ALLA

başqası; sonra; ikinci.
ALİYƏ
ALLEYTƏR
OBASTAN VİKİ
Alla Axundova
Alla Axundova (27 oktyabr 1939, Moskva) — ssenari müəllifi 27 oktyabr 1939-cu ildə Moskvada anadan olmuşdur. 1964-ci ildə Moskvada M.Qorki ad. Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirmişdir. Azərbaycanın əməkdar incəsənət xadimi (1988), Respublika Dövlət mükafatı laureatıdır (1970). Cırtdan (film, 1969) Şərikli çörək (film, 1969) Var olun, qızlar... (film, 1972) Şahzadə-qara qızıl (film, 1974) Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-ssenari müəllifi Şir evdən getdi (film, 1977) Bizi bağışlayın (film, 1979) Uşaq və külək (film, 1982) Təqib (film, 1984) Bahar əyləncələri (film, 1989) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Alla Cəlilova
Alla Cəlilova (d. 8 (21) noyabr 1908, Tiflis – 12 aprel 1992, Moskva) — Sovet aktrisası və müəllimi, Bolşoy Teatrın balet solisti (1927-1951), ilk Dağıstan balerinası. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1951). Alla Cəlilovanın atası Abdulqay Abduloviç, inqilabdan əvvəlki dövrlərdə ali təhsil alan azsaylı axtılılardan biri olmuşdur. Axtı məktəbini bitirdikdən sonra Stavropol gimnaziyasına (Puşkinin bitirdiyi məktəb) oxumağa başlayır. Orada Sofiya Nikolaevna Zaiçevskaya ilə tanış olur. 1900-cü ildə Abdulqay Moskva Universitetinin hüquq fakültəsinə daxil olur. 1903-cü ildə Abdulqay Kare (indiki Türkiyə) şəhərinə işləməyə gedir. Daha sonra Moskvaya gələn Sofya Zaiçevskaya ilə evlənir. 1908-ci ildə qızı Alla Tiflisdə dünyaya gəlir.
Alla Dudayeva
Alla Fyodorovna Dudayeva (rus. А́лла Фёдоровна Дуда́ева; 10 avqust 1947 və ya 24 mart 1947) - 1990-cı illərdə Çeçenistanın Rusiyadan ayrılması üçün yaradılmış hərəkatın lideri Cövhər Dudayevin həyat yoldaşı. Alla Dudayeva 1947-ci ildə Kolomenski rayonundakı sovet zabit ailəsində dünyaya gəlmişdir. O, Smolenskdə rəssamlıq təhsili almışdır. 1967-ci ildə o zaman SSRİ Hava Qüvvələrinin zabiti olan Cövhər Dudayevlə evlənmişdi. Alla 1996-cı ildə Birinci Çeçenistan müharibəsində ərinin ölümündən sonra Türkiyəyə qaçmağa çalışarkən Nalçikdə saxlanılmış və daha sonradan tanıya bildiyi, gənc zabit Aleksandr Litvinenko tərəfindən istintaqa cəlb edilmişdir. Eyni ilin sonlarına yaxın buraxıldıqdan sonra Çeçen İçkeriya Respublikasının Mədəniyyət Nazirliyində işləyən Alla 1999-cu ildə İkinci Çeçenistan müharibəsinin başlamasıyla Azərbaycana, daha sonra Türkiyəyə və Litvaya qaçmışdır. O, 2010-dan 2012-ci ilə qədər Gürcüstanın Qafqaz TV kanalında mədəniyyət proqramlarının aparıcısı olaraq işləmişdir. 2016-cı il məlumatlarına görə, bir müddət Estoniyada da yaşan Dudayevanın hal-hazırda Stokholmda yaşayır. Alla Dudayeva əri Cövhər Dudayevlə bağlı xatirələrini yazdığı kitab da daxil olmaqla, bir neçə kitabın müəllifidir: Milyon birinci (Milyon birinci) "Şule Yayınları", 448 стр.
