlarda, ali bitkilərdə və bir çox canlılarda dişi qameti, insanda qadın cinsiyyət hüceyrəsi, spermatozoidlə mayalanaraq ziqota əmələ gətirir. İnsan yumurta hüceyrəsinin diametri təqribən 150 mkm-dir. Yumurta hüceyrə sitoplazması — ooplazma qidalı maddə yumurta sarısı ilə zəngindir. Yumurta hüceyrə ovogenez nəticəsində yaranır. Mayalanmış yumurta hüceyrəsindən — ziqotadan rüşeym inkişaf edir. Yumurta hüceyrə spermatozoidlərdən formaca böyükdür. Yeni doğulmuş qızların hər yumurtalığında 400000-ə qədər yetişməmiş yumurta hüceyrə olur. Onlardan ancaq 350–500 ədədi yetişə bilir.
Yumurta döyüşdürmə
Yumurta döyüşdürmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. ==Yalan məlumat Yumrta döyüşdürmə oyunu Novruz bayramının çərşənbələrindən başlamış oğlan uşaqları və cavanlar tərəfindən icra olunan oyun-əyləncələrdən biridir. Bəzi bölgələrdə hətta Böyük Çillənin gəlişi ilə bu oyun oynanılmağa başlayır. Yumurta döyüşdürmə oyununda həm çiy-bişməmiş, həm də bişmiş, rənglərlə ala-bəzək boyanmış yumurtalardan istifadə olunur. Döyüşmədən əvvəl tərəflərin razılığı ilə yumurtalar dəyişdirilərək dişə vurub bərk-boşluğu yoxlanılır. Bu, "yumurtanı dadma" adlanır. == Oyunun qaydaları == Bilinəndə ki, döyüşdürülən yumurtalardan biri diğərininkindən bərkdir, boş olan yumurtanın sahibi, ona: — Əy, vurum, — deyir. "Əy, vurum" yumurtanın sivri tərəfindən azca aşağı nişan qoymaq deməkdir. Uşaqların daha çox sevdiyi, bu günlərdə yaşayan həmin adət əyləncəli bir səhnəyə çevrilir: Kimin oyun yumurtası çox sınarsa, o da sınıqları yır-yığış eləyir, qalib qəhrəmanlar kimi sevinir. Bu oyunda hiylə və məharət qalib gəlir: "Sən tut, mən vurum", "Bunu mən tuturam, onu sən tut", "Gəl yumurtaları dəyişib, vuraq", "Gəl dadışaq", "Yox, sənin yumurtan ziyilidir" və s.
Yumurta qoyan
Yumurta qoyan — çoxalma növü olaraq, embrion əmələ gəlməsi ana bətnindən kənarda yumurta daxilində əmələ gəlirlər. Mayalanmış yumurtalardan balalar yumurta daxilində gedən proseslər nəticəsində əmələ gəlir. Yeni balalar yumurta qabığını yararaq oradan çıxırlar. Yumurta qoymaqla çoxalan canlılara misal: cücülər, balıqlar, molyusklar, sürünənlər (böyük əksəriyyəti) və bütün quşlar yumurta ilə çoxalır. Məməlilərdən isə birdəliklilərə aid iki növ yumurta ilə çoxalır. Dinozavrlarda yumurta qoymaqla çoxalırmışlar.
Yumurta salatı
Yumurta salatı (ing. Egg salad) — göyərti, baharat və yumurtanın mayonezlə qarışdırılması ilə hazırlanan salat. Yumurta salatı doğranmış qatı qaynadılmış yumurta, mayonez, xardal, xırtıldayan kərəviz və soğan, duz, qara bibər və bibərdən hazırlanan bir salat növüdür. == Hazırlanışı və tarixi == Soyuq qidalar əlavə etməklə salatı zənginləşdirmək olar. Donuz basdırması, bibər, pendir, xiyar və soğan kimi qida məhsullarını əlavə etmək olar. Rusiya və SSRİ zamanı oliviye salatı olaraq da bilinirdi.
