YUXARI TÜPÜRÜRƏM, BIĞDIR, AŞAĞI TÜPÜRÜRƏM, SAQQAL

bax: yuxarı baxıram, bığdır, aşağı baxıram, saqqal.

YUXARI BAXIRAM, BIĞDIR, AŞAĞI BAXIRAM, SAQQAL
YUXARIDAN AŞAĞI BAXMAQ
OBASTAN VİKİ
Saqqal
Saqqal — kişilərin çənə, üst dodaq və yanaqlarında bitən üz tükləri. Saqqal kişiliyin, dominantlığın, müdrikliyin və gücün simvolu hesab edilir. Saqqallar kir və bakteriyaları daşıya bilər, ona görə də onları müntəzəm olaraq yumaq, qurulamaq və təmiz saxlamaq vacibdir. Kişilər yaşlandıqca saqqal rəngini dəyişə bilər, adətən gənc yaşlarda daha tünd rənglə başlayır və tədricən boz və ya ağa çevrilir. == Xarici keçidlər == Борода Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine — статья в гуманитарном словаре (rus.) "Брить или не брить?" (Борода и маскулинность в современном мире) из цикла "Археология" на Радио "Свобода" (аудио, фев 2016) И.Словесник "Борода" (видео) "Saqqalın faydaları: Saqqalı qırxmamaq üçün 5 səbəb" (az.). islamazeri.az. 2016-09-27. 2017-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Mavi saqqal
Mavi Saqqal (fr. La Barbe bleue) — fransız yazıçı Şarl Perro tərəfindən yazılmış nağıl. == Mövzu == Mavi saqqal, bir çox insanın ondan çirkin və mavi saqqalı ucbatından qorxduğu zəngin bir aristokdatdır. Bir neçə dəfə evlənmiş, lakin arvadlarına nə olduğu bilinməməkdədir. Bu səbəbdən o ətrafda yaşayan qızlar ondan qaçırlar. Bir gün bir qonşusunu ziyarət edir və üç qızından biri ilə evlənmək istədiyini deyir. Qızları heç biri isə onunla evlənmək istəmədiyindən hərəsi digərini önə çıxarır. Nəyahət mavi saqqal kiçik qızla evlənib, qəsrdə yaşamağa başlayır. Bir müddət sonra mavi saqqal səyahətə çıxmağa qərar verir. Qəsrin bütün qapılarının açarını arvadına verərək yola düşür.
Qara Saqqal
Edvard Tiç (ing. Edward Teach) ləqəbi Qarasaqqal (ing. Blackbeard ; 1680, Bristol, İngiltərə - 22, о. Окракок, Şimali Karolina ) - Vest-Hinddə və Böyük Britaniyanın Şimali Amerika koloniyalarının şərq sahillərində fəaliyyət göstərən ingilis piratı. Onun erkən həyatı haqqında çox az şey məlumdur, lakin o, Bahamanın Nyu Providence adasında məskunlaşmazdan əvvəl Kraliça Anna müharibəsi zamanı matros olub. Kapitan Benjamin Hornigqld Nyu Providens adasında yerləşirdi və Tiç 1716-cı ildə onun komandasına qoşuldu. Horniqold onu ələ keçirdiyi gəmiyə komandir təyin etdi və onlar çoxsaylı pirat fəaliyyətlərinə birlikdə iştirak etdilər. Onların donanmasına daha iki gəmi əlavə edildi, onlardan birinə Stid Bonnet komandanlıq etdi, lakin 1717-ci ilin sonunda Horniqold özü ilə iki gəmi götürərək piratçılıqdan uzaqlaşdı. Tiç Fransız kölə gəmisi olan "Koncord"-u ələ keçirdi, və onun adını "Kraliça Annanın qisası" qoydu. Onu 40 topla təchiz etdi və 300-dən çox adamdan ibarət heyəti idarə etdi.
Saqqal vergisi
Saqqal vergisi (rus. Налог на бороду) — müxtəlif dövrlərdə saqqal saxlayan kişilərə tətbiq olunan vergidir. 5 sentyabr 1698-ci ildə Rusiya çarı I Pyotr saqqal saxlayanlardan saqqal vergisi ödəmələrini tələb edən fərman vermişdi. Keşişlərdən və kəndlilərdən başqa bütün əhali ya saqqalını qırxmalı, ya da vergi verməliydi. Kəndlilər şəhərə daxil olduqda və ya çıxdıqda saqqal rüsumu ödəyirdilər. Vergini ödəyənlər xüsusi ödəmə tarifi olaraq "saqqal sikkələri" (və ya "saqqal nişanələri", "saqqal tarifi") alırdı. "Saqqal sikkə"lərinin ayrı-ayrı vaxtlarda 3 müxtəlif növü olmuşdu. 1705-ci il göstərişilə, saqqala görə ödəmələrin 4 forması ayırd edilmiş, 10 il sonra adambaşına 50 rubl olmaqla, vahid formaya salınmış, 1772-ci ildə isə bu ödəmələr tamamilə ləğv edilmişdi. Saqqal vergisi Rusiyadan əvvəl XVI əsrdə İngiltərə və Fransada tətbiq edilmişdi.
