Çalıquşu (teleserial, 1986)
Çalıquşu – R.N.Güntəkinin eyniadlı əsəri əsasında O.F.Sedənin çəkdiyi, 7 bölümdən ibarət teleserialdır.
Kamrana olan böyük sevgisinə baxmayaraq, qüruru səbəbindən İstanbulu tərk edib Anadolunun ucqar kəndlərində müəllimlik edən çox gənc bir qadının, Fəridənin həyatı göstərilir. Serialda, bundan əlavə, həmin dövrdə qadınların yaşadığı çətinlik, ucqar bölgələrdə təhsilin vəziyyətinin bərbad olması kimi sosial problemlərə də toxunulmuşdur. Fəridə (Çalıquşu), yeni nəsil Cümhuriyyət qızının əsl təsviridir. Gözəlliyi ilə hamının dilini dastan olan, bu səbəbdən məcburən təyinatını başqa yerlərə dəyişdirən Fəridə, güclü xarakteri ilə hər bir türk qadınına nümunədir.
Kiçik yaşlarında anasını itirən Fəridə, təhsili üçün fransız dili məktəbinə verilir. Dəcəlliyinə görə, ələlxüsus, tənəffüslərdə ağaclara dirmanması səbəbindən "Çalıquşu" adını almışdır. Xalasıoğlu Kamran ona xüsusi hisslər bəsləyir. Bunu görən Fəridə də ona qarşı biganə olmadığını görür və nəhayət, nişanlanırlar. Toya bir neçə gün qalmış Kamranın onu Münəvvər adlı bir qadınla aldatmasını öyrənir.