AĞAYIL
AĞCA BÜRCLÜ
OBASTAN VİKİ
Mehmet Ali Ağca
Mehmet Ali Ağca (9 yanvar 1958) — türk cinayətkar. == Həyatı == 9 yanvar 1958-ci ildə Türkiyənin Malatya vilayətində anadan olub. == Cinayətləri == 1 fevral 1979-cu ildə "Milliyyət" qəzetinin baş redaktoru Abdi İpəkçini öldürüb. 25 iyun 1979-cu ildə yaxalanaraq 16 gün fasiləsiz sorğu-suala çəkilib. 11 iyul 1979-da həbs edilərək İstanbuldakı Maltəpə hərbi həbsxanasına göndərilib. 5 noyabr 1979-cu ildə xəstəxanadan qaçırılmaq istənilib, ancaq buna müvəffəq olunmayıb. 24 noyabr 1979-da Maltəpə hərbi həbsxanasından hərbi libasda qaçırılıb. 30 aprel 1980 – həbsxanadan qaçırılandan sonra İrana gedən Ağca, daha sonra Türkiyəyə qayıdaraq, Ankara Məbusevlərində (millət vəkili evləri) gizlənib. 30 avqust 1980-ci ildə Faruk Özgünün adına çıxarılmış pasportla Bolqarıstana gedib. 13 may 1981-ci ildə Vatikanda Papa II İoann Paveli tapança ilə vurub.
Mehmet Əli Ağca
Mehmet Ali Ağca (9 yanvar 1958) — türk cinayətkar. == Həyatı == 9 yanvar 1958-ci ildə Türkiyənin Malatya vilayətində anadan olub. == Cinayətləri == 1 fevral 1979-cu ildə "Milliyyət" qəzetinin baş redaktoru Abdi İpəkçini öldürüb. 25 iyun 1979-cu ildə yaxalanaraq 16 gün fasiləsiz sorğu-suala çəkilib. 11 iyul 1979-da həbs edilərək İstanbuldakı Maltəpə hərbi həbsxanasına göndərilib. 5 noyabr 1979-cu ildə xəstəxanadan qaçırılmaq istənilib, ancaq buna müvəffəq olunmayıb. 24 noyabr 1979-da Maltəpə hərbi həbsxanasından hərbi libasda qaçırılıb. 30 aprel 1980 – həbsxanadan qaçırılandan sonra İrana gedən Ağca, daha sonra Türkiyəyə qayıdaraq, Ankara Məbusevlərində (millət vəkili evləri) gizlənib. 30 avqust 1980-ci ildə Faruk Özgünün adına çıxarılmış pasportla Bolqarıstana gedib. 13 may 1981-ci ildə Vatikanda Papa II İoann Paveli tapança ilə vurub.
Ağca
Ağca Qonbad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Ağca Qala (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Ağca xan — türk mifologiyasında əfsanəvi xaqan. Mehmet Əli Ağca — türk cinayətkar.
Ağca Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Ağca Xan
Ağca Qala (Urmiya)
Ağca Qala (fars. اغچه قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 903 nəfər yaşayır (224 ailə).
Kültəpə (Ağcabədi)
Kültəpə — Ağcabədi rayonunun Minaxorlu kəndi ərazisində, kənddən bir qədər aşağıda qeydə alınmış coğrafi addır. == Tarixi == Vaxtilə bu təpənin yerində böyük tikili olmuşdur. İndi həmin təpəni qazanda oradan küllü torpaq çıxdığına görə camaat bu təpəni Kültəpə adlandırmışdır. Qazıntılar zamanı Kültəpədən müxtəlif tarixi dövrlərə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. == Toponimikası == Kültəpə oronimi kül sözündən və təpə müsbət relyef forması bildirən coğrafi termindən ibarətdir. Təpədə müxtəlif mineral qatışıqlarsdan əmələ gələn yanıcı olmayan kül qalıqları olduğu üçün toponim çox güman ki, belə ad almışdır.Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində də Kültəpə oroqrafik obyekti qeydə alınıb. Beyləqanda, Füzulidə, Naxçıvan şəhəri yaxınlığında, Qərbi Azərbaycanda və başqa ərazilərdə də Kültəpə adına rast gəlirik.
