ZARILTI is. Ağrıdan, əzabdan və ya şiddətli həyəcandan insanın çıxardığı səs; inilti. Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi. S.S.Axundov. Eşikağası keçərkən zindandan Zamanın zarıltısını eşitdi. Çəmənzəminli.