ZƏMZƏMƏXAN
ZƏNADİQ
OBASTAN VİKİ
Düşün və zənginləş
Düşün və Varlan (ing. Think and Grow Rich) — Napoleon Hil tərəfindən 1937-ci ildə yazılan kitab. Kitabın başlığı zəngin olmaq haqqında olsa da, yazıçı kitabda insanların bütün iş həyatlarında uğurlu olmaları üçün məsləhətlər irəli sürür. Hilin 1970-ci ildəki ölümünə qədər 20 milyondan çox satılan kitab 2011-ci ildə 70 milyona çatmışdır.
Dəlidağ (dağ, Zəngilan)
Dəlidağ — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ. Hündürlüyü 428 m. Bu dağ və bu adla adlandırılmış digər yüksəkliklər dağın ərazisində tez-tez havanın dəyişməsi, gözlənilmədən yağış və qar yağması, tufan və dağ uçqunlarının olması ilə əlaqədar belə adlandırılmışlar.
Dəlləkli (Zəngilan)
Dəlləkli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılıb, etnotoponimdir. Keçmişdə Mərzili və Ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır. Kənd təxminən 60-70 evdən ibarət olub. Araz çayının sahilinin üst tərəfində yerləşir. Aşağı tərəfdən Bakı-Mincivan-Naxçıvanı birləşdirən dəmir yolu və avtomobil yolu keçir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Bartaz kənd dairəsinin Dəlləkli kəndində 29 ev və 162 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı, bunlar dini baxımdan şiə idilər.
Dərman zəncirotu
Taraxacum sect. Taraxacum (lat. Taraxacum sect. Taraxacum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Taraxacum sect. Taraxacum hündürlüyü 30 sm-ə çatan çoxillik ot bitkisidir. Kökləri yuxarı hissədə şaxələnən kökümsovdan ibarət, kiçik şaxəli olub, qalınlığı 2 sm, uzunluğu 60 sm-ə çatır. Yarpaqları çılpaq və ya orta damarla aşağı tərəfdə az toraoxşar tüklüdür, uzunsov, əksinə, yumurtaşəkilli, küttəhər, oyuqlu-dişlidir və yaxud enli və ya dar, üçkünc, sivriləşmiş, tamkənarlı və ya uzun dişli, arxaya yönəlmiş dilimlərə qismən dərin qayıqşəkilli kəsilmişdir. Çiçək oxu yarpaqlardan uzundur, düz, çılpaq və ya çiçəkləmə dövründə tüklüdür. Qın yarpaqları təpə hissədə qabarıq deyil, xaricdə yerləşənlər qismən enli xətvaridir, aşağı qatlanmışdır, daxildə yerləşənlər isə xətvaridir.
Geriyə zəncirləmə
Geriyə zəncirləmə– ekspert sistemlərində: mühakimənin doğruluğunun yoxlanılmasına həmin mühakimədən və onun alınmasına kimi istifadə olunan qaydalar yığınından başlayan üsul. Sonra ondan əvvəl gələn mühakimələr zənciri yoxlanır, qaydalar faktlardan ibarət verilənlər bazasında olan informasiyalar ilə tutuşdurulur. Proses aşkar doğru və ya yalan olan mühakimə ilə başa çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Göyçə-Zəngi kaskadı
Göycə-Zəngi kaskadı — Ermənistan (Qərbi Azərbaycan) ərazisindən axan Zəngiçay üzərində yerləşən kaskad SES. Kaskad 8 SES ibarətdir. Bunlardan altısı Razdan çayı üzərində, ikisi isə Artaşat irriqasiya kanalı üzərində yerləşir. == İstifadə tarixi və istifadəsi == == Göyçə SES == Bəzi mənbələrdə Göl SES adlanır. Kaskadın ən əhəmiyyətli SES-dır. Stansiya 34,2 МVt güçə hesablansada, faktiki isə 24 МVt güçə malikdir. Tikintisinə 1940 ildə başlansada, yalnız tikinti İkinci Dünya müharibəsindən sonra başa çatdırılmışdır. Yeraltı qurğulara sahibdir. == Razdan SES == Əvvəllər Atarbekyan SES adlanırdı. Ardıcıllığına görə ikincidir. Güçü 81,6 МVt-dır.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Hacallı (Zəngilan)
Hacallı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsinin mərkəzi olan kənd. == Tarixi == Kənd düzənlikdədir. Yaşayış məntəqələri hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 63 evdə 299 şiə kürd yaşayırdı.