Alla Həsənova
Alla Həsənova (d. 6 avqust 1970) — Azərbaycanı təmsil edən voleybolçu. Alla Həsənova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. Alla Həsənova 6 avqust 1970-ci ildə Bakıda rus ailəsində anadan olub. Alla Həsənova ailəlidir. Onun, həyat yoldaşı, futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçı Elxan Həsənovdur. Alla Həsənova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu. Alla Həsənova daha sonra, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Alla Kudlay
Alla Kudlay (d. 23 iyul 1954, Losınivka, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (1997).
Alla Nikolayenka
Alla Panova
Alla Vasilyevna Panova (rus. Алла Васильевна Панова) — Sovet aktrisası. Alla Panova 22 dekabr 1948-ci ildə anadan olmuşdur. Voronejdə təhsil almış, 1966-cı ildə 23 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Şepkin adına Teatr məktəbindən məzun olmuş, kinoda ilk rolunu 1973-cü ildə, sonuncu rolunu isə 1979-cu ildə ifa etmişdir. Hazırda Moskva şəhərində yerləşən "Yeni opera" teatrının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Alla Puqaçova
Alla Borisovna Puqaçova (15 aprel 1949, Moskva) — Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti (1991). Kristina Orbakaytenin anasıdır. Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966–1967-ci illərdə "Yunost" radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxır. A.Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutur. Müğənninin 60 illiyi ərəfəsində "Gənc qvardiya" nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş "Bioqrafiya davam edir" kitabını nəşr edib. Kitabda Alla Puqaçovanın həyat və yaradıcılığının çox sayda maraqlı məqamı yer alıb. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.
Alla Teterina
Alla Teterina (d. 24 fevral 1962) — Azərbaycanı təmsil edən voleybolçu. Alla Teterina, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. Alla Teterina, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Alla Çernışkova
Alla Zaqaykeviç
Alla Zaqaykeviç (ukr. Алла Леонідівна Загайкевич; 17 dekabr 1966, Xmelnitskiy) — ukraynalı bəstəkar. Ukraynanın əməkdar incəsənət xadimi (2021). Kiyev Dövlət Konservatoriyasını (1990) Yuri İşçenkonun bəstəkarlıq sinfini bitirib. 1995–1996-cı illərdə bir illik fransız dili IRCAM (seminarlar B. Fernyhow, T. Muray, F. Manuri) kursunda iştirak edib. Onun A. Bosenkonun transsendental fəlsəfəsi ideyalarının yaradıcı formalaşmasına təsirini qeyd edir. 1986–1999-cu illərdə "Drevo" folklor ansamblı ilə çıxış edib. 1998-ci ildən Ukrayna Milli Musiqi Akademiyasının Musiqi və İnformasiya Texnologiyaları kafedrasında dərs deyir. Ukrayna Bəstəkarlar İttifaqının üzvü olur (1993-cü ildən). Musiqişünaslığa dair məqalələrin müəllifidir.
Alla Mazur
Alla Qriqoryevna Mazur (ukr. Алла Григорівна Мазур; 16 sentyabr 1965) — ukraynalı jurnalist. Ukraynanın “1+1” kanalında TSN xəbər proqramının aparıcısı. Alla Mazur 16 sentyabr 1965-ci ildə Xmelnitski vilayəti həkim ailəsində anadan olub. Atası Qriqori diş həkimi olub. O, məktəbi qızıl medalla bitirib. Onun məqalələri yerli rayon qəzetində tez-tez dərc olunurdu. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib. O, Ukrayna radiosunda müxbir, redaksiya rəhbəri, Ukrayna radiosu Birinci Kanalının baş redaksiyasında, proqram aparıcısı kimi çalışıb. Çernobıl qəzasının ildönümü üçün və 1991-ci ildə Ukraynada prezident seçkiləri zamanı radio marafonları hazırlayıb və aparıcılıq edib.