Kürdlər (Ağcabədi)
Kürdlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kürdlər Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Kürdlər oykonimi musanlı tayfasının kürdlər tirəsinin vaxtilə burada məskunlaşması nəticəsində yaranmışdır. Kürdlər kürmancı, yezidi-qədim irandilli tayfadır. Qədim yunan müəllifi Ksenofont kürdləri kardux, başqa qaynaqlar kordux, kardu, ilk dəfə orta əsr ərəb coğrafiyaçıları kürd (cəm halı əkrad) adlandırmışlar. Çox güman ki, kürdlərin dili İran qrupundan I minilliyin sonunda ayrılmış və yetkinləşmişdir. Kürdlər çox-çox əvvəllər İranın qərb sərhədlərində yerləşmişdilər. Ərəb qaynaqları bu Zaqros dağlı tayfalarını kürd adlandırırdılar.
Kürdlər bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəbirli (Ağcabədi)
Kəbirli (əvvəlki adı: Dördüncü barak) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Dördüncü barak kəndi Kəbirli kəndi adlandırılmışdır. Kəbirli kəndi Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kəbirli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəbirli oykonimi türkdilli qədim xəzərlərin kəbirli tayfasının adı ilə bağlıdır. Mənbələrdə adı kəbərli kimi də çəkilir. Onların xəzərlərin tərkibinə daxil olan kəbər tayfasının nəsilləri olması güman edilir. Xəzərlərin eramızın əvvəllərindən bəri Albaniya (Qafqaz) ilə əlaqələri və erkən orta əsrlərdə bu ərazilərə xəzər ailələrinin dəfələrlə köçürülməsi tarixdən məlumdur. Tarixi mənbələrdə kəbirlilərin hələ erkən orta əsrlərdə Azərbaycana gəlmələri, burada yaşamışlar. Onların burada məskunlaşdığı ərazilər Kəbirli mahalı adlanırdı. XVIII əsrin ortalarında Qarabağ xanlığının təşkilində kəbirlilər mühüm rol oynamışlar.
Kəbirli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Monpeliya ağcaqayını
Monpeliya ağcaqayını (lat. Acer monspessulanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər geniş ərazidə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5–10 m-ə, çətirinin еni 4–9 m-ə çatan, yarpağını tökən, assimmеtrik, еnli yumurtavari və ya şarşəkilli kiçik ağac və ya iri kоldur. Bitkinin zоğları əvvəlcə bоz-qоnur, sоnradan tünd-qоnur оlub, qabığı uzun yarıqlıdır. Yarpaqlar qarşılıqlı yеrləşib, parlaq tünd-yaşıl rəngli, uzunluğu 3-6 sm-dir. Aprеl-may aylarında yarpaqları açıldığı dövrdə çiçəkləyir. Çiçək qrupu sarı-yaşıl rəngli çətirdir. Mеyvələri bir-birnə paralеl yеrləşən qanadlara malikdir. == Ekologiyası == İsti, quru yamaclarda, sеyrək kоlluqlarda bitir.
Muğanlı (Ağcabədi)
Muğanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. == Din == Kənddə "Seyid İsmayıl Ağa" məscidi dini icması fəaliyyət göstərir.
