is. [
fars. ]
1. Keçmişdə İran və Əfqanıstanda padşahın, hökmdarın titulu, həmçinin bu titulu daşıyan şəxs.
[Vəzir:] Qorxma, sənin duan şahın üstündədir. Ü.Hacıbəyov.
İmamlar, nəbilər, sultanlar, şahlar; Min il at oynatdı kürəyimizdə. S.Vurğun.
2. Şahmat oyununda: baş fiqur.
3. məc. Ən birinci, ən yaxşı, ən nümunəvi.
Formanın kamilliyi və əsərin bütün ünsürləri arasındakı bədii vəhdətə gəldikdə isə “Ölülər” Azərbaycan dramaturgiyasının şah əsəri sayıla bilər. M.İbrahimov.
// Obrazlı təşbehlərdə: seçilən, başda duran, birinci yeri tutan.
Gözəllər sultanı, mələklər şahı; Ala gözlü xanım, getmə, amandı. Aşıq Ələsgər.
Qızılgül şahıdır bütün güllərin; O hələ qönçədir, yuxusu dərin. N.Rəfibəyli.
4. Arı ailəsində dişi arıya deyilir.
Piri kişi Ağca xanıma dedi: – Hər yuvada bir dişi arı olar, ona şah deyərlər. S.S.Axundov.
◊ Şah(ın) tənbəli – çox tənbəl, özünü zəhmətə, canını işə vermək istəməyən adam haqqında.
[Bahar:] Gör mən necə yaxşı arvadam ki, sənin kimi şah tənbəlinə çarıq alıram. Ə.Haqverdiyev.
[Ballı və Xallı:] Ay qağa, vallah, özciyəzləri şah tənbəlidirlər. S.Rəhimov.