ƏMƏLƏDDİN
ƏMƏNALI
OBASTAN VİKİ
Akif Əmənov
Akif Əmənov (12 aprel 1942, SSRİ – 25 iyun 2021) — SSRİ dönəmində tanınmış neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmanı, Hindistanın fəxri vətəndaşı, 4 çağırış (20 il) Azərbaycan SSR Ali Sovetinin, SSRİ xalq deputatı. == Həyatı == SSRİ dönəmində tanınmış neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmanı, Hindistanın fəxri vətəndaşı Akif Əmənov 4 çağırış Azərbaycan SSR Ali Sovetinin, eləcə də SSRİ xalq deputatı olub. O, 1991-ci ildə SSRİ xalq deputatı statusunda o vaxtkı hakimiyyət tərəfindən təzyiqlərlə üzləşərək Naxçıvanda yaşayan Heydər Əliyevin görüşünə gedib. Mərhum prezident ona bildirib ki, A. Əmənovu ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına təqdim etmək istəyibmiş. 2002-ci ildən A. Əmənov prezident təqaüdçüsü olub. Prezident İlham Əliyevin sərəncamı ilə ona Bakı şəhərində üç otaqlı mənzil bağışlanıb. 2010-cu ildə Milli Məclisə seçkilərdə iştirak etmək üçün Sosialist Əməyi Qəhrəmanı Akif Əmənov namizədliyini irəli sürmüşdür. Adlı–sanlı buruq ustası A. Əmənov 46 saylı Şirvan seçki dairəsi üzrə sənədlərini DSK-ya təqdim edərək imza vərəqələri götürüb. A. Əmənov kampaniyaya bitərəf kimi qoşulmuşdur. Akif Əmənov 25 iyun 2021-ci ildə vəfat etmişdir.
Almaz Əmənova
Almaz Hüseyn qızı Amanova (28 noyabr 1965, Sumqayıt) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Almaz Hüseyn qızı Amanova 29 noyabr 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt Teatrında silsilə rollar oynayıb. Pişik ("Öz xoşuna yaşayan pişik" R. Kiplinq), Saimət ("Varlı ev" G. Xuqayev), Gülçöhrə ("Arşın mal alan" Ü. Hacıbəyov), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəlişah" M. F. Axundov) və s. Almaz Amanova 1999-cu ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Onun teatrın səhnəsində oynadığı rollar bunlardır. İkinci qız ("Sokratı anma gecəsi" Ç. Aytmatov), Şiranə ("Burlaxatun" N. Xəzri), Rəqqasə ("Aydın" C. Cabbarlı), Şəmsi ("Ədirnə Fəthi" C. Cabbarlı), Zulya ("Bu dünyanın adamları" Hidayət), Siyan Şi ("Özümüzü kəsən qılınc" B. Vahabzadə), Arikiya ("Fedra" J. Rasin), Fizzə ("Dirilən adam" Mir Cəlal), Müxalifətçi qız ("Hərənin öz payı" H. Qoca), Brüsselli qadın ("Brüsseldən məktublar" H. Həsənov), Səltənət bəyim ("Hökmdar və qızı" İ. Əfəndiyev), Güləndam ("Ölüləri qəbiristanlıqda basdırın" İ. Şıxlı), Həyat ("İkinci səs" B. Vahabzadə), qisasçı qadın ("Generalın son əmri", Vaqif Səmədoğlu), Zəhra ("Vəsiyyət", Hüseynbala Mirələmov). Almaz Amanova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Məhəmməd Əmənov
Məhəmməd İltizam oğlu Əmənov (18 sentyabr 1996; Biləsuvar rayonu, Azərbaycan — 20 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Məhəmməd Əmənov 1996-cı il sentyabrın 18-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Məhəmməd Əmənov 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Əmənov oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Biləsuvar rayonunun Bağbanlar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əmənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rafael Əmənzadə
Rafael Əmənzadə (31 dekabr 1943, Bakı – 21 aprel 2015, Bakı) — Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycanın "Əməkdar müəllim"i (2009) Əmənzadə Rafael Yusif oğlu 1943-cü il dekabrın 31-də Bakı şəhərində anadan olub. 1950–1960-cı illərdə 49 saylı Bakı şəhər orta məktəbində oxuyub 1960–1966-cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika şöbəsində təhsil alıb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir. Ailəlidir, üç övladı var. Aprelin 21-də müalicə olunduğu klinikada vəfat etmiş, Aprelin 23-də Bakıda IQurd qapısında dəfn olunmuşdur. 1960–1966, tələbə, Mexanika-riyaziyyat fakültəsi, Bakı Dövlət Universiteti. 1966–1969, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin "Plastiklik nəzəriyyəsi" kafedrasında akad. Y. N. Rabotnovun rəhbərliyi altında aspirant olub. 1970, f.-r.e.n., "Nazikqalinlıqlı konstruksiya elementlərinin qabarma məsələlərinin variasiya usulu ilə həlli". 1980, f.-r.e.d., "Maye ilə doldurulmuş örtukdə dalğaların yayılması".
