ZƏRF₁

is. [ ər. ]
1. İçərisinə məktub və ya başqa kağız qoyub başqa yerə göndərmək üçün xüsusi biçimli kağız qab; konvert, paket.
Molla Fərzəli məktubu yazıb bitirdikdən sonra büküb zərf içinə qoydu. A.Şaiq.
Bu dəfə Zəfər stolunun dalından çıxıb əlində zərf mənə tərəf gəldi. M.Hüseyn.
Ağabala zərfi açmamışdan Davud tərəfindən göndərildiyini bilirdi. Mir Cəlal.

2. köhn. İçinə şey qoymaq üçün müxtəlif formalı qab; futlyar. Saat zərfi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏRF ZƏRF [Qız] sonra Könüllə birgə çəkdirdikləri şəkli də zərfin içərisinə qoyub yola saldı (X.Hasilova); KONVERT Tərlan konverti cibindən çıxartdı, tez a

Omonimlər

  • ZƏRF ZƏRF I is. [ ər. ] Bükülən, bükmək üçün olan paket. Elə əlimə keçən qəzeti qaldıranda arxasından ağ bir zərf düşdü (S
ZƏRF₂
ZƏRFİNDƏ
OBASTAN VİKİ
Zərf
Zərf — Hər hansı bir materialın içinə yerləşdirildiyi qorumaq, gizlətmək və ya estetik görünüş məqsədli, kağız və ya plastik maddədən hazırlanan qablaşdırma vasitəsi. Dəftərxana ləvazimatı olaraq, daha çox məktubların içinə yerləşdirilərək qorunduğu və gizləndiyi kağız parçası olan zərflər eyni zamanda pul, kart və hər cür çap sənədi daşıya bilən vəsaitlərdir. Pəncərəli zərflər, ön tərəflərində kəsmə dəlik olan zərflərdir ki, daxilindəki kağızın göründüyünə imkan verir. Təhlükəsizlikli zərflər- daxillərində çap olmuş naxışlı bir boyaya malikdirlər ki məzmununu görməyini çətin edirlər. Müxtəlif nümunələridə mövcuddur.
Zərf (qrammatika)
Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir. Zərflər necə?, nə zaman?, nə vaxt? hara? nə qədər? nə üçün? nə cür? və s. suallarından birinə cavab verir. Zərflər daha çox feilin təsriflənən formaları ilə bağlı olur.
Zərf (nitq hissəsi)
Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir. Zərflər necə?, nə zaman?, nə vaxt? hara? nə qədər? nə üçün? nə cür? və s. suallarından birinə cavab verir. Zərflər daha çox feilin təsriflənən formaları ilə bağlı olur.
Birinci gün zərfi
Birinci gün zərfi - buraxılış günündə poçt təqvim ştampı vurulmaqla markası ləğv edilmiş zərf. Xüsusi kolleksiya obyektidir.
Zərflik
Zərflik — cümlənin ikinci dərəcəli üzvü. Zərflik hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir. Zərflik əksərən feili xəbərə, az hallarda isə ismi xəbərə aid olur. Zərflik cümlədə əsasən feili xəbərə, həmçinin adlarla, xüsusilə, sifətlərlə ifadə olunan ismi xəbərə aid olub, hərəkət və əlamətin icra və meydana çıxma tərzini, zamanını, yerini, kəmiyyətini, səbəbini, məqsədini, şərtini, dərəcəsini və s. bildirən II dərəcəli cümlə üzvüdür. Zərflik əsasən feili xəbərə, bəzən də ismi xəbərə aid olur. Məs: Elə danış ki, maraqlı olsun.(Tərzi-hərəkət zərfliyi) Zərfliklər haraya? necə? nə qədər? nə üçün?
Zərflik budaq cümlələri
Zərflik budaq cümlələri

Digər lüğətlərdə