YUSİF

Ərəbcə “hüzn” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YURD
YUVA
OBASTAN VİKİ
III Yusif
III Yusif atasından sonra paşa olmuşdu. 1744-cü ildə II İrakli tərəfindən məğlub edilərək öldürülmüşdür. Yerinə qardaşı Hacı Əhməd paşa keçmişdir.
II Yusif
II Yusif - Ahalsıx paşası, I Aslanın böyük oğlu idi. 1679-cu ildə V Baqratın İmeretiya çarlığını geri almasında köməkçi olmuşdu. 1683-cü ildə isə XI Georginin xahişi ilə IV Aleksandrı İmeretiya taxtına gətirmişdi. Ölümündən sonra yerinə qardaşı Səlim paşa gəldi.
Yusif
Yusif (ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562, Haran[d] – ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452, Qədim Misir) — qeyri-adi gözəlliyi ilə seçilən, həm də yuxu yozmaq qabiliyyətinə malik olan İslam dininin möhtərəm peyğəmbərlərindəndir. Quranın 111 ayədən ibarət 12-ci "Yusif" surəsi onun həyat hekayətinə həsr edilmişdir. Yusif Yaqub və Rəhilənin oğlu olaraq Kənan torpağında on ögey qardaşı, bir doğma qardaşı və ən azı bir ögey bacısı ilə yaşayırdı. O, Rəhilənin ilk oğlu və Yaqubun on birinci oğlu idi. Ata bütün oğullar arasında Yusifi üstün tuturdu. Ədəbiyyatda Osarsif adının Yusiflə oxşarlığına, eləcə də hekayələrdə (hər ikisi haqqında) yuxulara mühüm yer verilməsinə diqqət çəkilmişdir.
Yusif Salman Yusif
Yusif Salman Yusif (ərəb. يوسف سلمان يوسف‎; təxəllüsü Fahid (ərəb. فهد‎; 19 iyul 1901, Bağdad – 14 fevral 1949, Bağdad) — İraq inqilabçısı. Yusif Salman 1904-cü ildə Bağdadda kasıb, lakin nisbətən tə'min olunmuş ailədə doğulmuşdur. Onun atası bütün uşaqlarının təhsil almasına çalışırdı. Lakin Yusif Bağdadda ancaq ibtidai məktəbi qurtardı. Atası öldü, işləməyə getməyə məcbur oldu. Bu hadisə 1917-ci ilə Rusiyada Böyük Oktyabr sosialist inqilabı baş verdiyi, İraqda isə türk müstəmləkəçilərinin yerinə ingilis müstəmləkəçilərinin gəldiyi zamana təsadüf etmişdi. Bağdadda Britaniya qoşunlarının komandanı general Mod çıxış edərək demişdi: "Biz bura istilaçı kimi yox, xilaskar kimi gəlmişik". Lakin tezliklə iraqlılara aydın oldu ki, bu sözlər alçaq boşboğazlıqdan başqa bir şey deyil.
I Yusif
I Yusif - Səfər paşanın oğlu. 12 il paşalıq etmişdir. Mesxetiyanın müsəlmanlaşdırılması işi ilə məşğul olmuşdur. Yerinə Rüstəm paşa gəlmişdir.
Katolikos Yusif
Katolikos I Yovsep — Albaniyanın XXIII katolikosu. Katolikos Anastasdan sonra kürsüyə çıxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Yusif Amaras yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir ki, onun beşinci taxt ilində erməni təqviminin iki yüzüncü ili tamam olmuşdur.
Miri Yusif
Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı) — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam, Azərbaycanın xalq artisti (2019). Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur. Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir. Miri Yusif burada bir çox işdə çalışır.
Mirzə Yusif
Mirzə Yusif Qarabaği
Qara Yusif
Qara Yusif və ya Əbu Nəsr Qara Yusif Noyon ibn Məhəmməd Barani (tam adı : Cəmaləddin Qara Yusif ibn Məhəmməd), 1355, Ərciş — 13 noyabr, Təbriz, Saidabad — Qaraqoyunlu Tayfa ittifaqı başçısı (1388-1420) Qaraqoyunlu dövlətinin 2-ci sultanı (1418-1420), Azərbaycan şahı, Əcəm padşahı, dövlət xadimi və sərkərdə. Qaraqoyunlu tayfa birliyinin 2-ci baçısı Qara Məhəmmədin oğlu. Qaraqoyunlu Azərbaycan dövlətinin yaradıcısıdır. Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizədək çatdığı məlumdur. Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar, lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha erkən dövrə (VIII–IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır. Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğalı dövründə Azərbaycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdılar.