Yumurta yazmaq
Yumurta yazmaq — Azərbaycan folklorunda bir dəbdir. Azərbaycanda bayram süfrəsinə boyanmış yumurtanı yazıb qoyma dəbi vardır. Belə ki, yumurtanı soğan qabığında qaynadarlar, qırmızı-qovur (qırmızı-qəhvəyi) boyanar. Sonra isə boyanmış yumurtanın qabığını bıçaq ucu ilə cızıb üstündə şəkil çəkərlər. Bunun adı yumurta yazmadır. Yazmağın mənası, əslində, üzdən yarmaqdır. Yazı sözü də oradan qalıbdır. == Yazılmış yumurtalardan örnəklər == Bu yazılmış yumurtalar Nasir Mənzurinin yazdığı yumurtalardan dırlar. == Həmçinin bax == Çərşənbə Xatın Bayram Yeli AVAVA (roman), Nasir Mənzuri.
Yumurta (film, 2003)
Yumurta — 2003-cü ildə Ramiz Həsənoğlunun rejisorluğu ilə çəkilmiş komediya filmi.
Yumurta (qida məhsulu)
Yumurta – qida məhsulu və həyat mənbəyi. Dünyanın heç bir mətbəxi qədim zamanlardan yumurtasız deyildir. İnsanlar yumurta ilə qidalanmağa o qədər qədimdən başlayıblar ki, bəlkə də bu onların ilk qida məhsullarından biri olmuşdur. Qədim insanlar bir çox quşların iri və xırda yumurtalarını oğurlayaraq istifadə edirdilər. Qədim Misirdə insanlar qutanın yumurtasını Tanrı yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə növbətçi durduğun müddətdə yumurta yemək qadağan edilmişdir. Çində indiki dövrümüzə qədər qıcqırdılmış yumurtaların resepti saxlanılır, hansı ki, bu qərb insanlarına açıqlanmır. == Tarix == Beləliklə yüz illik, yaxud min illik yumurtalar gilin, duzun, samanın və başqa inqridentlərin də tərkibində uzun müddət qalmaq bacarığına malikdir. Yüz illik yumurtaların sarı hissəsi qara–yaşıl rəngə boyanır, ağı isə qəhvəyi rəngə çevrilir. Bütün bu qarışım ammonyak kimi iy verməsinə baxmayaraq Çinlilər bunu sevir.
Toyuq və ya yumurta
Toyuq və ya yumurta — səbəbiyyət dilemması ki, adətən bu şəkildə ifadə olunur: "“toyuqmu, ya yumurtamı əvvəl olub?".Qədim filosoflara, ilk toyuqmu və ya yumurtamı sualı, ,ümumiyyətlə həyat və kainatın necə başlandığı suallarını doğurmuş.
Yumurta maşını
Yumurta maşını — Braziliyada sahibkarlıq növüdür və aşağı gəlirli məhəllələrdə çoxlu miqdarda yumurtanın aşağı qiymətə, adətən Kombi tipli səsgücləndirici ilə təchiz edilmiş avtomobil vasitəsilə satışı ilə xarakterizə olunur.
Yumurta (film)
Yumurta — 2003-cü ildə Ramiz Həsənoğlunun rejisorluğu ilə çəkilmiş komediya filmi.