Muğanlı bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məxməri ağcaqayın
Məxməri ağcaqayın (lat. Acer velutinum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 35–40 m-ə qədər, gövdəsinin diametri 1,4 m-ə qədər olan iri çətiri olan böyük ağacdır. Gövdəsinin qabığı ət rəngi-çəhrayımtıl rəngdə, yaşlı ağacların aşağı hissəsi tünd-boz rəngdədir. Yarpaqları iridir, kağıza bənzər olub, uzunluğu 15-20 (40) sm, 5-bölümlüdür. Yarpağın qaidə hissəsi ürəkşəkilli, bəzən dəyirmi və ya kəsilmiş formadadır, üst tərəfdən tündyaşıl, həmişə çılpaq, alt tərəfdən daha açıq və ya göyümtül rənglidir, çılpaq və yaxud tamamən məxməri-yumşaq tüklcüklüdür; bölümləri sivri, bəzən kütdür, bərabər olmayan və iri dişlidir; təpə bölümləri yan bölümlərdən enli və bir qədər uzundur. Saplaq 12-25 sm uzunluqda olub, adətən yarpaq ayasına bərabər olur və ya ondan uzun olur. Süpürgələr iridir və 12-15 sm uzunluqdadır, düzdurandır, tükcüklü budaqları meyvə verənə yaxın əyiləndir. Çiçəkləri kiçik olub, yaşılımtıl-sarı rənglidir. Meyvə qanadlarının uzunluğu 5 sm-ə qədərdir, çoxsaylıdır, qabarıq, xaricdən çılpaq, daxildən tükcükləri olan fındıqcaları vardır;qanadlar aşağı hissədə daralmış, yuxarıda isə genişlənmiş və düz və ya iti bucaq altında ayrılmışdır.
Neapolitan ağcaqayını
== Təbii yayılması == Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər geniş ərazidə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5–10 m-ə, çətirinin еni 4–9 m-ə çatan, yarpağını tökən, assimmеtrik, еnli yumurtavari və ya şarşəkilli kiçik ağac və ya iri kоldur. Bitkinin zоğları əvvəlcə bоz-qоnur, sоnradan tünd-qоnur оlub, qabığı uzun yarıqlıdır. Yarpaqlar qarşılıqlı yеrləşib, parlaq tünd-yaşıl rəngli, uzunluğu 3-6 sm-dir. Aprеl-may aylarında yarpaqları açıldığı dövrdə çiçəkləyir. Çiçək qrupu sarı-yaşıl rəngli çətirdir. Mеyvələri bir-birnə paralеl yеrləşən qanadlara malikdir. == Ekologiyası == İsti, quru yamaclarda, sеyrək kоlluqlarda bitir. İşıq və istisеvən, sоyuğa və küləyə davamlı bitkidir. Yarımkölgəyə dözür.
Nəcəfqulubəyli (Ağcabədi)
Nəcəfqulubəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Nəcəfqulubəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi Ağcabədi şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nəcəfqulubəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Palmayarpaq ağcaqayın
== Təbii yayılması == Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər geniş ərazidə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 8 m-ə qədər оlan kоl və ya çох da iri оlmayan ağacdır. Cavan budaqlarının rəngi yaşıldan qırmızıya qədər dəyişir. Yarpaqların uzunluğu 4-10 sm, еni isə 5-10 sm, tünd-yaşıl rəngdə оlub, saplağı 1,5-4,5 sm-dir. Yarpaq ayası 5-9 yumurtavari nеştər və ya uzunsоv nеştərşəkilli dilimlidir, qaidəsi ürəkvari və ya dairəvidir, kənarları ikiqat mişardişlidir, üst səthi çılpaqdır. Çiçəkləri qırmızı və ağ оlub, diamеtri 6–8 mm-dir, başcıqlarda tоplanmışdır. Qanadlı mеyvələri 1-3 sm uzunluqda, çılpaqdır. Bitiki aprеl-may aylarında çiçəkləyir, оktyabr-nоyabr aylarında mеyvə vеrir. == Ekologiyası == İsti, quru yamaclarda, sеyrək kоlluqlarda gеniş yayılmışdır. İşıq və istisеvəndir, sоyuğa və küləyə davamlıdır, yarımkölgəyə dözür.
Poladlı (Ağcabədi)
Poladlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd.
Poladlı bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pərioğlular (Ağcabədi)
Pərioğullar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Pərioğullar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Pərioğlular kəndi Hacıbədəlli kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Pərioğlular kənd inzibati ərazi vahidi yaradılmışdır.