Sami Yusif
Sami Yusif (21 iyul 1980, Tehran) — Azərbaycan əsilli britaniyalı müğənni, bəstəkar, əsasən islami mahnılar müəllifi və ifaçısı. Sami Yusuf, Azərbaycan əsilli İngilis müğənni-söz yazıçısı, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçilər. Doğuşdan musiqilə güclü bir bağa malikdir; imtiyazlı bir musiqi mənşəyinə əlavə olaraq Dünyanın ən prestijli musiqi institutlarında biri olan Londondakı The Royal Academy of Music də daxil olmaq üzrə bir çox tanınmış bəstəkarlar musiqi təhsili almışdır. "Musiqi onun taleyi" sözü sürpriz olmayan, inamla reallaşacaq bir öngörüydü. Sami, çox kiçik yaşda piano, skripka, tar, Tombak, santur, dəf, tabaq və ud daxil olmaq üzrə bir çox musiqi aləti çalmağı öyrəndi. Musiqi sahəsində bir iz buraxmaq üçün dərin bir tutku bəsləmişdi ki, bunu özün bəstələdiyi, nəşr etdiyi və söylədiyi, ilk albomu Al-Muallim'i çıxararaq reallaşdırmış oldu. İngilis-müsəlman bir gənc birdən Misir və Türkiyə kimi ölkələrin şəhərlərində danışılacaq vəziyyətə qədər gəldi. Albom yalnız 3 milyonun üzərində satılmaqla qalmadı ayrıca ona Orta Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiya millətlərindən böyük bir takipçi kütləsi qazandırdı. Pərəstişkarları arasındakı gənclər, gözəl və xoşuna gələn ədəbiylə təsirləndikləri Saminin gördükləriylə ona bir lider kimi qibtə edirlər. Pərəstişkarları Saminin musiqisinin onların həyatlarını daha yaxşıya doğru dəyişdiyini söyləməkdən də çəkinməməktələr.
Tofiq Yusif
Tofiq Yusif (azərb. Hüseynov Tofiq Yusif oğlu‎; 5 aprel 1950, Xoruzlu, Mirbəşir rayonu – 29 noyabr 2021, Tərtər) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatı, "Yeni Tərtər" qəzetinin redaktoru (2005–2021) Tofiq Yusif 5 aprel 1950-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. 1957–1960-cı illərdə Xoruzlu kənd orta məktəbində oxuyub. Orta məktəbi Dərələyəz mahalının Qovuşuq kəndində medalla bitirib. 1967–1974-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyaraq mühəndis-elektrik, 1981–1983-cü illərdə Marksizm-Leninizm İnstitutunun fəlsəfə şöbəsində oxuyaraq ali siyasi təhsil alıb. 1970–1975-ci illərdə müəllim işləyib. 1977–1985-ci illərdə hərbi sənayedə çalışıb. Sonralar partiya, sovet, xalq nəzarəti orqanlarında fəaliyyət göstərib. Azərbaycan Jurnalistlərinin V və VI qurultaylarına nümayəndə seçilib. Tərtər bələdiyyəsinin üzvüdür.
Yusif peyğəmbər
Yusif (ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562, Haran[d] – ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452, Qədim Misir) — qeyri-adi gözəlliyi ilə seçilən, həm də yuxu yozmaq qabiliyyətinə malik olan İslam dininin möhtərəm peyğəmbərlərindəndir. Quranın 111 ayədən ibarət 12-ci "Yusif" surəsi onun həyat hekayətinə həsr edilmişdir. Yusif Yaqub və Rəhilənin oğlu olaraq Kənan torpağında on ögey qardaşı, bir doğma qardaşı və ən azı bir ögey bacısı ilə yaşayırdı. O, Rəhilənin ilk oğlu və Yaqubun on birinci oğlu idi. Ata bütün oğullar arasında Yusifi üstün tuturdu. Ədəbiyyatda Osarsif adının Yusiflə oxşarlığına, eləcə də hekayələrdə (hər ikisi haqqında) yuxulara mühüm yer verilməsinə diqqət çəkilmişdir.
Yusif surəsi
12-ci surə
Yusif xan
Yusif xan Gürcü — gürcü əsilli hərbi xadim, Qaradağ valisi.
Yusif İmanov
Yusif İmanov (27 sentyabr 2002, Ağdam) — Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah"ın qapıçısı. 19 mart 2022-ci ildə Yusif Azərbaycan Premyer Liqasında "Sabah"ın heyətində "Səbail"ə qarşı oyunda debüt etmişdi.
Yusif İsmayıl
Yusif İsmayıl (türk. Yusuf İsmail; 1857 – 4 iyul 1898, Atlantik okeanı) — "Qorxunc türk" ləqəbli əfsanəvi türk güləşçi. Yunan-Roma güləşi ilə idmanda böyük qələbələr qazanan ilk türk pəhləvanı olduğu güman edilir. 1885-ci ildə Kırkpınar güləşi üzrə əsas pəhləvan olmuşdur. 1894-cü ildən etibarən Avropa və ABŞ-də dövrün ən məşhur güləşçiləri ilə güləşmişdir. Məşhur idmançı 140 kiloqram çəkisində və 1,88 metr boyunda idi. Həyatını ABŞ-dən ölkəsinə dönərkən bir gəmi qəzasında itirmişdir.
Yusif İsmayılov
Yusif İsmayılov (15 fevral 1927, Çomaxtur, Naxçıvan MSSR – 7 mart 2007) — Naxçıvanın əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı. Yusif Abbas oğlu İsmayılov 15 fevral 1927-ci ildə Azərbaycan Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Çomaxtur kəndində anadan olmuşdur. 1959-cu ildə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Ali məktəbini bitirib. Şərur rayonu Maxta kəndi kolxozunun sədri(1961–1964). Naxçıvan XDS İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri(1965–1968). Naxçıvanda "SSRİ-nin 50 illiyi" adına kolxozun sədri(1968–1988). Çomaxtur kənd kolxozun sədri (1988–1991).1980-ci ildə yüksək əmək göstəricilərinə nail olmuşdur. Yusif İsmayılov ictimai fəaliyyəti də zəngin olmuşdur. O,9-cu Naxçıvan MSSR,10-cu Azərb. SSR Ali Sovetinin deputatı olmuşdur.
