ƏFƏNDİ

is. [ ər. əsli yun. ]
1. Sünni ruhanilərinə verilən ləqəb. Oğlan evi əfəndidən, molladan və s.
qohum-əqrəbadan bir dəstə camaat dəvət edib, qız evinə nikaha gedəcəkdir. R.Əfəndiyev.
Dəng eyləmə məni, artıq qalmamış; Ehtiyacım cənnətə, əfəndi! Ə.Cavad.
Əlac yoxdur əfəndidən, molladan; Həqiqətin binasını axtarın. Molla Cümə.

2. Keçmişdə: hörmət üçün oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz.
// Keçmişdə: hörmətlə müraciət.
Nağıl demirəm, əfəndim, hekayə deyirəm. N.Nərimanov.
[Rza bəy:] Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutunuzu kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Ü.Hacıbəyov.

// Türk ziyalısına müraciət.
İlk dəfə gördüyü əfəndinin … danışıq ədası, yerişi, baxışı çox qəribə, qeyritəbii və gülməli göründü. M.Hüseyn.

Etimologiya

  • ƏFƏNDİ Yunanca “ata”, “cənab” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏFƏLLİK
ƏFƏNDİLİK

Digər lüğətlərdə