AĞBİRÇƏKLİ
AĞCAQANAD
OBASTAN VİKİ
Mehmet Ali Ağca
Mehmet Ali Ağca (9 yanvar 1958) — türk cinayətkar. == Həyatı == 9 yanvar 1958-ci ildə Türkiyənin Malatya vilayətində anadan olub. == Cinayətləri == 1 fevral 1979-cu ildə "Milliyyət" qəzetinin baş redaktoru Abdi İpəkçini öldürüb. 25 iyun 1979-cu ildə yaxalanaraq 16 gün fasiləsiz sorğu-suala çəkilib. 11 iyul 1979-da həbs edilərək İstanbuldakı Maltəpə hərbi həbsxanasına göndərilib. 5 noyabr 1979-cu ildə xəstəxanadan qaçırılmaq istənilib, ancaq buna müvəffəq olunmayıb. 24 noyabr 1979-da Maltəpə hərbi həbsxanasından hərbi libasda qaçırılıb. 30 aprel 1980 – həbsxanadan qaçırılandan sonra İrana gedən Ağca, daha sonra Türkiyəyə qayıdaraq, Ankara Məbusevlərində (millət vəkili evləri) gizlənib. 30 avqust 1980-ci ildə Faruk Özgünün adına çıxarılmış pasportla Bolqarıstana gedib. 13 may 1981-ci ildə Vatikanda Papa II İoann Paveli tapança ilə vurub.
Mehmet Əli Ağca
Mehmet Ali Ağca (9 yanvar 1958) — türk cinayətkar. == Həyatı == 9 yanvar 1958-ci ildə Türkiyənin Malatya vilayətində anadan olub. == Cinayətləri == 1 fevral 1979-cu ildə "Milliyyət" qəzetinin baş redaktoru Abdi İpəkçini öldürüb. 25 iyun 1979-cu ildə yaxalanaraq 16 gün fasiləsiz sorğu-suala çəkilib. 11 iyul 1979-da həbs edilərək İstanbuldakı Maltəpə hərbi həbsxanasına göndərilib. 5 noyabr 1979-cu ildə xəstəxanadan qaçırılmaq istənilib, ancaq buna müvəffəq olunmayıb. 24 noyabr 1979-da Maltəpə hərbi həbsxanasından hərbi libasda qaçırılıb. 30 aprel 1980 – həbsxanadan qaçırılandan sonra İrana gedən Ağca, daha sonra Türkiyəyə qayıdaraq, Ankara Məbusevlərində (millət vəkili evləri) gizlənib. 30 avqust 1980-ci ildə Faruk Özgünün adına çıxarılmış pasportla Bolqarıstana gedib. 13 may 1981-ci ildə Vatikanda Papa II İoann Paveli tapança ilə vurub.
Ağca
Ağca Qonbad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Ağca Qala (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Ağca xan — türk mifologiyasında əfsanəvi xaqan. Mehmet Əli Ağca — türk cinayətkar.
Ağca Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Ağca Xan
Ağca Qala (Urmiya)
Ağca Qala (fars. اغچه قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 903 nəfər yaşayır (224 ailə).
Ginnal ağcaqayını
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Göyük (Ağcabədi)
Göyük — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Göyük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Göyük kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göyük kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Köyük oykonimi türk dillərindəki köyük sözündən olub, təmizlənmiş meşə yeri" anlamındadır. Çox ehtimal ki, kənd salındığı ərazinin adı ilə adlandırılmışdır. Köyük toponimini türk dillərində müxtəlif məna ifadə edən köyük sözü ilə əlaqələdirən araşdırıcılar var. Köyük sözü "ceyran", "xallı maral" mənasındadır. Yevlax rayonunda da Köyük kəndi var. Rusiyanın Başqırdıstan ərazisində, İskə Köyək, Yanqı Köyək adlı kəndlər də mövcuddur. == Əhalisi == Əhalisinin sayı 773 (01.01.2007-ci il üçün) nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olur.