Yusif İzzət
Yusif İzzət paşa (türk. Yusuf İzzet) () — Osmanlı ordusu və Türk ordusunun general olmuşdur. Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən yüksək rütbəli generallardan biridir. Birinci Dünya müharibəsi dövründə və xüsusilə Türkiyə İstiqlaliyyət müharibəsində ilk aylarında mühüm vəzifələri icra etmiş və 1922-ci ildə ölümünə qədər 1-ci parlamentdə millət vəkili olmuş Türk əsgəri və siyasətçisi idi. Qafqaz mənşəli ailənin övladıdır. 28 aprel 1894-cü ildə daxil olduğu Hərbi Məktəbi 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə, 17 yanvar 1900-cü ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində iştirak etmişdi. 1915-ci ildə general rütbəsinə yüksəldi və Birinci Dünya müharibəsində müxtəlif döyüş əmrlərini icra etdi. Xüsusilə, Qafqazın önündə yerləşən 10-cu Ordu Korpusu komandirliyi, Qafqaz Ordusu Korpusu komandiri və 14-cü Korpusun komandiri kimi fəaliyyət göstərmişdi. Rusiyada 1917-ci il Bolşevik İnqilabından sonra Qafqaz və Osmanlı dövlətinin fəal dəstəyi ilə yaradılan "Şimali Qafqaz Respublikası" hökumətinin tərkibində yaradılan Şimali Qafqaz Korpusu komandiri oldu və Komandanlığda hərbi nümayəndə kimi fəaliyyət göstərdi.
Yusif Şaqal
İosif Şaqal (ivr. ‏יוסף שגל‎‏‎; 25 mart 1949, Bakı, Azərbaycan SSR, SSRİ) — İsrail siyasətçisi, jurnalisti, yazıçısı, ssenaristi, televiziya aparıcısı, Knesset üzvü. O, 2006–2009-cu illərdə əksər üzvü Rusiyadan gəlmə olan "İsrail bizim evimiz" partiyasının üzvü olub. O, 2012–2015-ci illərdə İsrailin Belarusa səfiri olmuşdur. İosif Şaqal 25 mart 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, Vladimir Lenin adına Azərbaycan Pedaqoji Universitetinin (indiki ADPU) Tarix fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. Şaqal Belorusiya SSRİ-nin Minsk şəhərində hərbi xidmət göstərib. O, 1990-cı ildə İsrailə köçməzdən əvvəl Bakıda "Azərbaycan gəncliyi" respublikaçı qəzetinin şöbə müdiri, Azərbaycan SSR Televiziya və Radio Yayımları üzrə Dövlət Komitəsinə bağlı olan "Drujba"nın baş redaktorunun müavini vəzifəsində çalışmışdır. İsraildəki həyatının ilk 10 ilində o, "Həftənin xəbərləri", "Bizim ölkəmiz" kimi əsas media qurumlarında işləmişdir. O, daha sonra "24 saat" və "Panorama" qəzetlərinin baş redaktoru olaraq işləmiş, 1997-ci ildə isə "Respublika" qəzetini qurmuşdur.
Yusif Şeyxi
Sinanəddin Yusif Gərmiyani Şeyxi (XIV əsr, Germiyanoğulları bəyliyi – 1431, Germiyanoğulları bəyliyi) — Türk Divan şairi. XV əsr türk ədəbiyyatı tarixində Şeyxinin özünəməxsus yeri var. XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb. Şeyxi təxəllüslü Yusuf Sinanəddin Germiyani (?-1431) Germiyanda (Kütahiyədə) anadan olub. Öz təhsilini Germiyanda başa vurduqdan sonra biliyini artırmaq üçün İrana gedib, orada tibb, təsəvvüf, ədəbiyyat sahəsində savad alıb, göz həkimi ixtisasına yiyələnib. Ona tibblə məşğul olmasına görə adına həkim Sinan da deyiblər. İrandan Ankaraya dönüb, Hacı Bayram Vəli ilə yaxın olub, Şeyxi ləqəbini də bu üzdən alıb. Germiyanda göz həkimliyi edən Şeyxi əvvəl Germiyan hakimi II Yaqubun, sonra Süleyman şahın dönəmində, 1425-ci ildə Çələbi Mehmedin Karaman savaşı zamanı gözləri ağrıdığından onun gözünü müalicə edib, əvəzində Tokuzlular kəndi ona hədiyyə edilib. Şair 1431-ci ildə vəfat edib. Onun əldə üç əsəri var.
Yusif Şeyxov
Yusif Mənsur oğlu Şeyxov (d. 2 fevral 1951) — Azərbaycan ssenaristi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri. 2018-ci 2021-ci illərdə Dövlət Film Fondunda baş mütəxəssis vəzifəsində çalışmışdır. Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub. Burada 23 saylı orta məktəbi bitirib. İki il (1969-1970) Neft-Kimya İnstitutunda, 1970-1975-ci illərdə İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. Yusif Şeyxov 13 yaşında məşhur olarkən Sehrli xalat filmində pioner Eldar rolunda çəkilib. Sonradan "Azərbaycanfilm" kinostudiyasında, 1979-1985-ci illərdə isə Dövlət Kinematoqrafiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1985-1989-cu illərdə "Azərkinoprokat" idarəsinin müdiri işləyib. 1990-2001-ci illərdə "Azərkinovideo" birliyində baş direktor müavini vəzifəsində çalışıb.