Nürnberq yumurtası
"Nürnberq yumurtası" — İntibah dövründə Nürnberq şəhərində ixtira olunmuş saatlar. Bu saatlar öz formasına görə yumurtaya oxşadığından belə adlanmış və ondan istifadə edən şəxslər onu öz kəmərlərinə zəncirlə bərkidirək üstlərində gəzdirərmişlər. == Tarixi == 1510-cu ildə Nürnberq şəhərinin sakini Peter Henlayn dairəvi formada olan cib saatlarını ixtira etmişdir. Onun tərəfindən ixtira olunmuş bu saatları pul kisəsinə və cibə qoymaq mümkün olurdu. Bu saatlar təkcə öz quruluşuna görə yumurtanı xatırlatmırdı. Belə ki, latıncadan "saat" sözü ilə alman dilindəki "yumurta" sözünün tələffüzü bir-birinə çox oxşar səsləndiyindən belə adlanmışdır. Bu saatlar Qərbi Avropa ölkələrinin saray əhlinin arasında tez bir zamanda geniş yayılmağa başlamışdır. Müasirləri onun saatları haqda bunları qeyd etmişdilər: Saatlar şarja qoyulmadan təxminən 40 saat işləyə bilirdi. Bu saatların cəmi bir ədəd saat əqrəbi var idi. Almaniyada orta əsrlərdə baş vermiş Reformasiyanın məşhur xadimi olan Martin Lüterə Henlayn özünün düzəltdiyi bu saatlardan birini hədiyyə vermişdir.
Pasxa yumurtası
Pasxa yumurtası (rus. Пасха́льные я́йцa) — xüsusi olaraq rənglənən və Pasxa bayramına bağışlanan yumurta. Yumurta ənənəvi olaraq məhsuldarlıq və dirçəliş simvolu hesab edilir. Xristianlıqda Pasxa yumurtası ilk növbədə Müqəddəs qəbirin simvolu hesab edilir. Yumurta formasına görə qəbirin üstünü örtdükləri daşları xatırladır və yeni həyatın başlanğıcını xarakterizə edir. Həmçinin xristianlar üçün o Xristosun dirilməsini yada salır.[2][3] == Mənbə == Яйцо Arxivləşdirilib 2014-04-17 at the Wayback Machine // Российский Этнографический Музей Игры и забавы с яйцами Arxivləşdirilib 2014-04-17 at the Wayback Machine // Российский Этнографический Музей Исторические особенности возникновения пасхальных яиц А. В. Амфитеатров.
Pasxa yumurtası (virtual)
Pasxa yumurtası (ing. Easter Egg) — videooyunlarda, vebsaytlarda, filmlərdə və s. tapıla bilən gizli özəllik, mesaj, sürpriz. "Pasxa yumurtası" termini 1970-ci illərin sonlarında, əsasən videooyun sənayesində yaranmışdır. O vaxtlar tərtibatçılar oyunun kodunda gizli mesajları, bonus səviyyələrini və zarafatları gizlətməyə başlamışdılar. Video oyunların populyarlığı artdıqca, pasxa yumurtaları üçün ov da artdı. Oyunçular, bu gizli qiymətli daşları üzə çıxarmağa qərar verərək, oyunun hər küncünü araşdırmaq üçün saysız-hesabsız vaxt sərf edərdilər. == Kompüterdə == Kompüter proqramının sənədlərdə göstərilməmiş (təsvir olunmamış) gizli hissəsi. “Pasxa yumurtası”, adətən, qəribə hərəkətlər ardıcıllığı ilə aktivləşir. Məsələn, WinRAR proqramında menyudan “About WinRAR” bəndini seçib, açılan pəncərədə kitab qalağını çıqqıldatdıqda o, aşağı düşür və bir neçə dəfə qalxıb enir.
Qafqaz (Faberje yumurtası)
"Qafqaz" (rus. “Ренессанс”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1893 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. == Dizayn == Qafqaz Faberje yumurtası XV Lüdovik sonrakı dövr stilində hazırlanmışdır. Yumurta dörd oval qapıcıqlara malikdir. Hər bir qapıcığın kənarlarına dövrəmə mirvariləl düzülmüşdür. Hər bir apıcığın bayır səhinə rəqəmli brilliant çələng vurulmuşdur. Hə çələnglərdə hək olunmuş rəqəmlər birlikdə, “1893” onun hazırlanma ilini göstərir. Oval qapıcıqların yanlarında rəmzlər həkk olunmuşdur. Hər oval qapıcıq fil dişi sümüyündən hazırlanmış miniatürlərə açılır.
