1. Canlıların bədənində sümüklə dəri arasındakı maddə; əzələ toxumalarının adi adı.
// Heyvan və insan bədəninin yumşaq hissəsi. Əti sümükdən ayırmaq.
2. Kəsilmiş heyvan bədəninin xörəyə işlənən qismi. Qoyun əti. Toyuq əti. Mal əti. Bişmiş ət. Çiy ət.
□ Ət baltası – ət doğramaq üçün balta.
Ət daşı – üstündə ət döymək üçün bərk daş.
Ət döymək – ətin sümüksüz qismini xırda-xırda doğramaq.
Ət taxtası – üstündə ət döyülən və ya doğranan girdə və ya dördkünc qalın və bərk taxta.
3. Bədən, vücud, əndam mənasında. Ətindən elə bil kəsdilər. Güllə ətə dəydi.
4. Meyvənin qabığı altında olan yeməli yumşaq hissəsi. Almanın əti. Şaftalının əti.
◊ Ət asmaq – bişmək (qaynamaq) üçün əti qazanda od üstünə qoymaq.
Ət basmaq – çox kökəlmək, ətlənmək.
Ət gəlmək – bədənin yaralanmış yerinin üstü ətlə örtülmək, sağalmaq, yarası qapanmaq.
Ət tökmək – çox arıqlamaq.
Ətdən düşmək – arıqlamaq, zəifləmək.
Ətdən qandan olmaq – çox arıqlamaq, zəifləmək.
Ətə dönmək – süstləşmək, keyləşmək, atilləşmək, hərəkət edə bilməyəcək bir hala gəlmək.
Ətə gəlmək – bir qədər kökəlmək.
Ətə gətirmək – kökəltmək.
Ətə cana (ətə-qana) dolmaq – bir qədər kökəlmək, yaxşılaşmaq, sağlamlaşmaq.
Ətə-cana gəlmək – bax ətə-qana dolmaq. Nurəddin kəndə gələndən sonra, bir ayın ərzində tanımaq olmurdu.
Ətə-cana (ətə-qana) gətirmək – bir qədər kökəltmək, sağlamlaşdırmaq, canlandırmaq.
Əti çimçişmək – 1) iyrənmək, çiyrənmək.
2) ürpərmək.
Əti tökülmək – 1) arıqlamaq, zəifləmək;
2) xoşagəlməz bir iş, hərəkət və s. qarşısında özündə iyrənclik, xəcalət hissi duymaq. O danışanda adamın əti tökülür.
Əti ürpərmək – qorxmaqdan, hürkməkdən və s. Hisslərdən tükləri qabarıb biz-biz durmaq, dəhşətə gəlmək. Həmzənin əti ürpərdi, vücudu titrəyib lərzəyə gəldi.
Ətimi (ətimizi) tökmə! – utandırma! xəcalət vermə! …İndi, bu saat bizim övrətlərimiz evdə oturub saqqız çeynəyirlər.
Ətin tökülsün! – utan! xəcalət çək! həyan olsun! Ətini kəsmək (didmək) – çox əziyyət vermək, çox incitmək.
Ətlə dırnaq arasına girmək – bir-birinə çox yaxın olan adamların işinə qarışmaq.
Ətini şişə çəkmək – çox incitmək, çox əziyyət vermək.
Bir köynək ət tökmək – bax köynək-köynək ət tökmək.
Köynək-köynək ət tökmək – son dərəcə utanmaq, xəcalət çəkmək.