Yusif Şirinov
Yusif Şirvan
Yusif Əsgər oğlu Əsgərov (26 dekabr 1910 – 9 avqust 1979) — Azərbaycan şairi. 1910-cu ildə Bakı quberniyasının Şamaxı şəhərində müəllim ailəsində anadan olmuşdur 8 yaşından ata-anasını itirdiyindən yetim qalmış, bacısı ilə birlikdə qohumlarının himayəsində boya-başa çatmışdır İbtidai məktəbi bitirəndən sonra Nuxa şəhər pedaqoji texnikumunda təhsil almışdır (1924–1928) Əmək fəaliyyətinə Şamaxı qəzasının Bicov kənd məktəbinin direktoru vəzifəsində başlamışdır 1929-cu il avqust ayından Lənkəran şəhər nümunəvi orta məktəbində dərs Hissə müdiri olmuş, bir ildən sonra Bakı Ali pedaqoji məktəbində təhsilini davam etdirmiş, eyni zamanda Azərkinoda bədii büronun üzvü (1930–1932), Azərbaycan Baş Ədəbiyyat Müfəttişliyi idarə-sində siyasi redaktor (1932–1934) işləmişdir Ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamış. mətbuatda oçerk, Hekayə, povest, roman və məqalələrini müntəzəm çap etdirmişdir İnstitutu bitirdikdən sonra "Ədəbiyyat qəzeti"nə məsul katib təyin edilmiş, sonra Azərnəşrdə, Uşaqgəncnəşrdə bədii ədəbiyyat üzrə redaktor, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Hazırlıq kursunda və 132 nömrəli Bakı şəhər məktəbində müəllim işləmişdir 1939–1941-ci illərdə "Kommunist" qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. Bu müddət ərzində Azərbaycan Dövlət Qiyabi İnstitutunda baş müəllim işləmişdir 1941-ci ilin avqustunda Sovet Ordusuna səfərbərliyə alınmış, Hərbi xidməti ləyaqətlə yerinə yetirmişdir "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medallarına layiq görülmüşdür 1947-ci ilin iyulunda ordudan tərxis olunmuş. "Təbliğatçı" jurnalında partiya şöbəsinin müdiri, qiyabi institutda ədəbiyyat kafedrasının baş müəllimi işləmişdir Bir müddət Azərbaycan Dövlət Universitetində dekan, ömrünün axırınadək isə dosent olmuşdur "Əmək veteranı" medalı ilə təltif olunmuşdur 1979-cu il avqustun 9-da vəfat etmişdir..
Yusif Şükürlü
Yusif Şükürov (Şükürlü; 27 oktyabr 1948, Baş Şabalıd, Nuxa rayonu) — Fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (11 iyun 2007), AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (15 oktyabr 2014) Şükürlü Yusif Hacıbala oğlu 27 oktyabr 1948-ci ildə Azərbaycanın Şəki rayonunun Baş Şabalıd kəndində anadan olmuşdur. 1954-cü ildə doğulduğu kəndin ibtidai məktəbinin birinci sinfinə getmiş və orada ibtidai təhsilini başa çatdırdıqdan sonra təhsilini Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbində davam etdirmişdir. 1965-ci ildə Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbi bitirmiş və 1966-cı ildə ADU-nun Fizika fakültəsinə daxil olmuşdur. O, diplom işini İ. V. Kurçatov adına AEİ-da (indiki rus. Российский научный центр "Курчатовский институт") yerinə yetirmişdir. 1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinat üzrə Qəbələ rayonunda Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərini tədris etmişdir. 1973–1974-cü illərdə isə həmçinin Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini də işləmişdir. 1974-cü ilin avqustundan Şəki şəhərində 43 saylı Orta Təhsil verən Texniki Peşə məktəbində fizika müəllimi işləmiş və 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1975-ci ilin noyabrında Azərb. SSR EA Fizika institutunun nəzdində olan Səki Elmi bazasına — laborant vəzifəsinə işə keçmişdir.
Yusif Əbdürrəhmanov
Yusif Ələkbər oğlu Əbdürrəhmanov — Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü (1968). 1912-ci ildə Şəkidə anadan olmuşdur. Yusif Əbdürrəhmanov ibtidai təhsilini nümunə-zəhmət məktəbində almış və 1925-ci ildə məktəbi bitmişdir. 1925-ci ildə orada pedaqoji texnikuma daxil olmuşdur. Y.Ə. Əbdürrəhmanov 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. 1939-cu ildə Uiversiteti fərqlə diplomu ilə bitirmişdir. Universitetdə müəllim pedaqoji fəaliyyəti ilə yanaşı 1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1940-cı ildə O, kafedrada işləməklə bərabər, SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1945-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün Xəzər sirbitinin biologiyası mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1952-ci ildən ömrünün sonuna kimi (1977) ixtiologiya laboratoriyasının müdiri işləmişdir.