Qaradolaq (Ağcabədi)
Qaradolaq (əvvəlki adı:Şaumyankənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaradolaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağcabədi rayonunun Şaumyankənd kəndi Qaradolaq kəndi və müvafiq olaraq Şaumyankənd kənd Soveti Qaradolaq kənd Soveti adlandırılmışdır. == Toponimikası == Qaradolaq toponimi qara və dolaq sözlərindən əmələ gəlib. Kənd sakinlərinin dediklərinə görə qaradolaqlılar çox-çox əvvəllər həmişə başlarına və qollarına qara dolaq bağlayarmışlar. Bu, onları digər tayfalardan fərqləndirirdi. Elə bu səbəbdən də onlara qaradolaqlar deyilmişdir. Qaradolaqlar Qarabağa gələndən sonra Təklə Qara dolaq adlanırdı. Ağcabədi rayonunda Qaradolaq kəndi yaxınlığında qaradolaq tayfasının adı ilə bağlı digər oykonim-Yeni Qaradolaq kəndi də qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 22 km cənub-qərbdə, Qarabağ kanalından 7 km aralıda, Mil-Qarabağ düzündə yerləşir. == Tarixi == Qaradolaq kəndi XX əsrin əvvəllərinədək əsasən yarımköçəri həyat tərzi keçirmiş qaradolaqlar Azərbaycan tayfasının adı ilə əlaqədar yaranmışdır.
Qaratəpə yaşayış yeri (Ağcabədi)
Qaratəpə yaşayış yeri — Azərbaycanın Ağcabədi rayonunun Kəbirli kəndi yaxınlığında e.ə. I minillikdən orta əsrlərə qədərki dövrə aid yaşayış yeri. Sahəsi 2 ha-a yaxındır. qazıntılar zamanı üç mədəni təbəqə öyrənilmişdir. E.ə. VII-VI əsrlərə aid alt təbəqədə çiy kərpicdən hörülmüş çoxmənzilli yaşayış binasının qalığı, təndir, ocaq aşkar edilmiş,qara rəngli şüyrələnmiş gil qablar, nehrə, ipəyirən, dən daşları və s. tapılmışdır. Ikinci təbəqədən e.ə. V-I əsrlərə aid tikinti qalıqları ilə yanaşı antropomorf və zoomorf qablar da əldə edilmişdir.Təbəqənin üst qatlarından tapılmış gil qabların bir qismi Yaloylutəpə mədəniyyəti üçün xarakterikdir.Hər iki təbəqənin materialları e.ə. I minillikdə Mil düzündə oturaq əkinçiliklə yarımköçəri maldarlığın eyni vaxtda mövcud olmasına baxmayaraq, maldarlığın üstünlük təşkil etdiyini göstərir.Yaxınlıqdakı (4 km) Beyləqan qalasının tərəqqi etdiyi dövrdə Qaratəpə də kiçik yaşayış yeri olub.Bu XI-XIII əsrlərə aid olan III təbəqənin materiallarından da (Örnəqala tipli şirli və şirsiz qablar) aydın görünür.
Qaravəlli (Ağcabədi)
Qaravəlli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaravəlli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaravəlli kəndi Gələbədin kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Tarixi == Kənd XVII əsrdən bəri obalardan ibarət olub (Belqışlaq, Qaraqışlaq, Güllüqışlaq v.s.). XIX əsrdən Yelizavetpol quberniyasının Şuşa qəzasına daxil olub. Kolxozlaşma gedişində yuxarıda sayılan obalar bir yerə cəmləşdirilib. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur. Burdakı əhali əksərən tərəkəmə Qaravəlli elatından olanlardır. Zaman keçmiş və insanlar bu kəndin coğrafiyasına uyğunlaşmışlar. Qaravəlli elatının yaşı min ildən çoxdur. Qoca tarixin yazdığına görə Oğuz xanın 6 oğlundan böyüyü Gün xanın dördüncü (sonbeşik) oğlu Qaraevli idi.