Yusif Əmənzadə
Yusif Əmənzadə (8.2.1914 — 11.03.1982) — riyaziyyat elmləri doktoru (1959), professor (1961), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1968). Yusif Əmənzadə 18 fevral 1914-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində Yusif Əmənzadə elmlər namizədi və elmlər doktoru elmi dərəcələrini almışdır. Yusif Əmənzadə 1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Habelə AEA Riyaziyyat və Mexanika İnstitutunun Elastikliyyət nəzəriyyəsi şöbəsinin rəhbəri vəzifəsini icra etmişdir. 1972-ci ildə SSRİ-nin Mexanika üzrə Milli Komitəsinin üzvü olmuşdur. Yusif Əmənzadə 1959-cu ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərə­cəsini, 1961-ci ildə professor elmi adını almışdır. O, 1968-ci ildə AEA-nın müx­­­­bir üzvü seçilmişdir. O, 150-dən çox elmi məqalə çap etdirmişdir.
Zahir Əmənov
Əmənov Zahir Əbiş oğlu — azərbaycanlı jurnalist, "Cənub xəbərləri" qəzetinin baş redaktoru. Zahir Əmənov 1952-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1992-ci ildə Masallıda ilk müstəqil qəzetin - "Masallı" qəzetinin redaktoru olub. 1993-cü ildən 2003-cü ilə kimi onun təsisçiliyi və baş redaktorluğu ilə "Masallı xəbərləri" qəzeti çap olunub. 2003-cü ildə həmin qəzetin bazasında "Cənub xəbərləri" qəzetini yaradıb. Hazırda həmin qəzetin sahibidir. "Cənub xəbərləri" qəzeti 2002-ci ildə RUH Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "İlin ən mübariz regional qəzeti" elan edilib. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin keçirtdiyi müsabiqənin bir dəfə 1-ci ("Ünvanı səvh düşən ünvanlı yardımlar, yaxud sübut et ki, kasibsan"), bir dəfə isə 2-ci ("Əyalət mətbuatı və aşkarlıq") mükafatına sahib olub. Cənub bölgəsinin problemlərindən yazdığı yazılara görə 2004-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi adına mükafatına layiq görülüb.
İsaq Əmənullayev
İsaq Avış oğlu Əmənullayev (1 iyul 1943, Günəşli, Lerik rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İsaq Əmənullayev 1943-cü il iyulun 1-də Azərbaycan Respublikası Lerik rayonunun Azərbaycan (indiki Günəşli) kəndində anadan olub. 1967-ci ildə Bakının 72 №-li (M. Qorki adına 193№-li) fəhlə-gənclər məktəbində tam orta təhsil alıb. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub, 1974-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib. 1973-cü ildə istehsalat təcrübəsi zamanı "Xalq qəzeti" ("Kommunist" qəzeti) redaksiyasının ümumi işlərində fəallıq göstərdiyinə görə onu katiblikdə texniki işçi ştatına qəbul edilib. 1974-cü ildə Bakı Dövlət Universitetini bitirərkən fəal ictimaiyyətçi tələbə kimi və mətbuatda dərc olunmuş çoxsaylı yazılarına görə Azərbaycan KP MK-nın tövsiyəsi və universitet rektorluğunun təqdimatı əsasında təyinatı "Kommunist" ("Xalq qəzeti") redaksiyasına verilib. 1973-cü ildən indiyədək həmin qəzetdə oxucu, katiblikdə kiçik müxbir, daha sonralar müxtəlif şöbələrdə müxbir, baş müxbir, xüsusi müxbirlər bölməsinin və məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu gün İsaq müəllim "Xalq qəzeti"nin məktublar şöbəsinə rəhbərlik edir Ai ləlidir. 1 qızı və 3 oğlu var. İsaq Əmənullayev 5 kitab və 1800-ə yaxın məqalənin müəllifidir.
