gain1
n 1. qazanc, mənfəət; 2. pl gəlir; əməkhaqqı; uduş (oyunda); 3. artma, artım, qalxma; 4. asan qazanc, zəhmətsiz gəlir; the love of ~ tamahkarlıq, acgözlük, hərislik, mənfəətgüdmə
gain2
v 1. qazanmaq, əldə etmək; to ~ one’s living dolanacaq əldə etmək/ qazanmaq; to ~ experience təcrübə qazanmaq; 2. faydalanmaq; 3. udmaq, nail olmaq; to ~ a prize prizə / mükafata nail olmaq, priz qazanmaq; to ~ ground üstünlük əldə etmək, irəliləmək; 4. irəli olmaq / getmək, qabağa qaçmaq (saat haq ); The clock gains three minutes a day Bu saat gündə üç dəqiqə qabağa qaçır; to ~ touch rəqibə / düşmənə yaxınlaşmaq; to ~ the rear of the enemy düşmənin arxasına keçmək; to ~ on haqlamaq, çatmaq, yetişmək;
◊ to ~ the upper hand qələbə qazanmaq / əldə etmək; to ~ an advantage over smb. bir kəs üzərində üstünlük əldə etmək