Hüseynqulu xan Zəngənə
Hüseynqulu xan Zəngənə (?-?) — Zəngənə elinin başçılarından, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. == Həyatı == Hüseynqulu xan Hacı Hüseynəli xan oğlu Kirmanşah şəhərində doğulmuşdu.Mükəmməl mədrəsə təhsili almışdı. 12 mart 1729-cu ildə Nadir Hüseynqulu xanı Gilan əyalətinə hakim təyin etdi. Həmin zaman Gilan rusların əlində idi. Nadir Rusiyaya elçi göndərin Gilan və Astrabadı geri tələb etdi. 1730-cu ilin martında Nadir Həmədana doğru istiqamət götürdü. Onun qoşunu 25 min nəfərlik süvari və piyadalardan ibarət idi. Bu yürüşdə onu toplar və zənburəklər müşayiət edirdilər. Eyni zamanda o, Tehrandakı qüvvələrə də xəbər göndərdi ki, Qəzvin-Ave yolu ilə Azərbaycanın cənub-qərbinə doğru hərəkət etsinlər. Hüseynqulu xan Zəngənə özünün beş min nəfərlik dəstəsi ilə Gülpayqan yaxınlığında düşərgə saldı.
Həkəri (Zəngilan)
Həkəri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Göyən çölündə, Həkəri çayının Araza töküldüyü yerin yaxınlığındadır. Qəsəbə 1950-ci illərdə Həkəri dəmir yolu stansiyası yanında salınmış və həmin stansiyanın adı ilə adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
I İmadəddin Zəngi
I İmadəddin Zəngi (ərəb. عماد الدین زنكي‎ ;1085–14.sentyabr.1146) — həmçinin Zangi, Zengui, Zenki və Zanki kimi də adlandırılır. O, Oğuz türklərindən olan atabəy idi və Mosul, Hələb, Həma və Edessa qraflığını idarə etmişdir. Zəngilər sülaləsi adını məhz ondan almışdır. I İmadəddin Zənginin atası İmadəddin Zəngi bin Qasımüddövlə Ağsunqur olmuşdur. Tarixi qaynaqların Qasımüddövlə Ağsunqur haqqında verdiyi bilgilərdən onun dördüncü Səlcuq sultanı Məlikşah bin Arslanın yaxın qohumu olması bəllidir. Sultan Məlikşahla Ağsunqur həm də uşaqlıq yoldaşı olmuşdur. Qasımüddövlə ayamasını da Ağsunqura Sultan Məlik şah vermiş və onu 1084-cü ildə Hələb şəhərinə vali təyin etmişdi. İmadəddin Zəngi uşaq ikən atası Qasımüddövlə Ağsunqur öldürülmüşdür. Aqsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq, 1094-cü ildə xəyanətə görə edam olunu.
Kassumunar zəncəfil
Kassumunar zəncəfil (lat. Zingiber cassumunar) - zəncəfil cinsinə aid bitki növü.
Kim zəngin olmaq istəyir? Milyonların Şousu (televeriliş, 2002)
Kim zəngin olmaq istəyir? Milyonların Şousu — "Kim Milyoner Olmaq İstəyir?" (ing. Who Wants To Be A Millionaire?) verilişinin Azərbaycan versiyasıdır. DJ Fatehin aparıcı olduğu bu veriliş 3 oktyabr 2021-ci ildən yayınlamağa başladı. İlk azərbaycandilli versiyası Milyonçu. Dövlətili olmaq istərdinmi? 9 avqust 2002-ci ildə yayınlamağa başlanmışdır və aparıcıları İlhamiyyə Rzayeva və Azər Axşam olmuşdur. Milyonçu. Dövlətili olmaq istərdinmi? verlişi efirdən çıxana qədər 5 il yayınlandı.