Sant'İvo alla Sapienza
Sant'İvo alla Sapienza kilsəsi (it. Chiesa di Sant’Ivo alla Sapienza) — İtaliyanın paytaxtı Roma şəhərində yerləşən katolik məbədi və XVII əsrin parlaq və füsunkar barokko üslubunun təkrarolunmaz nümunəsidir. Dahi Borromini yaradıcılığının və ustalığının tanınmış incilərindən sayılan bu kilsə, Navona meydanından bir qədər şərqdə, daha dəqiq desək, Korso del Rinaşimento küçəsində yerləşir, ancaq hündür binaların fasadları kilsəni tam şəkildə seyr etməyə maneəçilik törədir. Mərkəzi binanın unikal memarlıq dizaynı və qəliz konçetto simvolikası onu, Romanın ən orijinal və gözəl kilsələrindən birinə çevirir. Kilsə yezuitlər ordeninin patronu, hüquqşünasların isə himayədarı olmuş Bretanlı İvoya ithaf olunmuşdur. Sant'İvo 1303-cü ildə birbaşa Vatikana təhtəlhesab olmuş kapella binası kimi Roma Papası VIII Bonifasi tərəfindən təsis edilmiş və bu bina daha sonralar La Sapienza Universitetinin formalaşması üçün əsas olmuşdur. Kilsə artıq mövcud olmuş, 1564–1630-cu illər arasında əsasən gecikmiş İntibah dövrünün memarı Cakomo della Portanın tərtib etdiyi layihə əsasında tədricən ucaldılan Palazzo della Sapienza sarayının tikili kompleksini haşiyələndirən köndələn və düzbucaq həyətində quraşdırılmalı idi. Kilsə başlanğıcda Müqəddəs Fortunataya həsr edilmişdir. Daha sonralar isə bu kilsə ilə digər müqəddəslərin — Müqəddəs Böyük Levin, La Sapienza Universitetinin rektorları olmuş konsistoriya hüquqşünaslarının himayədarı və ilahi xilaskarı Müqəddəs İvo, eləcə də təqdisetmə mərasimi münasibətilə kilsəyə təqdim olunmuş məzlum Müqəddəs Aleksandr adı ilə əlaqələndirilmişdir. Hələ memar della Portanın Romada fəaliyyət göstərdiyi illərdə Universitet kapellası üçün mərkəzi binanın inşa edilməsi planlaşdırılırdı, lakin o dövrdə kifayət qədər vəsaitin olmaması, bu ideyanın reallaşdırılmasına əngəl törətmişdir.
Cəlal Allahverdiyev
Allahverdiyev Cəlal Eyvaz oğlu (17 sentyabr 1929, Şuşa, DQMV – 19 yanvar 2017, Bakı) — Azərbaycan riyaziyyatçısı, əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü-akademik, fizika-riyaziyyat elmləri doktoru, professor. Cəlal Allahverdiyev 1945-ci ildə Bakı şəhərində 1 saylı orta məktəbi bitirmiş, lakin Şuşada oxuduğu illər üçün qiymət cədvəli olmadığına görə attestatını ala bilməmişdir. 1946-cı ildə Şuşa şəhərində məktəbi ancaq "əla" qiymətlərlə bitirmiş və qızıl medala təqdim edilmişdir, lakin Maarif Nazirliyində riyaziyyat fənnindən "əla" qiymətini "yaxşı" ilə əvəz edərək gümüş medal vermişlər. Cəlal Allahverdiyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olmuş, 1957-ci ildə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə SSRİ EA Tətbiqi Riyaziyyat İnstitutunda "Spektral parametrdən rasional asılı öz-özünə qoşma olmayan operatorların məxsusi qiymətləri və məxsusi elementləri haqqında" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ AAK tərəfindən ona 1969-cu ildə professor elmi adı verilmişdir. Onun ən məşhur elmi nəticəsi Allahverdiyev teoremi adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınmışdır. Cəlal Allahverdiyevin Milli Aviasiya Akademiyasının elmi məqalələr jurnalında tələbələri ilə birgə dərc edilmiş bir sıra əsərlərində kompyuterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, təbii dillərdə, o cümlədən Azərbaycan dilində kompyuterlə ünsiyyət mexanizmlərinin işlənib hazırlanması və Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində fundamental məsələlər araşdırılmış və mühüm elmi nəticələr alınmış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmi verilmişdir. Cəlal Allahverdiyev 1957–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində əvvəlcə müəllim, sonra isə baş müəllim işləmişdir. 1960-cı ildə Azərbaycan SSR EA-da yeni yaradılmış Hesablama Mərkəzində şöbə müdiri, sonra isə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.
Cəmilə Allahverdiyeva
Cəmilə Telman qızı Allahverdiyeva — A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Fəxri Mədəniyyət İşçisi, Azərbaycanın əməkdar artisti (2018) Cəmilə Telman qızı Allahverdiyeva 26 oktyabrda Sumqayıt şəhərində anadan olub, 33 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil ala-ala 1997-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına artist vəzifəsinə qəbul olur. O, Firidun Qurbansoy və Bəhram Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında Dürat, Rəhman Əlizadənin «Ələkbər əmi gülüş planetində» tamaşasında Fitnə Cadu, Hamhamə, Çilli, Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında Göyçək Fatma, Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında Bəsti nənə, Ana, Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında Gülbahar, Xanımana Əlibəylinin «Ləpələrin nağılı» tamaşasında Mərcan, Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında Hadı, Rəhman Əlizadənin «Qız qalası» tamaşasında Dilbər, Özəl Arabulun «Dəniz dibində zəng səsi» tamaşasında Misket balığı, Rəhman Əlizadənin «Fantaziya» Zibeydə, «Tülkünün uçuşu» tamaşasında Hacıleylək, Federiko Qarsiya Lorkanın «İlbizin mahnısı» tamaşasında İlbiz rollarını ifa edib. 2006-2009-cu illərdə Azərbaycan Dövlət Gənclər teatrında çalışıb. Həmin illər ərzində oynadığı rollar: «Məkrlilərin vəkilləri» (R.Əlizadə) Gülsəba, «Məhv olmuş gündəliklər» (İ.Əfəndiyev) Fəridə, «Dünyanın axırı» (R.Əlizadə) III Dəli, Qız, «Tülkünün uçuşu» (A.Şaiq) Hacıleylək, «Sara xatun» (N.Saraclı) Xanbikə, «Su Pərisi» (F.Mustafa) Su Pərisi. 2009-cu ilin aprel ayından yenidən Kukla teatrında yüksək dərəcəli artist kimi fəaliyyətə başlayıb. (K.Qotsi) "Turandot" tamaşasında Turandot, (V. Şekspir) "Yay gecəsində yuxu" Bədləkər, İppolita, Titaniya, "Xeyir və Şər" (N. Gəncəvi) Şər, "Dünya gözəli" (A. Şaiq) Dünya gözəli, Simurq, "Quşcuğaz" (N.Ağayev) Nağılçı, Eybəcər, Ahu, Emma, Səriyyə nənə, "Pinokkionun sərgüzəştləri"(K.Kolladi) Tülkü, "Sindbadın xoşbəxtlik adasına səyahəti" (R. Əlizadə) Fatma, Şəms Qəmər, Şah, "Sehrbaz qadın" Qız, "Dəli Domrul" (səhnələşdirəni, quruluşçu-rejissoru R. Əlizadə) Xatun, Ana, "Qoğal" (rus xalq nağılı) Qoğal, "Sehirli üzük" Qız kəpənək, "Tıq-tıq xanım" (A. Şaiq) tamaşasında Tıq-tıq xanım, "Çəkməli Pişik"(Ş. Perro) Xoruz, "Oyaq gözəl"(V.İlyuxov) Qorxaq matros, "Qırmızı Papaq"(Ş.Perro)tamaşasında Qırmızı Papaq, "Unudulmuş Kukla" S.Sveyqin "Yad qadını məktubu" novellası əsasında mono tamaşa, "Pişiyin evi" (S.Y.Marşak) Pişik xanım, "Turp"(rus xalq nağılı) Müqəvva, "Maşa və Ayı" Maşa, "Yeddi nar çubuğu"(Z.Rüfətoğlu) Xatun, Şahın oğlu, "Düyməcik"(H.X.Andersen) Düyməcik və s. tamaşalarında rolları ifa etmişdir. 2011- ci ildə Teatr Xadimləri İttifaqında keçirilən ustad qiraətçi Həsən Əbluçun xatirəsinə həsr olunmuş "Hər şeydən yüksəkdir sözün məqamı" müsabiqədə qiraət üzrə II yer ilə təltif olunub. 2013- cü ildən "FƏXRİ MƏDƏNİYYƏT İŞÇİSİ" döş nişanı ilə təltif olunub. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Dera Allah Yar
Dera Yar Allah — Pakistanın Bəlucistan əyalətinin Cəfərabad rayonunun inzibati mərkəzi. Şəhər Kvetta şəhərindən 300 km məsafədə yerləşir. Şəhərə Siyasi Lider Mir Allahyar Xan Xosanın sui-qəsdindən sonra adı verildi.