Qızılgül qönçəli (Faberje yumurtası)
Qızılgül qönçəli (rus. Яйцо с бутоном розы ) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1895 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu imperator II Nikolay tərəfindən pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün sifariş olunmuş ilk yumurtadır. == Dizaynı və sürprizi == Neoklassisizmin modern üslubunda hazırlanmış olan "Qızılgül qönçəli" Faberje yumurtası mücrü kimi açılır. Onun içərisində sarı ləçək və yaşıl kasacıq yarpaqlı qızılgül qönçəsi yerləşmişdir. III Aleksandr vəfat etdikdən sonra, taxta çıxan II Nikolay Aleksandra Fyodorovna adı altında imperatriça titulu əldə etmiş Hessen-Darmştadt şahzadəsi Alisa Viktoriya Yelena Luiza Beatrisə evlənir. İmperatriçanın vətəni olan Darmştadt öz qızılgülləri ilə məşhur idi və o, onlar üçün çox darıxırmış. Məhz sürprizin qızılgül qönçəsi formasında olması bununla bağlı idi. Şabalıdı rəngdə olan yumurta emal ilə örtülüdür. Yumurta dörd meridian xətti ilə hücrələrə bölünür.
Qızılgüllü və qəfəsli (Faberje yumurtası)
"Qızılgüllü və qəfəsli " (rus. “” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje bu yumurtanı 1907-ci ildə çar II Nikolayın sifarişi ilə pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün hazırlamışdır.
Teslanın Kolumb yumurtası
Nikola Tesla 1893-cü il Dünya sərgisində Kolumb yumurtası kimi yaradılan qurğusunu nümayiş etdirdi. Bu asinxron maşın və fırlanan maqnit sahəsi nümunəsi prinsiplərini izah və nümayiş etdirmək üçün istifadə olunmuşdu. Teslanın Kolumb yumurtası fırlanan maqnit sahəsində mis yumurta ilə Kolumb çevikliyini nümayiş etdirib. Yumurata giroskopun hərəkətinə görə dimdik dayanan əsas oxları ətrafında fırlanır. Teslanın qurğusunda dörd elektromaqnit sarğı sarınmış statorun içində toroid dəmir istifadə edilib. Qurğu fırlanan maqnit sahəsi yaratmaq üçün ikifazlı dəyişən cərəyan mənbəyi ilə qidalandırılır. Bu qurğu 25 -300 hers tezliyində fəaliyyət göstərirdi. İdeal fəaliyyət göstərmə tezliyi 35-40 hers arasında xarakterizə olunur. Qurğunun surəti Belqradda Nikola Tesla Muzeyində, Zaqrebdə Texniki muzey və Xorvatiya Tarixi Muzeyində , Miçiqanda Ann Arbor əyləncəli elm muzeyində nümayiş olunur. == İstinadlar == == Xarici keçidlər == What Did Nikola Tesla Invent?
Toyuq (Faberje yumurtası)
"Toyuq" (rus. “Курочка — Первое императорское пасхальное яйцо” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje 1885-ci ildə ilk olaraq “Toyuq” adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. “Toyuq” adlanan bu yumurta klassik yumurta şəklində, onun içərisindəki sarısı isə qızıldan hazırlanmışdır. Yumurta sarısının içində isə onun surprizi olan gözləri yaqut qaşı ilə işlənilmiş toyuq fiquru, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir. Hündürlüyü 64 mm eni isə 35 mm olan bu yumurtanın ustası Erik Kollindir.