Cığalızadə Yusif Sənan Paşa
Cığalızadə Yusif Sənan Paşa (1544, Messina, Siciliya – fevral 1606, Diyarbəkir) — 1591–1595 və 1599–1604 tarixlərində ümumilikdə 10 il kaptan-ı dərya, III Mehmed dönəmində 27 oktyabr 1596–5 dekabr 1596 tarixlərində ümumilikdə bir ay 9 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Cığalızadə Yusif Sənan Paşa 1545-ci ildə Siciliyanın Messina şəhərində əslən Genuyalı olan məşhur Cicala ailəsində dünyaya gəlmiş, əsl adı Scipione Cicala olmuşdur. 1560-cı ildə baş verən Cərbə dəniz döyüşü əsnasında atası ilə birlikdə Osmanlılara əsir düşərək İstanbula gətirilmiş, burada dəvşirilərək Əndəruna daxil olmuşdur. Burada Yusif Sənan adını götürmüş, ailəsi ilə bağlı olaraq isə tarixi qeydlərdə Cığalızadə olaraq qeyd edilməkdədir. Yusif Sənan Paşa əvvəlcə sarayda silahdar və qapıçıbaşı vəzifələrinə gətirildi. Daha sonra yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. 1583-cü ildə vəzirliyə yüksəldi və İrəvan bəylərbəyi təyin olundu. 1585-ci ildə Təbriz və Tiflisi mühasirəyə alan Səfəvilərə qarşı güclü müqavimət göstərmiş, 1591-ci ildə kaptan-ı dərya təyin edilmişdir. Sultan III Mehmedin Əyri Səfərinə komandan olaraq qatılmış, 26 oktyabr 1596 tarixində baş tutan Xaçoba döyüşündə göstərdiyi məharətə görə sədrəzəmliyə yüksəlmişdir. Ancaq döyüş meydanından qaçan sipahi dəstələrinə verdiyi sərt cəza tədbirləri və Krım xanı II Qazi Gəray xanı vəzifəsindən azad etməsi dövlət adamları arasında narazılıqlara yol açdı.
Dağıstan Yusifov
Yusifov Dağıstan Eynal oğlu (25 iyun 1942, Gığı, Qafan rayonu – 6 oktyabr 2018, Bakı) — Azərbaycan alimi. Yusifov Dağıstan Eynal oğlu 1942-ci ildə anadan olmuş, 1959-cu ildə Qafan rayon Gığı orta məktəbi bitirmiş. 1960-cı ildə Qafan şəhərində Dağ mədən texnikomuna qəbul olmuş, 1962-ci ildə həmin texnikomu bitirərək həmin şəhərdə Dağ mədən axtarış idarəsində texnik mühəndis vəzifəsində çalışmışdır. 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Geoloji Coğrafiya fakültəsinin" coğrafiya müəllimi, coğrafiyaşünas ixtisası üzrə təhsil almışdır Kənd təsərrüfatı elmləri namizədi Dağıstan Eynal oğlu Yusifov 1970-ci ildən AEAda işləyir. O, 1983-cü ildən AEA-nın Rəyasət Heyətinin qərarı əsasən Torpaqşünaslıq və aqrokimya İnstitutundan AEA-nın nəzdində yaradılmış "Məhsuldar qüvvələr və təbii sərvəti öyrənən komissiyaya keçirildi. 1989-cu ildə həmin komissiyada yaradılmış torpaq və bitkiçilik şöbəsinə şöbə müdiri seçilib. 2003-cü ildən həmin komissiya bağlandıqdan sonra AMEAnın Rəyasət Heyətinin qərarı əsasında İqtisadiyyat İnstitutunda a.e.i. vəzifəsində çalışır. 41 il müddət ərzində 131 məqalə və tezisləri, 10 monoqrafiya, 4 metodik vəsait çap edərək ölkə iqtisadiyyatının regionlarda düzgün və səmərəli istifadəsində yaxından köməklik edir. D. Yusifov Respublikanın aktual problemləri barədə müntəzəm olaraq dövrü mətbuatda, həmçinin beynəlxalq elmi konfranslarda çıxış edir.
Dinarə Yusifova
Dinarə Yusifova (13 yanvar 1958, Qutqaşen) — Azərbaycan aktrisası. 13 yanvar 1958-ci ildə Qəbələdə anadan olub. Dinarə Yusifova rejissor Fərhad Yusifovun bacısıdır. Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: qonaq Arxadan vurulan zərbə (film, 1977) Aşkarsızlıq şəraitində...
Dəli Yusif (film, 1975)
Dəli Yusif filmi rejissor Ətif Yılmaz tərəfindən 1975-ci ildə ekranlaşdırılmışdır. Döyüş, macəra, sevgi janrında olan bu film "Ərmanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Cüneyt Arkın, Zərrin Arbaş, Qədir Qoru, Əli Şən, Ərol Kəsgin ifa edirlər. Film kəndlilərə əziyyət edən, camaatın evini əlindən alan Abbas və cüssəli, dəli Yusifin oğlu Əlinin mübarizəsindən bəhs edir Antalya Film Festivalı. Ən yaxşı rejissor. Qızıl Portağal mükafatı — Ətif Yılmaz Antalya Film Festivalı. Ən yaxşı film.