Saqqal-ı Şərif
Saqqal-ı Şərif — İslam Peyğəmbəri Məhəmmədin dini günlərdə sərgilənən, şüşə qabda mühafizə edilən saqqalı. Tarix boyunca İslam ölkələrində saxlanılmış, səfərlər boyunca baş üzərində daşınmış, səfər bitdikdən sonra isə növbəti səfərədək xüsusi sandıqda saxlanılmışdır. Türkiyənin və dünyanın bir çox yerlərində sərgilənmişdir. Hal-hazırda Topqapı Sarayının Hırka-i Səadət otağında mühafizə edilən Saqqal-ı Şərif Hz. Əbu Bəkr, Hz. Əli və digər səhabələrin şahidliyi ilə peyğəmbərin bərbəri Səlman Farisi tərəfindən kəsilmişdir.
Qara Saqqal (dəqiqləşdirmə)
Qarasaqqal (Kürdəmir)
Dünya saqqal və bığ çempionatı
Dünya saqqal və bığ çempionatı — qeyri-adi yarış növü. İştirakçılar bığ və saqqallarının uzunluğu, eləcə də, stili ilə yarışırlar. == Tarixi == Birinci yarış 1990-cı ildə Almaniyanın Höfen-an-der-Ents qəsəbəsində baş tutmuşdur. 2025-ci ildəki yarış İngiltərənin Bristol şəhərində baş tutacaq. == Kateqoriyalar == Yarışın bığ, tam saqqal, yarım saqqal kimi kateqoriyaları var. == İstinadlar == == Xarici keçidlər == 2019-cu ildəki yarışın nəticələri.
Yuxarı-Oruzman
Yuxarı Oruzman — Dumanis (Başkeçid) rayonunun böyük və qədim kəndlərindən biri. Hazırda kənddə 205 ailə yaşayır və kəndin 1100 nəfər sakini var. Kənddəki orta məktəb 200-ə qədər şagird və 20 müəllim heyətinin istifadəsindədir.
Yuxarı Adyaman
Yuxarı Adyaman — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km cənub-qərbdə, Göyçə gölünün sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Verin Getaşen qoyulmuşdur. == Əhalisi == Burada 1897-ci ildə ermənilərdən başqa 12 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində azərbaycanlılar deportasiya edilmişdir. Kənddə indi ermənilər yaşayır. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Alaşkert bölgəsindən köçürülmüşdür.
Yuxarı Adıqca
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). == Mənbə == ASE, V cild, Bakı, 1981-ci il, səh.
Yuxarı Alplar
Yuxarı Alplar (fr. Hautes-Alpes, oks. Auts Aups, Auts Alps, Nauts Aups, Nauts Alps) — Fransanın cənub-şərqində yerləşən Provans-Alp-Kot-d'Azür regionun departamentlərindən biri. Sıra nömrəsi — 5. İnzibati mərkəzi — Qap. Əhalisi — 142.312 nəfər (departamentlər arasında 99-cu yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 5549 km². Departamentin ərazisində Dürans, Büeş, Klare, Drak, Severes çayları axır. == Tarixi == Yuxarı Alplar 1790-cı ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Dofine vilayətinin ərazisində yerləşir.
Yuxarı Alçalı
Yuxarı Alçalı (Tikantəpə)
Yuxarı Amburdərə
Yuxarı Amburdərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lerik rayonunun Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yuxarı Amburdərə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Yuxarı Amburdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 41 nəfərdir.
Yuxarı Aralıq
Yuxarı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == 29 mart 2005-ci ildə Mərkəzi Yuxarı Aralıq kəndi olan Aralıq kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Yuxarı Aralıq kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir. Keçmiş adı Aralıq Başkənd olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini göstərməklə, onu eyni adlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Aralıq "orta, mərkəz" deməkdir.
Yuxarı Aran
Yuxarı Aran (əvvəlki adı: Komsomol) — Azərbaycan Respublikasının Beyləqan rayonunun Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Beyləqan rayonunun Komsomol qəsəbəsi Yuxarı Aran qəsəbəsi adlandırılmışdır.
Yuxarı Astanlı
Yuxarı Astanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Aşağı Astanlı, və Çanaxbulaqla qonşudur. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskənlərindəndir. Meşənin ətəyində səfalı yerdə yerləşmişdir. Yeganə içməli su mənbəyi dağ bulaqlarıdır. Əhalinin əsas gəlir mənbəyi əkinçilik və təsərrüfatdır. Kənd rayon mərkəzindən təxminən 28 km məsafədədir.