Kiprikli zəngçiçəyi
Kiprikli zəngçiçəyi - (lat. Campanula ciliata) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökümsovu şaquli, yoğundur. Gövdəsi 7-15 sm hündürlükdə, düz, birçiçəklidir. Kökyanı yarpaqları sıx rozet əmələ gətirirlər, demək olar ki, oturaq, xəttvari-lansetvari və ya uzunsovlansetvari, qıraqları vəzivari dişcikli və arxaya burulmuş kirpikli, hər iki tərəfdən çılpaqdır. Gövdə yarpaqları nisbətən kiçik, dar xəttvari, qıraqları kirpiklidir. Kasacığı çılpaq, dişcikləri ağkirpikli, xəttvari-lansetvari və ya xəttvaridir. Tacı mavi, tərs konusvari və ya zınqırovvari, çılpaq, bəzən damarlar boyu kirpiklidir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Qayaların üstündə, töküntü torpaqlarda, yüksək dağ çəmənlərində bitir.
Kolanlı (Zəngibasar)
Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Zəngibasar (Masis) rayonu ərazisində kənd olmuşdur. == Tarixi == 1937-ci ilə kimi Vağarşabad (Eçmiədzin) rayonunun tərkibinə daxil idi. Kəndin digər adı "Kolanlı Aralıq"dır. Toponim kolani türk etnoniminə mənsubluq bildirən -lı şəkilçisi artırmaqla əmələ gəlib "kolanı tayfasına məxsus yer" mənasını bildirir. Etnotoponimdir. Qııruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 673 nəfər, 1886-cı il dç 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1918-ci ildə 768 nəfər, 1919-cu ildə 1118 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kənd sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır.
Kənd Zəngilan
Zəngilan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. Zəngilan kəndi Oxçu çayının (Arazın qolu) sahilində, düzənlikdədir. 1930—1933-cü illərdə Zəngilan rayonunun inzibati mərkəzi idi. Yaşayış məntəqəsi kimi XIV əsrdən məlumdur. VII əsrə aid mənbədə Xudafərin körpüsü yaxınlığında adı çəkilən Zəngiyan yaşayış məntəqəsinin indiki Zəngilan olması haqqında fikir var. Oronim "zəngilərin məskəni" mənasındadır. Cənubi Azərbaycanda da Zəngilan kəndi var. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == İstinadlar == 2020-ci 22 oktyabr tarixindən etibarən Zəngilan kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Kərim xan Zənd
Kərim xan Zənd (fars. کریم خان زند‎; 23 may 1705, Piruz, Həmədan ostanı – 1 mart 1779, Şiraz) — 1763-1779-cu illərdə hakimiyyətdə olmuş İran hökmdarı, İranın müvəqqəti vəkili. == Soyu və Ailəsi == Atası, Ləklərə mənsub olan Zənd qəbiləsinin Zənd-i Begile şöbəsinə mənsub olan Aynaq Xan'dır. Anasıda Ağabikə (Ağabəyim) xanımdır. Qəbilənin başına keçmədən öncəsi həyatı barədə məlumat yoxdur. Afşarlar tərəfindən anayurdları olan Zaqros dağlıq bölgəsindəki Məlayir şəhərinin kəvşənindən Quzey Xorasan’nın Əbivərd’inə sürülen Zəndlər, Nadir Şah’ın öldürülmesindən sonra Kərim xan’ın liderliyi zamanında geçmiş yerlərinə dönmüşlər. == Həyatı == Kərim Bəy, 1705-ci ildə Səfəvi imperiyasının bir hissəsi olan Pəri kəndində doğuldu. O, Aynaq Xan Zəndin böyük oğlu idi və 3 bacısı, Məhəmməd Sadiq xan adlı bir qardaşı və Zəki xan və İskəndər xan Zənd adlı iki ögey qardaşları vardı. 1722-ci ildə Səfəvi İmperiyası dağılmaq ərəfəsindəydi - İsfahan və mərkəzi və şərq torpaqları Hotaki sülaləsi tərəfindən işqal edilmişdi, Ruslar şimalındakı bir çox şəhəri fəth etdilər. Eyni zamanda Osmanlı İmperiyası, qərbi bölgələri ələ keçirdilər.