Gözəl ağcaqayın
Hündürlüyü 25 m-ə qədər olan enli çətirli ağacdır. Cavan budaqları yaşıl və ya qırmızımtıl rəngli olub, üzərində tünd-göy rəngdə nazik təbəqə vardır. == Yarpaq == Yarpaqlarının uzunluğu 5–17 sm, 7 (nadir hallarda 4)-bölümlüdür, qaidə hissəsi düz kəsilmiş və yaxud ürəkşəkillidir, nazik və kağızaoxşardır, üst tərəfi tünd, alt tərəfdən gümüşü-açıq yaşıl rəngdədir, damarların küncündə saqqallıdır, üst səthinin qalan hissəsi çılpaq və ya damarlar boyunca tükcüklüdür; bölümləri üçbucaqyumurtaşəkillidir, uzununa dartılmış sivri ucluğa dərhal daralmışdır, tamkənarlıdır. Saplaqları yarpaq ayasından qısa, ona bərabər və ya çox vaxt ondan uzun olmaqla müxtəlif uzunluqda olurlar, uzunluğu 3–20 sm-dir. == Çiçək == Çiçəkləri qalxanvari çiçək qrupunda toplanmışdır, xırdadır, yaşılımtıl rəngli, diametri 6–7 mm-dir. Qanadcıqlarının uzunluğu 2,5–4,5 sm-dir, qanadları kütdür, kor bucaq altında yerləşmişdir. == Meyvə == Fındıqca meyvələri qanadlardan1,5–2 dəfə qısadır. Çiçəkləməsi: Aprel-May, yarpaqlarının əmələ gəlməsi ilə bir vaxtda baş verir. == Meyvə verməsi == İyul-Avqust == Azərbaycanda yayılması == Samur Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Lənk. Muğ.
Gürcü ağcaqayını
Gürcü ağcaqayını (lat. Acer monspessulanum subsp. ibericum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin monpeliya ağcaqayını növünə aid bitki yarımnövü. == Ümumi yayılması == Rusiya (Dağıstan) və İranda (Elbrus dağı) təbii halda yayıldığı qeyd edilir. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda, Bozqır yaylasında, Naxçıvan MR-ın dağlarında və Lerikdə (Zuvand) kolluqların tərkibində yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. DD. == Bitdiyi yer == Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər daşlı quru yamaclarda, qayalıq yerlərdə seyrək meşəliklərdə dağınıq və ya qrup halında bitir. == Təbii ehtiyatı == Təbiətdə arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 7 m-ə qədər olan ağac və ya koldur. Cavan budaqları açıqqəhvəyi rəngdə olub, çoxlu miqdarda ağımtıl mərcilərlə örtülmüşdür.
Hacılar (Ağcabədi)
Hacılar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hacılar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Hacılar kəndi Boyat kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacılar kənd inzibati-ərazi vahidi yaradılmışdır. Əhalisi 560 nəfər. == Topoimikası == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycanın bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında "Hacılar" yaşayış məntəqəsi mövcuddur. == Tarixi == === Tarixi abidələri === Kənddə eneolit dövründən qalan abidələr və qədim qəbristanlıq var. Qəbristanlıq YUNESKO tərəfindən tarixi abidə kimi qeydə alınmışdır.
Hacılar bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Haçalı ağcaqanadlar
Xironomidlər və ya haçalı ağcaqanadlar (lat. Chironomidae)- cücülər fəsiləsi. Hazırda 3000 növü məlumdur, onlardan Xəzər dənizində 8 növü qeyd edilmişdir, əksəriyyəti şirin sularda , bəzi növləri isə dənizdə yaşayır. Chiromonus albidus Xəzər dənizi üçün endemikdir. Bu növ və eləcə də Clunio marinus növü dənizin sahil zonalarında yayılmışdır. Xironomid sürfələri miqdarca və biokütləcə ən çox Şimali Xəzərdə inkişaf edirlər. Onlar çökə, çəki,külmə və nərə balıqlarının qidasında mühüm rol oynayırlar.
Hirkan ağcaqayını
Hirkan ağcaqayını (lat. Acer hyrcanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Ümumi yayılması == Kiçik Asiya, Rusiya (Dağıstan), Türkiyə, Livan, Balkan ölkələri və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda Alazan-Əyriçay vadisində, Naxçıvan MR və Talış dağlarında (Diabar) meşələrin tərkibində təbii halda yayılmışdır. Statusu: Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər əhəngli və işıqlı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Təbiətdə arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 18 m-ə qədər hündürlüyü və 30 sm-ə qədər diametri olan ağacdır. Cavan zoğları qırmızımtıl-qəhvəyi, yaşlı budaqları boz-qonur rəngdədir. Tumurcuqları qəhvəyi rəngdədir.
