ƏFZƏL ƏRƏB

1. Ən fəzilətli, çox fəzilətli.

2. Artıq, çox.

Səndən xəbər alım, ay bala aşıq,

O nədi ki, göydən haça gəlibdi?

Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada,

Əfzəli içində neçə gəlibdi?

                                         

Al cavabın deyim, ey böyük aşıq,

O qələmdi göydən haça gəlibdi.

Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada,

Əfzəli yeddidi, neçə gəlibdi?

                   (“Qurbani. Diri versiyası”)

ƏFQAN ƏRƏB
ƏGİN