Elburus Yusifov
Elburus Şəmsi oğlu Yusifov (12 may 1985, Ağdam, Tovuz rayonu – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Elburus Yusifov 1985-ci il mayın 12-də Tovuz rayonunun Ağdam kəndində anadan olub. 1991-2002-ci illərdə N. Yusifov adına Ağdam kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı. Onun xalası oğlu — 2020-ci ilin Tovuz döyüşləri zamanı şəhid olan baş əsgər Elşad Məmmədovdur. Elburus Yusifov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2020-ci ilin 12-15 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elburus Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Elman Yusifov
Elman Fərhad oğlu Yusifov (20 oktyabr 1959, Qaracallı, Qubadlı rayonu) — Azərbaycan alimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. Elman Yusifov 20 oktyabr 1959-cu ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 172 №-li məktəbə daxil olmuşdur. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini elektronika ixtisası üzrə bitirmişdir, 1999–2001-ci illərdə Qərb Universitetinin İqtisadiyyat fakültəsində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr elmi dərəcəsi almışdır. 1983–1984-cü illərdə AMEA Fizika İnstitutunun Fiziki-Kimyəvi Biologiya Sektorunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar Genetik Əsasları şöbəsində baş laborant vəzifəsində işləmişdir. 1984–1990-cı illərdə SSRİ EA Kristalloqrafiya İnstitutunda akademik B. Vaynşteynin rəhbərlik etdiyi Zülal Kristalloqrafiyası laboratoriyasında (Moskva) stajor-tədqiqatçı və əyani aspirant olmuşdur. 1990-cı ildə Azərbaycan EA Botanika İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının İşlər İdarəsinin rəisi, Mərkəzi Aparatın Elm Şöbəsinin rəisi, ET Meşəçilik İnstitutunun direktor müavini (II Dərəcə Dövlət Qulluqcusu ixtisas dərəcəsi) vəzifələrində işləmişdir. 2005-ci ildən Azərbaycan MEA Zoologiya İnstitutunda aparıcı elmi işçi, informasiya və patent qrupunun rəhbəri, İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2008–2010-cu illərdə "AzGerneft" müştərək müəssisəsində baş ekoloq vəzifəsində işləmişdir.
Elxan Yusifov
Evlilərin kitabı (Yusif Qulami)
Evlilərin kitabı — Yusif Qulaminin sosioloji-əxlaqi əsəri. Qadın-kişi məsələləri üzrə mütəxəssis və psixoloq Dr. Yusif Qulaminin 14 illik araşdırma, rəy sorğusu və konsultasiya nəticəsində yazdığı bu kitab əksər evlilərin qarşılaşdığı, lakin həya hissinin və ya məlumat azlığının bu barədə kiminləsə danışmaq icazəsi vermədiyi məsələləri əhatə edir. Kitabda qadınlarda cinsi istəksizlik probleminin psixoloji amilləri və onun müalicəsi, ər-arvad arasındakı cinsi məsələlərə münasibətdə yanlış təsəvvürlərin araşdırılması, seksual həzzin düzgün təmin edilməsi yolları və s. kimi məsələlərə aydınlıq gətirilir.
Fariz Yusifov
Fariz Yusifov — Azərbaycanlı futbol hakimi. Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 269 dəfə baş hakim olmuşdur.
Fikrət Yusifov
Fikrət Hüseyn oğlu Yusifov (20 avqust 1957, Danzik, Noraşen rayonu) — azərbaycanlı iqtisadçı, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının maliyyə naziri (1994–1999), "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri. Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də Naxçıvan MR-in Şərur rayonunun Danzik kəndində ziyalı ailəsində anadan olmuşdur. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi bitirmiş və həmin ildə də Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1978-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirib təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuş, sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirmişdir. Nazirliyin büdcə idarəsində baş iqtisadçı, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. Ailəlidir, dörd övladı vardır. Nazirlikdə işlədiyi müddətdə təhsilini qiyabi aspirantura şöbəsində davam etdirərək 1987-ci ildə Moskva şəhərində "Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya müdafiəsindən sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlamış, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir. 2001-ci ildə Rusiyanın Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir.
Fərhad Yusifov
Fərhad Fəttah oğlu Yusifov və ya Mark Jozef (ing. Mark Joseph) — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri. Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinemotoqrafiya institutunun “bədii film rejissorluğu” bölməsini bitirib. Bir sıra ekran əsərlərində - “Nizami”, “Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb. Onun xüsusilə “Tacikfilm”in istehsalı olan “Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib. Kanadada tammetrajlı “Aldanış” (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. “RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb. Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb.
Fərhad Yusifov (aktyor)
Fərhad Fəttah oğlu Yusifov və ya Mark Jozef (ing. Mark Joseph) — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri. Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinemotoqrafiya institutunun “bədii film rejissorluğu” bölməsini bitirib. Bir sıra ekran əsərlərində - “Nizami”, “Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb. Onun xüsusilə “Tacikfilm”in istehsalı olan “Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib. Kanadada tammetrajlı “Aldanış” (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. “RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb. Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb.