Hüsülü (Ağcabədi)
Hüsülü — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hüsülü kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. == Tarixi == XIX əsrin əvvəllərində husulu Qarabağda maldarlıqla məşğul olan 13 ailədən ibarət kicik elat olmuşdur. Husulu mənşəcə qızılbaşların ustaclı tayfasının tirələrindən biri idi. XVII əsrdə bu tirəyə mənsub ailələr Şəhsevənlərə qarıŞmış və Qarabağda yaşamağa başlamışdılar. Yayı Sarıyer və Qırxqız yaylaqlarında, qışı isə Qarabağ düzündə keçirən hüsülülər əvvəlcə indiki kənddən 1 km. aralıdakı Məşədi Ələkbər Suatı (suat "su götürülən yer" deməkdir) adlı yerdə məskunlaşmışdılar. XIX əsrin ortalarında Hacı Həsən adlı bir nəfər indiki kəndin yerində kəhriz qazmış və əhali də buraya köçüb məskunlaşmışdır. == Əhalisi == Əhalisinin sayı 4.199 (01.01.2007-ci il üçün)nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşgul olur.
Kültəpə (Ağcabədi)
Kültəpə — Ağcabədi rayonunun Minaxorlu kəndi ərazisində, kənddən bir qədər aşağıda qeydə alınmış coğrafi addır. == Tarixi == Vaxtilə bu təpənin yerində böyük tikili olmuşdur. İndi həmin təpəni qazanda oradan küllü torpaq çıxdığına görə camaat bu təpəni Kültəpə adlandırmışdır. Qazıntılar zamanı Kültəpədən müxtəlif tarixi dövrlərə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. == Toponimikası == Kültəpə oronimi kül sözündən və təpə müsbət relyef forması bildirən coğrafi termindən ibarətdir. Təpədə müxtəlif mineral qatışıqlarsdan əmələ gələn yanıcı olmayan kül qalıqları olduğu üçün toponim çox güman ki, belə ad almışdır.Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində də Kültəpə oroqrafik obyekti qeydə alınıb. Beyləqanda, Füzulidə, Naxçıvan şəhəri yaxınlığında, Qərbi Azərbaycanda və başqa ərazilərdə də Kültəpə adına rast gəlirik.
Kürdlər (Ağcabədi)
Kürdlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kürdlər Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Kürdlər oykonimi musanlı tayfasının kürdlər tirəsinin vaxtilə burada məskunlaşması nəticəsində yaranmışdır. Kürdlər kürmancı, yezidi-qədim irandilli tayfadır. Qədim yunan müəllifi Ksenofont kürdləri kardux, başqa qaynaqlar kordux, kardu, ilk dəfə orta əsr ərəb coğrafiyaçıları kürd (cəm halı əkrad) adlandırmışlar. Çox güman ki, kürdlərin dili İran qrupundan I minilliyin sonunda ayrılmış və yetkinləşmişdir. Kürdlər çox-çox əvvəllər İranın qərb sərhədlərində yerləşmişdilər. Ərəb qaynaqları bu Zaqros dağlı tayfalarını kürd adlandırırdılar.
Kürdlər bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəbirli (Ağcabədi)
Kəbirli (əvvəlki adı: Dördüncü barak) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Dördüncü barak kəndi Kəbirli kəndi adlandırılmışdır. Kəbirli kəndi Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kəbirli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəbirli oykonimi türkdilli qədim xəzərlərin kəbirli tayfasının adı ilə bağlıdır. Mənbələrdə adı kəbərli kimi də çəkilir. Onların xəzərlərin tərkibinə daxil olan kəbər tayfasının nəsilləri olması güman edilir. Xəzərlərin eramızın əvvəllərindən bəri Albaniya (Qafqaz) ilə əlaqələri və erkən orta əsrlərdə bu ərazilərə xəzər ailələrinin dəfələrlə köçürülməsi tarixdən məlumdur. Tarixi mənbələrdə kəbirlilərin hələ erkən orta əsrlərdə Azərbaycana gəlmələri, burada yaşamışlar. Onların burada məskunlaşdığı ərazilər Kəbirli mahalı adlanırdı. XVIII əsrin ortalarında Qarabağ xanlığının təşkilində kəbirlilər mühüm rol oynamışlar.
Kəbirli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Monpeliya ağcaqayını
Monpeliya ağcaqayını (lat. Acer monspessulanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər geniş ərazidə yayılmışdır. Hündürlüyü 5–10 m-ə, çətirinin еni 4–9 m-ə çatan, yarpağını tökən, assimmеtrik, еnli yumurtavari və ya şarşəkilli kiçik ağac və ya iri kоldur. Bitkinin zоğları əvvəlcə bоz-qоnur, sоnradan tünd-qоnur оlub, qabığı uzun yarıqlıdır. Yarpaqlar qarşılıqlı yеrləşib, parlaq tünd-yaşıl rəngli, uzunluğu 3-6 sm-dir. Aprеl-may aylarında yarpaqları açıldığı dövrdə çiçəkləyir. Çiçək qrupu sarı-yaşıl rəngli çətirdir. Mеyvələri bir-birnə paralеl yеrləşən qanadlara malikdir. İsti, quru yamaclarda, sеyrək kоlluqlarda bitir.
