XAB

is. [ fars. ] klas.
1. Yuxu.
Gecələr gözlərim xabı görməmək; Ol siyah nərgisiməstanədəndir. M.P.Vaqif.
Dayansın qarşıda, gətirsən tabı; Ayıltsın qəflətdən, unutsun xabı. Aşıq Ələsgər.

□ Xabi-qəflət klas. – bax qəflət yuxusu (“qəflət”də).
Ey qafil xortdan, bu nə xabi-qəflətdir ki, uyubsan? Ə.Haqverdiyev.
Sənə molla çalır lay-lay, yatırdır xabi-qəflətdə; Səni yar eləyir hurilər ilə baği-cənnətdə. Ə.Nəzmi.
[Dərviş:] Bəşərsən, zəhmətkeşsən, halını qan, ömrünə yan, olma biiman, xabi-qəflətdən oyan, – dəmbədəm deyən Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu.

2. məc. Qəflət yuxusu, cəhalət, avamlıq.
□ Xabi-cəhalət klas. – bax xabi-qəflət.
Tərpənmə, amandır, bala, qəflətdən ayılma; Açma gözünü, xabi-cəhalətdən ayılma. M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XAB xab bax yuxu 1

Etimologiya

  • XAB Farsca xoftən (yatmaq) məsdərinin qrammatik əsasıdır, “yuxu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
XA-XA-XA
XABANÉRA

Digər lüğətlərdə