AĞABALA

“Ağa olmağa layiq övlad” deməkdir. 

AĞA
AĞAC
OBASTAN VİKİ
Ağabala
Ağabala — Azərbaycanlı kişi adı.
Ağabala Abdullayev
Ağabala Məmmədbağır oğlu Abdullayev (1910, Çərəli, Zəngəzur qəzası – 10 oktyabr 1976, Füzuli rayonu) — Azərbaycanlı xanəndə. == Həyatı == Ağabala Abdullayev 1910-cu ildə Çərəli kəndində anadan olmuşdur. 12 yaşında olarkən o, Qaryagində kəndli gənclər məktəbinin birinci sinfinə daxil olur. Yaşının çoxluğu onu gecə kursuna keçməyə məcbur edir. О, atasının razılığı ilə çust tikən usta Rza kişinin yanında şagirdlik edir. Çox keçmir ki, özü usta olan A. Abdullayev ayrıca dükan açıb orada işləyir. 1927-ci ildə Bülbül, İsmayıl Eloğlu və Mürşüd Haşımlı Ağabala Abdullayevin səsini eşidib onun dükanına daxil olur. Onlar Ağabalanı kluba dəvət edib səsini yoxlayır və bəyənirlər. Bülbül gedəndə Ağabalanı o vaxt Qaryagində klub müdiri işləyən M. Haşımlıya tapşırır. Gündüzlər dükanda işləyib, axşamlar yaradıcılıq dərnəklərində iştirak edən A. Abdullayev xorda və tamaşalarda epizodik rollarda çıxış etməyə başlayır.
Ağabala Ağayev
Ağabala Məmmədov
Məmmədov Ağabala Ələsgər oğlu (d.1892, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı və özünün müraciətinə əsasən, ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1913-cü ildə Tiflisdə real məktəb bitirmiş, Xarkov Texnologiya İnstitutunun mexanika şöbəsində 3 il təhsil almış, lakin maddi çətinlik üzündən 1918-ci ildə geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, yenidən Xarkova göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağabala Novruzov
Ağabala Quliyev
Ağabala Hacıqulu oğlu Quliyev (1862, Keşlə, Bakı qəzası – bilinmir, Təbriz) — mesenat, milyonçu. == Həyatı == Ağabala Quliyev 1862-ci ildə Bakının Keşlə kəndində anadan olmuşdur. Atası Cənubi Azərbaycandan gəlmiş yoxsul bir tənəkəçi olub. Tənəkədən müxtəlif ev əşyaları düzəldir və qazandığı pulla ailəsini çətinliklə dolandırırdı. Yaxın kəndlərdə aftava ustası kimi tanınırmış. Üç oğlu varmış: Ağabala, Sadıq və Baba. Arvadı öz xalası qızı Mələknisa evdə qutab bişirər və böyük övladı Ağabala ilə küçələrdə və bazarda satdırardı. Bir müddətdən sonra Hacıqulu Keşlədən Bakı şəhərinə köçür. Ehtiyac içərisində yaşayan ata böyük övladı Ağabalanı erməni Tatavosovun buxar dəyirmanında işə, fəhləliyə düzəldir. Uşaqlıqdan çox fərasətli olan Ağabala burada işlədiyi müddətdə buğda kisələrinin dəyirmana daşınmasından tutmuş buğdanın üyüdülməsinədək dəyirmanın hər işi ilə maraqlanır.