Lütfəli xan Zənd
Lütfəli xan Zənd (1769–1794) — 1789–1794-cü illərdə hakimiyyətdə olmuş Zənd hakimi. == Həyatı == Hakimiyyət uğrunda Zəndlərlə uzun savaşlar aparan Ağaməhəmməd şah 1785-in yanvarından mühasirədə saxladığı Tehran qalası önündə müəyyən qədər qoşun saxlamaqla 1785-in martında Qum şəhərinə yürüş etdi və oranı tutdu. Elə o vaxt onun sərkərdəsi Məcnun xan da Tehranı aldı və şah bu kiçik şəhəri Əstərabaddan sonra ikinci paytaxta çevirdi (1785). İsfahanı tutaraq (2.1786) Zəndləri oradan qovan və 40 gün həmin şəhərdə qaldıqdan sonra Tehrana qayıdan Ağaməhəmməd şah 11 cəmadiyül-əvvəl 1200-də (12 mart 1786) Tehranda səltənət taxtına əyləşdi və elə o gün Tehranın şahlığın paytaxtı olmasına fərman verdi. (Mazandarandan sonra ikinci yol taxta əyləşən Ağaməhəmməd şah tacqoyma mərasimini bu dəfə düz 10 il gecikdirdi). 21 mart 1786-da Ağaməhəmməd şah Qacarın adına Aslan və Günəş (Şirü Xurşid) təsvirli qızıl sikkə kəsildi, onun adına xütbələr oxundu. Şah 1786-da özünü "İran şahı" adlandıran Cəfər xan Zənd üzərində parlaq qələbə qazandı. (Şiraza qaçan Cəfər xan orada sui-qəsdlə öldürüldü). Beləliklə, həmin il o, gündoğandan Bəstam və Şahrudu, günbatandan Gilan, Talış və Kirmanşahı, quzeydən İsfahan, Əstərabad və Mazandaranı bütünlüklə öz ağalığı altına keçirdi. Qardaşı Murtuzaqulu xan Qacarı Gilan və Əstərabad hakimi qoydu.
Lək (Zəngibasar)
Lək — İrəvan xanlığının Zəngibasar mahalında kənd. == Tarixi == 1728-ci ildə mənbədə Vedi nahiyəsində qeyd olunur.1935-ci ildə kənd ermənicə Vartanadzor adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Azərbaycanda XIX əsrdə Cavanşir və Yelizavetpol qəzalarında Lək kənd adları da bu sıraya aiddir. XIX əsrdə Borçalı qəzasında Lək dağ və Lək çay adları ilə ehtimal ki, mənşəcə eynidir. XVI əsrdə Şərqi Anadoluda yaşamış Boz-Ulus tayfa ittifaqında bir elin adı. == Həmçinin bax == Avdibək == Xarici keçid == Qiyasəddin Geybullayev.
Mahmud Zəncani
Mahmud Zəncani -mənşəcə Azərbaycan türklərindən olan dilçi və ilahiyyat alimi. Gorkəmli alim Əz-Zəncani Mahmud bin Əhməd bin Mahmud Əbu əl-Mənaqib Şihabəddin 1177 (8)-ci ildə orta əsrlər Azərbaycanının elm mərkəzlərindən birində-Zəncan şəhərində anadan olmuşdur. Yaxşı təhsil almış və uzun müddət Bağdadda yaşamışdır. Burada o zaman bütün Şərqdə tanınan "Nizamiyyə" və "Müstənsiriyyə" mədrəsələrində dərs demişdir. Bir müddət hətta Bağdadın qazisi də olmuşudr. Mahmud Zəncani 81 yaşında 1258-ci ildə vəfat etmişdir. Mahmud Zəncani Bağdadın və bütün ölkənin alimləri arasında böyük nüfuz sahibi idi. Məşhur ərəb tarixçisi Məhəmməd Zəhəbi onun haqqında yazırdı: "Mahmud bilik dəryası idi." O, şafii məzhəbi üzrə görkəmli ilahiyyatcı kimi "Quran"a şərh yazsa da tarixə ərəb dilinin qısa izahlı lüğətini tərtib etməsi ilə düşmüşdür."Tərvih əl-ərvah fi Təhzib əs Sihah" ("Ruhların təmizlənməsi və Sihahın düzəlməsi") adlanan bu əsər İsmayıl əl-Covhəri Farabinin məşhur lüğətinə şərh kimi yaranmışdı. Orta əsrlərdə Şərqdə məşhur alimlərin geniş yayılmış əsərlərinə şərhlər yazmaq ənənə halını almışdı. Adətən, bu cür şərhlər müxtəlif məqsədlər daşıyırdı.