Tərs yumurtavari səna
== Təbii yayılması == Əsasən Sudanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 metr olan yarımkol və ya koldur. Yarpaqları 5 cüt, yarpaqcıqları enli, tərs-yumurtavari, ucdan dəyirmidir. Ləçəkləri qeyri bərabərdir. Paxlası yastı, oraqvari, iri, 3-4 sm uzunluğundadır. Avqust ayında çiçəkləyir. == Ekologiyası == İşığa, istiyə, küləyədavamlı bitkidir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Mədəni halda Abşeronda Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilir. == İstifadəsi == Yolların kənarlarında canlı çəpərlərin salınmasında, qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Yumurtalıq
Yumurtalıq (lat. ovarium) — cüt üzvlərdən olub kiçik çanaq, uşaqlığın yan tərəflərində, enli bağın arxasında yerləşmişdir. Həddi-büluğa çatmışlarda bunun şəkli yastılaşmış ellipsoidə bənzəyir. Uzunluğu 3,0–5,0 sm, eni 1,5–3,0 sm, qalınlığı0,7–1,5 sm və çəkisi5,0–8,0 qram olur. Əksər hallarda sağ yumurtalıq sol yumurtalıqdan böyük olur. Xarici səthi zəif qabarıq, rəngi çəhrayı və ağımtıldır. == Quruluşu == Yumurtalığın bayır və içəri səthi (lat. facies lateralis et medialis), çıxıq azad kənarı — lat. margo liber və düz çöz (müsariqə) kənarı — lat. margo mesovaricus, yuxarı bor ucu — lat.
Yumurtalıq (Adana)
Yumurtalık — Adana ilinin ilçələrindən biridir. Keçmiş adı Ayas olub. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 18.587 nəfər yaşayır.
Yumurtaqoyanlar
Yumurtaqoyanlar yarımdəstəsi-(lat. Terebrantia) Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsiə aid olan yarımdəstə. == Xarici quruluşu == Bığcıqları 7–9 bğumludur. 6-cı buğum o birilərdən uzun olur. Nadir hallarda bığcıq 6 buğumlu olur. Qabaq qanadlarda (əgər inkişaf etmişsə) 1–2 uzununa damar olur. Damarlar qanadın zirvəsindən uzanır. Aeolothripidae fəsiləsində kənar damar, eləcə də köndələn damarlar olur. Arxa qanadlar bir uzununa damarlı və ya damarsız olur. Ayaq pəncələri ikibuğumludur.
Yumurtaqoyanlar yarımdəstəsi
Yumurtaqoyanlar yarımdəstəsi-(lat. Terebrantia) Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsiə aid olan yarımdəstə. == Xarici quruluşu == Bığcıqları 7–9 bğumludur. 6-cı buğum o birilərdən uzun olur. Nadir hallarda bığcıq 6 buğumlu olur. Qabaq qanadlarda (əgər inkişaf etmişsə) 1–2 uzununa damar olur. Damarlar qanadın zirvəsindən uzanır. Aeolothripidae fəsiləsində kənar damar, eləcə də köndələn damarlar olur. Arxa qanadlar bir uzununa damarlı və ya damarsız olur. Ayaq pəncələri ikibuğumludur.
Yumurtavari ilankölgəsi
Yumurtavari ilankölgəsi (lat. Ferula oopoda) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2ab (ii, iii,); C2a. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik monokarp bitkidir, hündürlüyü 1 m-ə yaxındır. Gövdəsi düzdür, qalındır, yuxarı hissəsində budaqlar bərabər ölçüdədir. Gövdə yarpaqlarının qınları dərivaridir, çılpaqdır, üfürülmüş kimidir, ucu bərkdir. Yarpaq ayaları xətvaridir. Kökətrafı yarpaqlarının son ayaları rombvaridir, çox sayda yarılmış lələklidir, qalın-xətvaridir, uzunluğu 2-4 sm, eni 1,5-2 mm-dir. Gövdə yarpaqları çox kiçikdir, çox şişikin, ağtəhər, dərivari qınlıdır.

Digər lüğətlərdə