Ağabala Ramazanov
Ağabala Ramazanov (20 yanvar 1993, Masallı) — Azərbaycanın keçmiş professional futbolçusu. O, Azərbaycan milli futbol komandasında və ən son "Səbail" klubunda hücumçu kimi çıxış edib. == Karyera == Ramazanov futbola "Neftçi" klubunun U-19 komandasında başlayıb. O, 2011-ci ildə "Neftçi"nin böyüklər üçün heyətinə keçmiş, daha sonra 2012-ci ildə "Xəzər Lənkəran"a transfer olunmuşdur. 2015-ci ilin iyun ayında Ramazanov "Xəzər Lənkəran"dan “Sumqayıt”a keçib. O, 2016-cı ildə “İnter Bakı” klubunda çıxış edib və 2017-ci ilin yanvarında “Qarabağ”a transfer olunub. 24 may 2018-ci ildə “Qarabağ” klubu Ramazanovun müqavilə müddətinin başa çatdığını, onun klubu tərk etdiyini bildirib. Ramazanov 26 may 2018-ci il tarixində "Səbail" ilə müqavilə imzalayıb. 4 iyun 2021-ci ildə o, "Zirə" ilə 1,5 illik müqavilə imzalayaraq kluba qoşulub. Ramazanov 2022-ci ilin may ayının sonunda “Zirə”dən ayrılıb.
Ağabala Ağasəid oğlu
Ağabala Ağasəid oğlu (1860, Bakı – 1928, Bakı) — tanınmış Azərbaycan xanəndəsi, muğam bilicisi. == Həyat və yaradıcılığı == Ağabala Ağasəid oğlu 1860-cı ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından şeirə, musiqiyə həvəs göstərmiş, fars dilini öyrənərək Yaxın Şərq poeziyası ilə tanış olmuşdur. 1880-ci illərdə Bakıda yaradılan və şair Ağakərim Salikin evində toplanan "Məcməüş-şüəra" ədəbi məclisinin şeir və musiqi ilə müşayiət olunan, poeziya və muğam barədə maraqlı müzakirələr keçirilən yığıncaqlarında iştirak etmiş və bütün bunlar onun sənətkarlığının inkişafına güclü təsir göstərmişdir. Ağabala Ağasəid oğlu əsasən muğam məclislərində çıxış edirdi. Ağabala Ağasəid oğlu şeiri, musiqini bütün sevən, qiymətləndirən xanəndə olmuşdur. Onun yaradıcılığının başlıca xüsusiyyəti söz seçmək, onu dinləyiciyə aydın çatdırmaq bacarığı olmuşdur. O, ifa zamanı kəlmə və ifadələri aramla, musiqi cümləsinin tempinə və xarakterinə uyğun oxuyurdu. Ağabala Ağasəid oğlunun ifasında "Bayatı-Şiraz", "Rast", "Şur", "Segah-zabul" muğamları təsirliliyinə görə xüsusilə fərqlənir. Xanəndə Şirin Axundov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Mirzə Fərəc Rzayev kimi tarzənlərin müşayiətilə çıxış etmişdir.
Ağabala Quliyevin evi
Ağabala Quliyevin evi - Bakı şəhərində, Murtuza Muxtarov küçəsi, 24 ünvanında yerləşən tarixi bina. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Ağabala Quliyevin evi Bakıda memarlığın milli-romantik yöndə inkişafına böyük təsir göstərmişdir. Binanın memarlıq kompozisiyası üçölçülü əndazəsi sayəsində böyük həcmi üstünlüklərə malikdir, dar küçələrdə yerləşməsinə baxmayaraq, ikimərtəbəli bina perspektivdə uğurlu alınmışdır. Ş.Fiqarov-Fətullayev qeyd edir ki, “Ağabala Quliyevin evinin memarlığının təsiri altında 1898-1901-ci illərdə Nikolayevskaya (indiki İstiqlaliyyət) küçəsində i. V. Qoslavskinin layihəsi əsasında H.Z.Tağıyevin Qızlar məktəbinin binası inşa edilmişdir.” Bina Skibinskinin yaradıcılığında mühüm əhəmiyyət tutmaqla, Azərbaycan milli memarlığının ən yaxşı nümunələrindən biri kimi dəyərləndirilir. == Tarixi == XIX əsrin sonunda demək olar ki, Bakının mərkəzində bütün şəhər məhəllələri tikilmiş, Avropa memarlığının müxtəlif çalarları ilə stilistik istiqamət əmələ gəlmiş, tikintilərdə coşan eklektika və stilizasiya isə modernlə sıxışdırılmağa başlamışdı. Memarlığın dirçəlişi üçün Bakı memarları yeni yollar axtarırdılar. Bakının memarlıq inkişafının birinci dövrü başa çatmaq üzrə idi, yeni sosial-iqtisadi şəraitdə milli-romantik istiqamət özünə dirçəliş yolu açırdı. Məhz belə bir dövrdə, yalnız Bakıda deyil, İran, Şimali Qafqaz və Rusiyada da dəyirmanları olan, tez-tez Qərbi Avropa ölkələrinə səyahət edən, Bakının inhisar padşahlarından biri öz ərazisində yerli memarlığın milli ənənələrində ev inşa etdirməyi qərara alır.
