Əbdülhəmid Həmidov
Əbdülhəmid Həmidoviç Həmidov (15 oktyabr 1920, Köhnə Atagi[d], Çeçen Milli Dairəsi[d] – 6 iyul 1969, Qroznı) — SSRİ, aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti (1959), Çeçen-İnquşetiya Yazıçılar İttifaqının sədri (1959–1961) və SSRİ Yazıçılar İttifaqının üzvü (1943).
== Həyatı ==
1920-ci ildə Terek vilayətinin Starye Ataqi kəndində (indiki Çeçenistan Respublikasının Urus-Martan rayonu) kəndli ailəsində anadan olmuşdur. 1935-ci ildə məktəbi bitirərək, o vaxt Sernovodskoye kəndində yerləşən pedaqoji məktəbə daxil olub. 1938-ci ildə Moskva Teatr İnstitutuna daxil olub. Ancaq təhsilini başa çatdırmaq mümkün olmamışdır. Belə ki, İkinci Dünya müharibəsi başlayandan sonra dördüncü kursdan Qroznıya teatrda çalışmaq üçün geri çağırılmışdır.
Müharibə illərində Çeçen-İnquş Dövlət Dram Teatrının aktyoru və rejissoru idi. Teatr tez-tez ordu hissələrində, xəstəxanalarda, müdafiə istehkamlarının inşaatçılarının qarşısında tamaşalarla çıxış edirdi. Bu işinə görə, 30 iyun 1943-cü ildə Həmidov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti adına layiq görüldü.
=== Deportasiya illəri ===
1944-cü ildə, Çeçenlərin və inquşların deportasiyasısı zamanı şəkər çuğunduru fermasının klub rəhbəri və Cambul vilayəti şəkər fabrikinin Mədəniyyət Sarayının bədii rəhbəri idi.