İANƏ

is. [ ər. ] köhn. Bir xeyir iş üçün, yaxud ehtiyacı olan bir adam və ya cəmiyyət üçün verilən və toplanılan pul; maddi yardım, kömək. İanə vermək. İanə toplamaq.
[Yaşlı kişi:] Mən … Hacı Ramazanın Xorasan ac və yoxsulları üçün göndərdiyi min manat ianəsini öz əlimlə ona təslim etmişdim. S.Hüseyn.
İanə verənləri mətbuat səhifələrində adbaad elan etmək çətin idi. Mir Cəlal.
İanə almaq üçün dükanın qabağına toplaşanların içərisində Oruc da var idi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İANƏ ianə(t) bax yardım
  • İANƏ sədəqə — yardım — kömək

Etimologiya

  • İANƏ Ərəbcə “kömək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İ
İANƏÇİ

Digər lüğətlərdə

дверь зре́лищный кре́сельный невзра́чно обра́зить пробуди́ться проплести́сь пя́товый скверна́вец то́стер харизматиза́ция агрема́н аппликату́ра микши́рование сигна́льщик ска́рмливание черто́вский комис поландра die out Djibouti esophagi purslane маникюр романизоваться