Fərhad Yusifov (alim)
Fərid Yusifli
Fərid Yusifli (20 fevral 2002, Azərbaycan) – Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin yarımmüdafiəçisi. Neftçinin heyətində ilk matçına 20 sentyabr 2020-ci ildə keçirilən Qarabağ-Neftçi matçının 90+2-ci dəqiqəsində çıxıb. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb. Neftçidə ilk dəfə 90 dəqiqə meydanda 9 aprel 2022-ci ildə keçirilən Şamaxı-Neftçi matçında qalıb. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb. Neftçi Azərbaycan Premyer Liqası Qalib (1): 2020/21 1. Fərid Yusifli Soccerway 2. Fərid Yusifli Transfermarkt 3. Qarabağ 1–2 Neftçi Soccerway 4.
Fərid Yusifoğlu
Fərid Yusifoğlu — vizual effekt mütəxəssisi (VFX Supervisor) Fərid Yusifoğlu 1983-cü il avqust ayının 3-də Mingəçevir şəhərində anadan olub. 2005-ci ildə İqdisad universitetinin Türk Dünyası İşlətmə fakultəsini bakalavr dərəcəsində bitirib. Reklam üçün animasiyalar hazirlamaqla başlayan 'freelancer' iş həyatı, peşəkar animatorluqla əvəz olunur. 3D və Matte Painting həvəsi sonradan filmlərə tədbiq olunur. Rejissor Samir Kərimoğlu-nun 'Sirat Körpüsü' filmi ilə başlayan filmoqrafiya siyahısı artıq 6 film ilə sıranı artırır. Hal hazırda 'Samir Kərimoğlunun "Mən Evə Qayıdıram" filmində VFX supervayzer vəzifəsində debütə imza atır. Ən son işi tanınmış Azərbaycanın tanınmış rejissoru Fikrət Əliyevin "Polkovnikin xəzinəsi" filmi olub. Filmdə həm Vizual Effekt Supervayzer kimi həm də Matte Paint Artist kimi çalışmışdır. Son zamanlar Azərbaycan kinomatoqrafiyasının inkişafı Vizual Effektlər industriyasına da təsir edib. Bir çox işlərdə yeniliklər tələb etdiyi üçün yeni texnologiyaların kinomatoqrafiyada tədbiqi də başlanıb.
Fərəc Yusifbəyli
Fərəc Adil oğlu Yusifbəyli (19 sentyabr 1956) — azərbaycanlı dövlət və siyasi xadim, Naxçıvan Ali Məclisinin II çağırış üzvü. Fərəc Yusifbəyli 19 sentyabr 1956-cı ildə anadan olmuşdur. 1979-cu ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1979-cu ildə Babək rayonu Yuxarı Ozanoba kənd orta məktəbində müəllim olaraq çalışmağa başlamışdır. Daha sonra eyni məktəbdə riyaziyyat müəllimi olaraq işləməyə davam etmişdir. Fərəc Yusifbəyli 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının sədr müavini və Babək Rayon Təşkilatının sədri olmuşdur. Fərəc Yusifbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq 2000-ci il Naxçıvan Ali Məclisinə seçkilərə 23 saylı Şıxmahmud seçki dairəsindən qatılmışdır. Seçkiləri birinci tamamlayaraq II çağırış Naxçıvan Ali Məclisinin deputatı seçilmişdir. Fərəc Yusifbəyli 2004 tarixində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunsa da partiya rəsmi qeydiyyata 2005-ci ilin avqust ayında qeydiyyata alındığı üçün çağırış sonuna qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü sayılmışdır.
Gürcü Yusif Paşa
Gürcü Yusif Paşa (d. 1652 - ö. 1713) — III Əhmədin səltənətində 11 ay 22 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Əslən gürcü olub, 1652-ci ildə dünyaya gəldi.. Yeniçəri ocağında yetişmiş, padşahın ov itlərindən məsul olan zağarçılar bölüyündə xidmət etmişdir. 1702, 1703 və 1704-cü illərdə 3 dəfə ordu kəndxudası olaraq xidmət etmiş, bu səbəblə gələcək illərdə ağa ləqəbi qazanmışdır. 1706-cı ilin oktyabrında öncə Resmo, ardından İnəbaxdı sancaqbəyliyinə təyin edilsə də, 1708-ci ildə təqaüdə ayrıldı və Ədirnədə yaşamağa başladı. 26 sentyabr 1710-cu ildə yeniçəri ağası olaraq təyin olundu və bu vəzifəsi davam edərkən 1711-ci ilin iyununda vəzir rütbəsi aldı. Bu vəzifəylə 1710-1713 Rusiya-Osmanlı müharibəsində iştirak etdi və şöhrət qazandı. Müharibə davam edərkən Ədirnəyə gələn sərdar Baltaçı Mehmed Paşanın vəzifədən alınmasıyla 20 noyabr 1711-ci ildə sədarətə gətirildi.