Muğanlı (Ağcabədi)
Muğanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Kənddə "Seyid İsmayıl Ağa" məscidi dini icması fəaliyyət göstərir.
Muğanlı bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məxməri ağcaqayın
Məxməri ağcaqayın (lat. Acer velutinum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Hündürlüyü 35–40 m-ə qədər, gövdəsinin diametri 1,4 m-ə qədər olan iri çətiri olan böyük ağacdır. Gövdəsinin qabığı ət rəngi-çəhrayımtıl rəngdə, yaşlı ağacların aşağı hissəsi tünd-boz rəngdədir. Yarpaqları iridir, kağıza bənzər olub, uzunluğu 15-20 (40) sm, 5-bölümlüdür. Yarpağın qaidə hissəsi ürəkşəkilli, bəzən dəyirmi və ya kəsilmiş formadadır, üst tərəfdən tündyaşıl, həmişə çılpaq, alt tərəfdən daha açıq və ya göyümtül rənglidir, çılpaq və yaxud tamamən məxməri-yumşaq tüklcüklüdür; bölümləri sivri, bəzən kütdür, bərabər olmayan və iri dişlidir; təpə bölümləri yan bölümlərdən enli və bir qədər uzundur. Saplaq 12-25 sm uzunluqda olub, adətən yarpaq ayasına bərabər olur və ya ondan uzun olur. Süpürgələr iridir və 12-15 sm uzunluqdadır, düzdurandır, tükcüklü budaqları meyvə verənə yaxın əyiləndir. Çiçəkləri kiçik olub, yaşılımtıl-sarı rənglidir. Meyvə qanadlarının uzunluğu 5 sm-ə qədərdir, çoxsaylıdır, qabarıq, xaricdən çılpaq, daxildən tükcükləri olan fındıqcaları vardır;qanadlar aşağı hissədə daralmış, yuxarıda isə genişlənmiş və düz və ya iti bucaq altında ayrılmışdır.
Neapolitan ağcaqayını
Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər geniş ərazidə yayılmışdır. Hündürlüyü 5–10 m-ə, çətirinin еni 4–9 m-ə çatan, yarpağını tökən, assimmеtrik, еnli yumurtavari və ya şarşəkilli kiçik ağac və ya iri kоldur. Bitkinin zоğları əvvəlcə bоz-qоnur, sоnradan tünd-qоnur оlub, qabığı uzun yarıqlıdır. Yarpaqlar qarşılıqlı yеrləşib, parlaq tünd-yaşıl rəngli, uzunluğu 3-6 sm-dir. Aprеl-may aylarında yarpaqları açıldığı dövrdə çiçəkləyir. Çiçək qrupu sarı-yaşıl rəngli çətirdir. Mеyvələri bir-birnə paralеl yеrləşən qanadlara malikdir. İsti, quru yamaclarda, sеyrək kоlluqlarda bitir. İşıq və istisеvən, sоyuğa və küləyə davamlı bitkidir. Yarımkölgəyə dözür.
Nəcəfqulubəyli (Ağcabədi)
Nəcəfqulubəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Nəcəfqulubəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi Ağcabədi şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nəcəfqulubəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Palmayarpaq ağcaqayın
Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər geniş ərazidə yayılmışdır. Hündürlüyü 8 m-ə qədər оlan kоl və ya çох da iri оlmayan ağacdır. Cavan budaqlarının rəngi yaşıldan qırmızıya qədər dəyişir. Yarpaqların uzunluğu 4-10 sm, еni isə 5-10 sm, tünd-yaşıl rəngdə оlub, saplağı 1,5-4,5 sm-dir. Yarpaq ayası 5-9 yumurtavari nеştər və ya uzunsоv nеştərşəkilli dilimlidir, qaidəsi ürəkvari və ya dairəvidir, kənarları ikiqat mişardişlidir, üst səthi çılpaqdır. Çiçəkləri qırmızı və ağ оlub, diamеtri 6–8 mm-dir, başcıqlarda tоplanmışdır. Qanadlı mеyvələri 1-3 sm uzunluqda, çılpaqdır. Bitiki aprеl-may aylarında çiçəkləyir, оktyabr-nоyabr aylarında mеyvə vеrir. İsti, quru yamaclarda, sеyrək kоlluqlarda gеniş yayılmışdır. İşıq və istisеvəndir, sоyuğa və küləyə davamlıdır, yarımkölgəyə dözür.
Poladlı (Ağcabədi)
Poladlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd.
Poladlı bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə