Yuran Məmmədov
Yuran Məmmədov (tam adı:Məmmədov Yuran Əli oğlu;bilinmir – 18 iyul 1984) — rəssam
Məmmədov Yuran Əli oğlu 1934-cü il 15 apreldə Naxçıvan şəhərində anadan olmuşdur.
Qızı Günel Yuran rəssamdır. Moskvada yaşayır.
18 iyun 1984-cü ildə Riqada vəfat etmişdir. Naxçıvanda dəfn edilib.
1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Akademiyasını,1960-cı ildə Leninqradda İ.Y.Repin adına Rəssamlıq Akademiyasını bitirmişdir.
Protret, natürmort, tematika kompozisiyalı tablolar ( "Haçadağ", "Batabat", "Əlincə qalası", "Vayxır kəndi", "Araz", "Şahbuz mənzərələri", "Naxçıvanda bahar", "Bizim ailə", "Vətən uğrunda" və s.) yaratmışdır. 18 ildən çox Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşuçu rəssam işləmiş, onlarla tamaşaya ["Ölülər", "Dəli Yığıncağı" Cəlil Məmmədquluzadə), "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Yağışdan çıxdıq, yağmura düşdük" (Nəcəf bəy Vəzirov), "Sənsiz" Şıxəli Qurbanov, "Günəş" (Hüseyn Razi), "Alınmaz qala" (Həsən Elsəvər), "Toros canavarları" (Əziz Nesin), "Ağır cəza" R.Kauqver) və s.] tərtibat vermişdir.
Naxçıvanda,Bakıda Leninqradda (indiki Sankt-Peterburq), Baltikyanı respublikalarda fərdi sərgiləri keçirilmişdir. Əsərləri Rauf Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və s.