Qaravəlli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraxanlı (Ağcabədi)
Qaraxanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Boyat kənd inzibati-ərazi vahidinin Qaraxanlı kəndi Hacılar kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaraxanlı kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Qaraxanlı oykonimi qaraxanlı nəslinin adı ilə bağlıdır. Tarixi sənədlərin verdikləri məlumata görə, oğuz tayfalarından biri olan bayat tayfasına mənsub olan qaraxanlılar (qaraxanlı tirəsi) 1865-ci ildə burada məskən salmış və məntəqəsi də bu tirənin adı ilə adlandırılmışdır. Bəzi araşdırıcılar toponimi 927–1212-ci illərdə Mərkəzi Asiyada Qaraxanilər dövlətini idarə edən qaraxanilər müsəlman-türk sülaləsinin adı ilə eyniləşdirir. Məlumdur ki, onların ilk xanı Əbdülkərim Satuk Qaraxan olub. Qaraxanilər sonuncu nümayəndəsi olan Qılıc Arslan İbn Xarəzm Məhəmməd tərəfindən 1212-ci ildə öldürülmüşdür. 1728-ci il sənədində İrəvan əyalətinin Zarzəmin nahiyəsində Qaraxanlı adlı qışlaq qeydə alınmışdır. == Əhalisi == Əhalisinin sayı 882 (01.01.2007-ci il üçün) nəfərdir.
Qazantəpə (Ağcabədi)
Qazantəpə-Hindarx kəndi yaxınlığında Tunc dövrünə aid Qazantəpə adlı kurqan vardır. == Toponimikası == Qazantəpə oroqrafik obyekti Ağcabədi rayonu ərazisində Hindarx kəndi yaxınlığında qeydə alınıb.Qazantəpə oronimi qazan və təpə sözlərindən ibarətdir. Təpə-müsbət relyef forması bildirən coğrafi termindir.Toponim xarici görünüşünə görə kənardan baxanda qazana bənzədiyinə görə belə adlandırılmışdır.Bu tipli toponimlərə Azərbaycanın digər rayonlarının ərazilərində də rast gəlirik. Qazantəpə ev əşyalarının adları ilə əlaqədar olaraq yaranmış metofor adlardandır. Toponimin tərkibindəki qazan sözü həmin təpənin məişətdə işlədilən qazan qabına oxşarlığını bildirir.
Qırmızı ağcaqayın
Qırmızı ağcaqayın (lat. Acer rubrum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. Cənubi Avropada və Yaxın Şərqdə mədəni əkin şəraitində becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, enli, yumru və möhkəm çətirli ağacdır. Yarpaqları üzbəüzdür, 5–7 ədəddir, ucu biz, uzunluğu 8–14 sm-dir. Yarpaqlarının rəngi qırmızıdır, yayda yaşıl, payızda isə sarı rəng alır. Maydan iyuna qədər çiçəkləyir. Açıq sarı rəngli çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır. Meyvələri uzunluğu 3 sm-dən 5 sm-ə qədər olan qanadcıqlardır.
Semyonov ağcaqayını
== Təbii yayılması == Оrta Asiyada, Şimali və Mərkəzi Əfqanıstanda bitir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan, şarşəkilli çətirli, hamar və ya qırışlı, bоz rəngli qabığı olan ağac və ya kоldur. Budaqları qəhvəyi və ya qоnur rənglidir. Yarpaqları 1,2-4,5 sm uzunluqda, 1-3,2 sm еnində оlub, üçdilimlidir. Üst səthi tutqun ağımtıl yaşıl, alt səthi açıq-yaşıl rənglidir, payızda isə qızılı-sarı çalarlı оlur, ayanın kənarları qеyri-bərabər kоbud dişlidir. Qaidəsi dərin оlmayan ürəkvari və ya dairəvidir, saplağı 3-4 sm uzunluqdadır. May-iyund aylarında çiçəkləyir. Çiçəkləri sarımtıldır, çiçək qrupu başcıqşəkilli süpürgəcikdir. Qanadlı mеyvələri 2,8-3,5 sm uzunluqda, al qırmızı və ya çəhrayı, yеtişəndə isə açıq-sarı rəngdə оlur. == Ekologiyası == Quraqlığa davamlı, tоrpağa az tələbkardır.

Digər lüğətlərdə