Avsarlu
Avsarlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda
kənd olmuşdur.
== Toponimkası ==
Rayon mərkəzindən 17 km məsafədə, Oxçu çayının sahilində, dağlıq ərazidə yerləşmişdir. Kəndin digər adı «Əvsərli»dir.
Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər 1959 - cu ildə 101 nəfər azərbaycanlı yaşamışdır. 1960-cı ildə kənd ləğv edilmişdir. Toponim avşar (avsar, Azərbaycan dilində ş~s səs əvəzlənməsi qanunauyğundur) türk tayfasının adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlmişdir. «Əfşar» (avşar) tayfasına mənsub olan «yer» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.