Afat Qurbanov
Afad Qurbanov (azərb. Afad Məmməd oğlu Qurbanov; 10 yanvar 1929, Cücəkənd, Aleksandropol qəzası – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991).
== Həyatı ==
Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.
O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.
XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.