Menecerimə zəng et (serial, 2020)
Menecerimə zəng et (türk. Menajerimi Ara) — Türkiyə istehsalı teleserial. Serial Fransa serialı olan "Dix pour cent"ə əsaslanır. İstedad agentliyi olan Ego ilə əlaqəli olan menecerlər hər gün idarə olunması çətin olan vəziyyətlərlə sövdələşirlər və işlərini qoruyurlar. Sənəti və işi usta şəkildə birləşdirilər, ancaq şəxsi profesional həyatları bəzən münaqişəyə girir. Menecerlər və köməkçiləri, bizə məşhur aktyorların vəhşi dünyasının pərdə arxasını göstərirlər; gülüşlər, duyğular, intriqa, məyusluq və göz yaşlarının davamlı olduğu yerə. Kıraç (Barış Falay) Feris (Canan Ergüder) Çınar (Fatih Artman) Peride (Ayşenil Şamlıoğlu) Dicle (Ahsen Eroğlu) Barış (Deniz Can Aktaş) Bu aktyorlar serialda özləri olaraq yer aldıqları bir bölümdə yer almışlar.
Mirzə İsmayıl xan Zəncani
Mirzə İsmayıl xan Mirzə Ələkbər xan oğlu Zəncani (1849-1909)—İran ordusunun generalı. Adyutantbası Mirzə İsmayıl xan (1849-1909) Zəncan əhalisindən olub, Mirzə Ələkbər xan adyutantbasının oğludur. O, 1883-cu ildə general rutbəsi alaraq, Nasirəddin şah tərəfindən topxanaya adyutantbası təyin edilir. O, uzun illər bu vəzifədə calısmısdır. 1889-cu ildə Zəncan və Kirmansah əhalisindən ibarət təskil edilmis alay bir muddət onun nəzarəti altında olmusdur. Bu alayda artilleriya rəisi vəzifəsini dasıyırdı. Cox cəsur və qorxmaz insan olan general İsmayıl xan həm də savadlı və xos xəttə malik, sair təbiətli idi. 1897-ci ildə bas vermis hadisədən sonar İsmayıl xan oz məğrurluğu və cəsarəti ilə bu gun də xatirələrdə yasayır. O hadisə ilə əlaqədar məlumatlara bir cox muəlliflərin yazılarında rast gəlmək olar. Mehdi Bamdad yazır ki, həmin il hərbi nazir, sahzadə Vəcihulla mirzə ilə Mirzə İsmayıl arasında xosagəlməz əhvalat bas verdi.