Ağabala Çaykovski (albom)
Duet Amburan – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun ikinci studiya albomu. == Albom haqqında == Albomda yer alan sonuncu İnstrumental musiqidən başqa digər ifaların söz və musiqisi Elçin İmanova aiddir.
Ağabala xan Sərdari-Əfxəm
Ağabala xan Sərdari-Əfxəm — Qacarlar dövlətinin daxili işlər naziri, Gilan əyalətinin valisi. == Həyatı == Əsl adı Mirzə Məhəmmədəli xandır. Moini-nizam ləqəbini daşıyırdı. Ağabala xan vəliəhd Müzəffərəddin mirzənin yanında tədricən inkişaf edərək 1883-cü ildə sərhəng (polkovnik), 1885-ci ildə isə mirpənc (general-leytenant) rütbələrinə yiyələnir. Ağabala xan 1891-ci ildə vəkilüddövlə ləqəbinə layiq görülür. Sənaye naziri və Topxana (artilleriya) rəisi Cahangir xan vəfat etdikdən sonra Ağabala xan onun vəzifələrinə sahib olur. Ağabala xan Sərdari-Əfxəm 1907-ci ildən sonra Gilan əyalətinə vali təyin olunmuşdu. 1909-cu ildə "Səttar xan adına komitə"nın fəalları Rəştdə üsyan qaldırdılar. Vali Sərdari-Əfxəm öldürüldü. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Akif Ağabalayev
== Siyahı ==
Bənövşə Ağabalayeva
Bənövşə Mövlüd qızı Ağabalayeva — kolxozçu. == Həyatı == 1941-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, bitərəfdir, orta təhsili var. 1961-ci ildən Xaçmaz rayonundakı M. Qorki adına sovxozun fəhləsi olmuşdur, 1974-cü ildən "Ukrayna" sovxozun fəhləsidir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Xudat seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Kamran Ağabalayev
Ağabalayev Kamran Məmmədkazım oğlu — Azərbaycan kinoaktyoru, dramaturq. == Həyatı == Kamran Ağabalayev 3 mart 1980-ci ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi, daha sonra isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət ixtisası üzrə təyinatla göndərildiyi Nizami Rayon Məhkəməsində çalışıb. Bir çox aktyor master-klasslarında iştirak edib, kinoda ilk rolu olan mayor Savelyev obrazını rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmində canlandırıb. Çəkildiyi filmlərin əksəriyyətində ikinci rejissor kimi fəaliyyət göstərib. Kamran Ağabalayev eləcə də bir neçə teatr tamaşasının müəllifidir. Onun müəllifi olduğu "Şahzadə Xəzərin nağılı", "Heyvanlar-İstintaq davam edir", "Kod adı: Keçəl, Kosa, Bahar qızı" tamaşaları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub. Evlidir, 2 oğlu var. == Mükafatları == "Tərkedilmiş" filmindəki Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında "Ən yaxşı aktyor" nominasiyasında mükafata layiq görülüb.
Sadiq Ağabalayev

Значение слова в других словарях