Əməndi (Heris)
Əməndi (fars. امندي‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 847 nəfər yaşayır (196 ailə).
Əmənkənd
Əmənkənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Əmənkənd kənd inzibati ərazi dairəsində kənd. Toponimikada bu yaşayış məntəqəsinin adını Qarabağın otuzikilər tayfasının amanlı tirəsinin adı ilə bağlayırlar. Oykonim "amanlı tirəsinə məxsus kənd" deməkdir. Etnotoponimdir. Amankənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Muğan düzündə, rayonun cənub istiqamətində yerləşir. Dərvişli, Ağalıkənd və Ovçubərə kəndləri ilə sərhəddir. 31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir. Ağayar Şükürov — fəlsəfə elmləri doktoru, professor. Babayev Rauf Əzizağa oğlu — Birinci Qarabağ müharibəsində itkin düşmüş kənd sakini. Kərimov Eyvaz Əzizağa oğlu (1975-1994) — Birinci Qarabağ müharibəsi şəhidi.
Əmənulla mirzə Cahanbani
Əmənulla mirzə Cahangir mirzə oğlu Qacar (1869, Tehran – 1912, Təbriz) — Qacar şahzadəsi, briqada generalı. Əmənulla mirzə Cahangir mirzə oğlu 1869-cu ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Ziyaüddövlə ləqəbini daşıyırdı. Təhsilini Tehran Darülfünununun piyada qoşunlar sinfində bitirdikdən sonra zabit kimi İran Kazak briqadasına daxil olmuşdur. İran Kazak briqadasının zabiti olmuşdu. 1911-ci ildə Azərbaycan əyalətinin vali müavini təyin edilmişdi. Əmənulla mirzə h.q. 1301-ci (1883), 1302-ci (1884) və 1303-cü (1885) illərdə Dövlət Nəşriyyat və Tərcümə İdarələrində tərcüməçi işləmişdir. O, bu idarədə rus dili mütərcimi idi.
Əmənulla mirzə Qacar
Əmənulla mirzə Əmənulla mirzə oğlu Qacar (1890-1974) — Qacar şahzadəsi, briqada generalı. Əmənulla mirzə 1890-cı ildə anadan оlmuşdu. 1907-ci ildə Mixailоvsк Hərbi Aкadеmiyasına daxil оlmuşdu. Оranı bitirəndən sоnra Paris dе Guеrrе Məкtəbinə girmişdi. Bu məкtəbi də tamamladıqdan sоnra 1913-1915-ci illərdə şahın mühafizə qvardiyasının lеytеnant rütbəli zabiti оlmuşdu. 1916-cı ildə Iran оrdusunda кapitan rütbəsində xidmət еtmişdi. 1916-cı ildə gеnеral Starоsеlsкinin briqadasında mayоr rütbəsində qulluqda оlmuşdu. 1921-ci ildən 1922-ci ilədəк İran Kazak diviziyasında hərbi xidmətdən кеçmişdi. 1922-ci ildə Azərbaycan əyalətində gеnеral-mayоr rütbəsində коrpus коmandiri оlmuşdu. 1922-ci ildən 1926-cı ilədəк Məşhəddə briqadaya başçılıq еtmişdi.
Əmənulla mirzə Qovanlı-Qacar
Əmənulla Mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (d. 8 yanvar 1857, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. 1937, Tehran, İran)- Bəhmən mirzə Qovanlı-Qacarın oğlu, Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun general-mayoru, İran Milli Məclisinin üzvü, İran-Sovet İttifaqı Dostluq Cəmiyyətinin rəhbəri. Qacarlar sülaləsinə mənsub şahzadə olmuşdur. Əmənulla mirzə Bəhmən mirzə oğlu 8 yanvar 1862-ci ilin yelizavetpol quberniyasının Şuşa şəhərində anadan olmuşdur. O, Cənubi Azərbaycanın hakimi olan Abbas Mirzə oğlu Bəhmən Mirzə ilə Çiçək xanımın evliliyindən dünyaya gəlmiş və ailənin XVII oğlan övladı olmuşdur. General-mayor Əmənulla Mirzə Qacar 1937-ci ildə Tehranda vəfat etmişdir. Sankt-Peterburqdakı hərbi kadet korpusunu bitirmişdi. On yeddi yaşında poruçik rütbəsi alan Əmənulla mirzə 1879-cu il iyulun 19-da Zaqatalada yerləşən 164-cü piyada alayında xidmətə başlamış, 1883-cü ildə baş leytenant rütbəsinə yüksəlmişdir. 20 noyabr 1886-cı ildə o, Kuban Kazaklarının II taboruna transfer edilmiş və sonradan həmin taborun komandiri olmuşdur.