Mirzə Əbutalib Zəncani
Mirzə Əbutalib Zəncani (fars. میرزا ابوطالب زنجانی‎) — hüquqşünas və şiə alimi. Mirzə Əbutalib Zəncani 10 dekabr 1843-cü ildə Zəncanda dünyaya gəlmişdir. Səfəvilər dövründən onun ata tərəfindən olan əcdadları Zəncan şəhərinin münsif və mərcə alimlərindən idilər. O, Zəncanda təhsilə başlamış, sonra Qəzvin və Nəcəfdə təhsilini Şeyx Mürtəza Ənsari, Şeyx Razi və Seyid Hüseyn Kuhkəməri Təbrizinin yanında davam etdirimişdir. 40 yaşında İrana qayıtmış və Tehranda məskunlaşmışdır. Seyid Hüseyn Kuhkəməri Təbrizinin tanınmış şagirdi olaraq, kargüzarlıq dairələrinin mərkəzində olmuşdur. Vaxtının çoxunu dərs deməyə və dini kitablar yazmağa həsr etmişdir. Əvvəlcə Məşrutə hərəkatının tərəfdarı olsa da, sonra kralpərəstlərə qoşulmuşdur.16 mart 1911-ci ildə Tehranda vəfat etmiş, Məşhəddə dəfn olunmuşdur. Azərbaycan və fars dilləri ilə yanaşı, fransız, ərəb və osmanlı dillərini də bilmişdir.
Mirzə Əbülqasim Zəncani
Mirzə Əbülqasim Musa Mirzə Kazım oğlu Zəncani (1805-1876) — İslam alimi, müctəhid. Mirzə Əbulqasim Musa Zəncani miladi XIX (hicri 13-cü) əsrdə şiə məzhəbinin böyük alimlərindən olan Mirzə Kazımın oğlu idi. Həmçinin o, Seyid Məhəmməd Baqir, Rəşti və Hacı Məhəmməd İbrahim Qolabbasinin tələbələrindən olub. Bu dəyərli alimlərin yanında öz biliklərini təkmilləşdirən alim Zəncana qayıdaraq, burada dini idarəçiliyi öz öhdəsinə götürür və insanlar arasında böyük nüfuz və etimad qazanır. Mirzə Əbulqasim Zəncani özündən sonra onlarla dəyərli kitabları elmi irs olaraq qoymuşdur. Bu kitablara misal olaraq, "İzahud-Dəlail fi Hisabi- Aqdul-Ənamil", "Təxribil-Əsbab", "Məqalibil-Əbvab" və s. kimi əsərləri göstərmək olar. Bu böyük alim hicri 1293-cü ilin cəmadiul-əvvəl ayının 3-də Zəncan şəhərində vəfat etmişdir. Seyid Əbülqasim bin Seyid Məhəmmədkazim bin Seyid Əmir Həsən bin Seyid Əmir Möhsün bin Seyid Əmir Səlim Musəvi. تاريخ زنجان: علما و دانشمندان موسوی زنجانی، ابراهیم.ناشر:کتابفروشی مصطفوی.شهر:تهران.سال:۱۳52 اعیان الشیعه .سید محسن امین.ناشر :دارالتعارف للمطبوعات ،شهر:بیروت،سال:1406 (قمری) (الذریعة الی تصانیف الشیعة.
Molla Qurbanəli Zəncani
Molla Qurbanəli Zəncani (fars. آخوند ملا قربان‌علی ارقینی‎; 1824, Zəncan – 1911, İraq) — Məşrutə hərəkatının nümayəndəsi, ruhani. Molla Qurbanəli 1824-cü ildə Zəncan vilayətinin Xudabəndəli mahalının Ərqənin kəndində anadan olmuşdu. Molla Məhəmmədhəsən Nəcəfi və Mürtəza Ənsaridən dərs almışdı. 1899-cu ildə bir cinayətkar onun evinə sığınmış və hakim həmin şəxsin yaxalanmasına əmr etmiş, dövlət adamları Axundun evinə girib və onun tərəfdaları ilə üzbəüz olub döyüşmüşlər. Zəncanlılar bu işə etiraz edib, hakimiyyətə qarşı üsyan edib bəzi dövlət binalarına ziyanlar vurmuşlar. Nəhayət, hakim Axundun evinə gedib bu üsyanı yatırtmışdır. 1907-ci ildə Məhəmmədbağır xan Səidüssəltənənin hakimliyi zamanı Zəncan vilayəti İranın bir çox yerləri kimi qıtlıq vəziyyətində idi. Bu durumda Axund Molla Qurbanəli Zəncani tərəfdarları bir gün şəhərdən eşiyə taxıl aparmağ istəyirlər. Lakin dövlət məmurları bu işə mane olurlar.

Digər lüğətlərdə