Yuxarı Axta
Yuxarı Axta - Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Yuxarı Axta İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd İnəkdağ dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və oğuz tayfalarında olan padarların bir qolunu təşkil edən axtaçı (axta) etnonimindən formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernanist qoyulmuşdur. == Əhalisi == Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Zaman-zaman onlar soyqırımına məruz qalmış, öz doğma torpaqlarından didərgin düşmüşlər.
Yuxarı Tahircal
Yuxarı Tahircal — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 3000 il əvvəl yaradılmışdır. == Toponimikası == Yuxarı Tahircal oyk., mür. Qusar r-nunun Samur qəsəbə i.ə.v.-də kənd. Şahdağın ətəyindədir. Sakinləri əsasən, Aşağı Tahircal və Yuxan Tahircal kəndlərindən gəldiklərinə görə 1975-ci ildə yaşayış məntəqəsinə Yeni Tahircal adı verilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 449 nəfər əhali yaşayır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Qusar rayonu Yuxarı Tahircal kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır.
Yuxarı Tala
Yuxarı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə tikintisi 1910-cu ildə başa çatdırılımış Cümə məscidi var. Məscidin tikintisinin fikir müəllifi və tikintiyə rəhbərlik edən şəxs Şeyx Əhməd Əfəndi Talalı olmuşdur. Məscidin dam örtüyü xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən talalılara hədiyyə edilmişdir [mənbə göstərin] == Əhalisi == Əhalisi 7386 nəfərdir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Yuxarı Talin
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. == Tarixi == Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Yuxarı Tüləkəran
Yuxarı Tüləkəran — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Tarixi XVIII əsrə təsadüf edir, əvvəllər həmin ərazinin cənub hissəsi mərkəz olmaqla 700 yaşayış məntəqəsi olan Suxtakələ kəndi mövcud olmuşdur, XX əsrin əvvəllərindən başlayaraq isə əhalinin şox hissəsi Xaçmaz ərazisinə köçərək orada məskunlaşmış və orada Suxtakələ kəndini yaratmışlar. == Toponimikası == Yuxarı Tüləkəran oyk.t mür. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilindədir. Keçmiş adı Tüləkəran olmuşdur. Keçmişdə ondan yaranmış məntəqə Aşağı Tüləkəran, bu kənd isə Yuxan Tüləkəran adlandırılmışdır. Tat dilinde iki söz birleesinden emele gelen toponimdir. Tüle- Tat dilinde “soyulmush deri” , Karan - evler, meskan demekdir. == Mədəniyyəti == Əhalisi əsasən əkinçiliklə, çox az hissəsi isə heyvandarlıqla məşğuldur.
Yuxarı Türkmənli
Yuxarı Türkmənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qızılbaşların türkmən etnoniminə -li şəkilçisinin qoşulmasından əmələ gəlmiş türkmənli etnonimi əsasında formalaşmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.19.1935-ci il fərmanı ilə adı dəyişdirilib Apaqa qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 64 nəfər, 1873 - cü ildə 262 nəfər, 1886-cı ildə 360 nəfər, 1897-ci ildə 438 nəfər, 1904 - cü ildə 510 nəfər, 1914 - cü ildə 540 nəfər, 1916-cı ildə 460 nəfər, 1919 - cu ildə 460 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1919 - cu ilin yazında erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından qovulmuş və kənddə 1915-1918-ci illərdə Türkiyənin Sasun vilayətinin Moqdan əyalətindən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra burada ermənilərlə yanaşı 1922-ci ildə 1 nəfər, 1926-cı ildə 11 nəfər, 1931-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Onlar da 1930 - cu illərin ortalarında sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.
Yuxarı Təvilan
Yuxarı Təvilan (fars. طویلان علیا‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (121 ailə).
Yuxarı Uzunoba
Yuxarı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonimin əsası uzun və oba sözlərindən ibarət olub, obaların cərgə ilə uzununa yerləşdiyini bildirir. Oykonimin birinci komponenti isə kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək, eyni zamanda onun coğrafi mövqeyini bildirmək üçün əlavə edilmişdir. == Tarixi == === Tarixi abidələri === Yuxarı Uzunoba kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Yuxarı Veysəlli
Yuxarı Veysəlli — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd idi. 5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi. == Toponimikası == Keçmiş adı Veysəlli olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Veysəlli, bu yaşayış məntəqəsi isə Yuxarı Veysəlli adlandırılmışdır. Veysəlli kəndin əsasını qoymuş nəslin adıdır. == Tarixi == Kənd 22 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. SSRİ dövründə kənd ərazisində "Sosializm" kolxozu təşkil edilmişdir. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Coğrafiyası == Yuxarı Veysəlli kəndinin ərazisi düzənlikdə Xocəvənd şəhərindən 3 km məsafədə, Füzuli şəhərindən 21 km məsafədə yerləşirdi.