Dağıstan azərbaycanlıları
Dağıstan azərbaycanlıları — Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan Azərbaycanlılar. Yerli azsaylı xalq statusuna malikdirlər.
== Məskunlaşma ==
2010-cu ildə həyata keçirilmiş siyahıyaalınmaya əsasən rəsmi sayları 130.919 nəfər, 2002-ci ilə olan qeyri-rəsmi təxminlərə əsasən 200.000 nəfərdir. Rəsmən Dağıstan əhalisinin 4,50%-ni təşkil edirlər. Kompakt halda Dərbənd, Dağıstan İşıqları, Mahaçqala və Qızılyar şəhərlərində, Dərbənd, Tabasaran, Qızılyar, Məhərrəmkənd və Rutul rayonlarında yaşayırlar.
Dərbənd rayonu: rayonun 38 kəndi və 2 qəsəbəsi var. Onların hər birində azərbaycanlılar yaşayırlar. Kəndlərdən 16-sı tamamilə azərbaycanlılardan ibarətdir və monoetnik tərkibə sahibdir. Bu kəndlərdən əlavə daha 8 kənddə əhalinin yarıdan çoxu etnik azərbaycanlılardan ibarətdir. Qalan kəndlərdə isə azərbaycalılar azlıqdadırlar: Bərəkəy, Dəliçoban, Vəlikənd, Yuxarı Calğan, Aşağı Calğan, Sabnova, Cəmikənd, Zidyan-Qazmalar, Zidyan, Mitəhi-Qazmalar, Mitəhi, Qala, Muğartı, Müzayim, Padar, Kommuna, Rükəl, Tatlar, Qaradağlı, Bilhədi, Belici (kənd), Ərəblər, Hecux, Çinar, Nüğdi, Rubas, Səlik, Ullu-Tərəkəmə, Xəzər.