Hacı Mirzə Əliqulu Yusifzadə
Hacı Mirzə Əliqulu Yusifzadə - (1808-?), xəttat, həkim, şair, alim. Əliqulu Kərbəlayı Yusif oğlu 1808-ci ildə Şuşa şəhərində dоğulmuşdu. Ilk təhsilini atasından almışdı. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə "Riyazül-aşiqin" adlı əsərində yazır: "Bu alimü amilü fəqihi-kamil təvəllüd еdibdir Şuşada və əvayili-sinnində tərbiyə tapıb əbəvisi Mirzə Yusif məhrumun və şəhərinin sair ülamalarının hüzurunda, sоnra ikilli təhsil üçün ətəbati-aliyyata müşərrəf оlub. Sеyidi Cəlil və aləmi-Nəbil cənab Hacı Sеyid Kazım Rəşti əl-allah məqamının hüzuri-pürnurlarında təhsilini tamama yеtirəndən sоnra vətəni-əslisi оlan Şuşa şəhərinə müraciət buyurub, əhkami-dini-nübin sеyid əl-Mürsəlin səməlla əlеyhə və məhunun pişrəftandə və çəhərdəh məsumun fəzayil və məqaqibini kəşf еtməkdə хadimi-şəriəti-qurra оlub fəzayili-ali Məhəmməd əlеyüsəlamda nеçə cild kitablar ərəb və fars dilində təsnif buyurub". Mirzə Əliqulu böyük alim və şair idi. Şərq dillərinin əksəriyyətini bilirdi və bu dillərdə sərbəst yazılar ərsəyə gətirirdi. Qasım bəy Zakir Şuşa qazısı Mirzə Əbdülqasım bəy Kəbirliyə bir nеçə həcv yazıb. Özünü böyük alim Hacı Mirzə Əliquludan yüksək tutan qazını qamçılayırdı. Kimdi yanında оnun Əliqulu Əbdürrəhim, Kühi-Əlbürsü yıхar çün tохunan dəm qazı… Hacı Mirzə Əliqulu Yusifzadənin şеirləri ərəb dilində оlduğundan yazımızda vеrməyi gərəkli bilmədik.
Halvaçı Yusif Paşa
Halvaçı Yusif Paşa (ö. 1715) — II Mustafa və III Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından xəzinədar kəndxudası olaraq xidmətə alınmışdır. 1691-ci ildə vəzir rütbəsi alaraq Sivas sancaqbəyliyinə gətirildi və Sultan İbrahimin qızlarından Gövhərxan Sultanla nigahlandı. Nigahın ardından kaptan-ı dəryalığa gətirildi. 1693-cü ildə İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. Ancaq 1695-ci ildə bilinməyən səbəblə Midilli adasında həbs edildi. 2 illik həbsin ardından paytaxta çağırıldı və 1698-ci ildə taxt naibi oldu. Sultan Əhmədin taxta çıxmasının ardından Rumeli və Anadolunun müxtəlif əyalətlərinə təyin olunan Yusif Paşa 1715-ci ildə son vəzifə yeri olan Trabzonda vəfat etdi.
Hekayəti-Yusif şah
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Həzrəti Yusif (teleserial, 2008)
Həzrəti Yusif (fars. یوسف پیامبر‎, ing. Joseph, the Prophet, ing. Yousuf-e Payambar) – 2008-ci ildə çəkilən İran televiziya serialıdır. Serialda Yusifin atasından ayrı düşməsindən, qul olaraq satılmasından, Züleyxanın ona qarşı məhəbbətindən, kahinlərə qarşı mübarizə aparmasından, firon ilə görüşməsindən və sonda atası ilə görüşməsindən danışılır. Bu film Yusif peyğəmbərin qissəsinə tarixi-dini yanaşmaları əks etdirməklə, qədim Misirin Amarna tarixi dönəmində, IV Amenhotepin (Еxnaton, yaxud Axnatun) hakimiyyəti zamanı baş verən hadisələri canlandırır. Filmin çəkilib başa çatmasından sonra Həzrəti Yusif rolunu canlandıran Mustafa Zəmani TV kanalların mükafatlarını qazanmışdır. "Həzrəti Yusif" teleserialı Türkiyədə "Star TV" və "Kanal 7", Azərbaycanda isə Space TV və "İnterAz TV" kanallarında yayımlanmışdır. "Həzrəti Yusif" serialının istehsal müdiri Mühəmməd Sadiq Azildir. Serialın səs operatoru Əhməd Əmiri, səs rejissoru isə Rza Nərmizadədir.
II Yusif Tamğaç xan
Yusif bin Məhəmməd xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1180. ildə atası III Məhəmməd Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
II Yusifbəyli hökuməti
II Yusifbəyli hökuməti və ya Beşinci hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 5-ci, Nəsib bəy Yusifbəyli başçılığında təşkil olunan, müsavatçılar, ittihadçılar, müstəqillər, bitərəflər, əharçılar və hümmətçilərdən ibarət koalisiya hökuməti. 22 dekabr 1919-cu ildə kabinetdaxili münaqişələrə görə IV hökumət kabineti istefa verdi. 1919-cu il dekabrın 24-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi. Nəsib bəy Yusifbəyli baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransındakı gərgin əməyi sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olmuşdur. Bu dövrdə həmçinin Bakı Dövlət Universiteti açıldı. Müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərildi. Torpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq, 1920-ci ilin fevralında ümumxalq müzakirəsinə verildi. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar açıldı, ibtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlanıldı. 1920-ci ilin əvvəllərində Şimali Qafqaz və Dağıstanda Denikin qüvvələrini məğlub edən Qırmızı Ordu Azərbaycan sərhədlərinə yaxınlaşaraq Sovet Rusiyasının çoxdan ələ keçirmək arzusunda olduğu Bakını təhlükə altına aldı. Diplomatik əlaqələr yaratmaq haqqında Azərbaycan Hökumətinin bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası ölkə daxilində bolşeviklərin vasitəsilə müdaxilə üçün zəmin hazırlayırdı.

Значение слова в других словарях