Əmənulla xan Avşar
Əmənulla xan Avşar (Zəncan – Zəncan) — Zəncan xanlığının 1797-ci ildən 1810-cu ilə qədər olan dördüncü xanı. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, səh. 323–324. Abu’l-Ḥasan Ḡaffārī Kāšānī, Golšan-e morād, ed. Ḡ Ṭabāṭabāʾī Majd, Tehran, 1369 Š./1990. Moḥammad-Ṣādeq Nāmī Eṣfahānī, Tārīḵ-e gītīgošā, ed. S. Nafīsī, Tehran, 1317 Š./1938. J. R. Perry, Karim Khan Zand, Chicago, 1979.
Əmənulla xan Kəngərli
Əmanulla xan Naxçıvanski (15 iyun 1845, Naxçıvan, Gürcüstan-İmeretiya quberniyası – 1891) — polkovnik, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsi, və hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin oğludur. Natəvanın qızı Xanbikə xanımla ailə həyatı qurmuşdur. Əkbər xan Naxçıvanski, Bəhram xan Naxçıvanski atasıdır. Aman xan (Əmanulla) İsmayıl xan oğlu Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvan şəhərində anadan olub. Onun doğum tarixi haqqında məlumat atası tam süvari generalı İsmayıl xanın 1895-ci ildə yazılmış xidmət kitabçasında göstərilibdir. İsmayıl xanın xidmət kitabçası 1895-ci ildə tərtib olunmuşdur və Rusiya Dövlət Hərbi Tarix Arxivinin 409-cu fondunda saxlanılır. İlk təhsilini ailə mühitində və babası I Ehsan xanın açdırdığı şəhər məktəbində alıb. Rusiya Dövlət Hərbi Tarix Arxivinin 330-cu fondunda saxlanılan sənəddən məlum olur ki, ilk dəfə hərbi xidmətə Rusiya çarının xüsusi mühafizə dəstəsinin dördüncü manqasında silahdaşıyan kimi başlayıb. Həmin xidmətin tarixi də qeyd edilib: 1 may 1865-ci il. Qeyd edək ki, o vaxt onun 20 yaşı vardı.
Əmənulla xan Ziya əs-Soltan
Əmənulla xan Ziya əs-Soltan və ya Əmənulla xan Dünbüli Nəzər ul-Ayalə Ziya əs-Soltan — təbrizli aristokrat və Qacar şahı Müzəfərəddin şah Qacarın, Məhəmmədəli şah Qacarın və Əhməd şah Qacarın hakimiyyəti dövründə sarayda çalışmış şəxs. O, Məşrutə inqilabının qəhrəmanlarından biri hesab edilir. Əmənulla xanın ailəsi Nadir şahın ölümündən sonra formalaşan Təbriz və Xoy xanlıqlarını idarə etmişdilər. 1799-cu ildə Təbriz xanı Hüseynqulu xanın ölümündən sonra Xoya dönən Cəfərqulu xan Fətəli şah Qacarda özünün Xoy hakimi kimi tanınmasını istəmişdir. Fətəli şah bu təklifi rədd etmiş və oğlu Abbas Mirzəni Dünbülililərlə döyüşmək üçün göndərmişdir. Döyüş nəticəsində Abbas Mirzə qalib gəlmiş və Təbrizə daxil olmuşdur. 17 sentyabrda isə Xoya Qacar ordusu daxil olmuşdur. Bununla da, Xoy və Təbrizdə dünbülililərin əsas qüvvə olmasına son verilmişdir. 1809-cu ildə Təbriz xanlığı da yeni yaradılmış varis vilayətinə daxil edilmiş, onun mərkəzi olmuşdur. Əmənulla xan 1863-cü ildə Təbrizdə anadan olmuşdur.

Digər lüğətlərdə