1. Girdə, dəyirmi, yumru. Çayın vadisini uğultu bürümüşdü.
Hirsli sular iri, qara, yuvarlaq daşları yumalaya-yumalaya gətirdikcə, bir-birinə toxunub şaqqıldayırdı.
// Dairə şəklində olan. Yuvarlaq stol. Yuvarlaq güzgü.
– [Ayrım qızı] …şişman qadın idi, kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi.
2. riyaz. Kəsr deyil, tam ədədlə göstərilən. Yuvarlaq ədəd.