1. Şiddətli meyil, həvəs, arzu, istək.
[Nuxulular] Molla İbrahim Xəlili bu halət ilə görməkdən vəch edib, şövqdən qayəm sövt ilə çağırırlar.
[Tahirzadə:] Məsmə bacı, qızın oxumağa çox can atır, çox şövqü var.
□ Şövqə gəlmək – həvəsə gəlmək, vəcdə gəlmək, ilhama gəlmək, ruhlanmaq.
…[Əmiraslan] şövqə gəlib sazını götürər, süzə-süzə çalardı.
Şövqə gətirmək – həvəsləndirmək, şövqləndirmək, vəcdə gətirmək, ruhlandırmaq, ilhamlandırmaq.
Qanuni-əsasi arvadları o dərəcədə şövqə gətirib ki, dəxi gözləri naməhrəm kişiləri görmür.
2. İşıq.
Eləmi sözü xoş; Kəmalı xoş, özü xoş; Aldı gözüm şövqünü; Xumar baxan gözü xoş. ( ).
Ay kimi şövq salıb ayna qabağın; Çoxların eyləyib divanə, Telli!