Dera Yar Allah
Dera Yar Allah — Pakistanın Bəlucistan əyalətinin Cəfərabad rayonunun inzibati mərkəzi. Şəhər Kvetta şəhərindən 300 km məsafədə yerləşir. Şəhərə Siyasi Lider Mir Allahyar Xan Xosanın sui-qəsdindən sonra adı verildi.
Devid Allardis Uebb
Devid Allardis Uebb (ing. David Allardice Webb; 1912[…], Dublin, İrlandiya – 26 sentyabr 1994, Oksford, İngiltərə, Birləşmiş Krallıq) — İrlandiya botaniki. Devid Allardis Uebb toxumlu bitkilər sahəsində ixtisaslaşıb. 1948. Notes Preliminary to a Revision of the Irish Dactyloid Saxifrages. Proc. Royal Irish Academy 51 (B): 16. Webb, DA; MJP Scannell. 1983. Flora of Connemara and the Burren.
Dolxanov Allahverdi
Edqar Allan Po
Edqar Allan Po (ing. Edgar Allan Poe 19 yanvar 1809[…], Boston, Massaçusets, ABŞ – 7 oktyabr 1849[…], Baltimor, Merilend, ABŞ) — ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçisi. Edqar Allan Po Amerika ədəbiyyatında Romantik hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminoloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr vermişdir. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olmuşdur. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir. Edqar Allan Po 1809-cu ilin 19 yanvar tarixində Boston şəhərində aktyor ailəsində anadan olmuşdur.
Edqar Allan Po mükafatı
Edqar Allan Po mükafatı (həmçinin, «Edqar» mükafatı, ing. Edgar), yazıçı Eldar Allan Ponun şərəfinə adlandırılmış, «Amerika detektiv yazıçıları» assosasiyası tərəfindən təqdim olunan ədəbi mükafat. Ən yaxşı roman Amerikan yazıçısının ən yaxşı birinci romanı Ən orijinal üz qapığı Ən yaxşı bioqrafiya Ən yaxşı detektiv Ən yaxşı qısa hekayə Ən yaxşı film Ən yaxşı pyes Rəsmi vebsayt (ing.). «Amerika detektiv yazıçıları» assossaiyasının vebsaytı.
Elbrus Allahverdiyev
Elbrus Allahverdiyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub. 18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır. Elbrus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərir və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. Ağdərədə Ermənistan Silahlı Qüvvələrinin reaktiv artilleriyasını sərrast atəşlərlə susdurur. 1993-cü il 12 iyun tarixində işğalçılar Ağdam üzərinə hücuma keçərkən Elbrus Allahverdiyev düşmənin xeyli canlı qüvvəsini məhv edir və onlar geri çəkilməyə məcbur edir. Ermənistan hərbi hissələrinin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14-də olur.
Elmаr Allahverdiyev
Elnur Allahverdiyev
Elnur Allahverdiyev (şəhid) — Vətən müharibəsi şəhidi. Elnur Allahverdiyev (futbolçu) — Azərbaycan futbolçusu. Elnur Allahverdiyev (deputat) — azərbaycanlı dövlət və siyasi xadim.
Elnur Allahverdiyev (deputat)
Elnur Marat oğlu Allahverdiyev (21 aprel 1978, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999–2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012–2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb. Elnur Allahverdiyev ailəlidir, üç övladı var. Azərbaycan SSR Ali Sovetinin deputatı olan Marat Allahverdiyevin oğludur. Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin Baş direktoru olub. 14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb. 26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell" MMC-nin Müşahidə Şurasının sədri olub.
Elnur Allahverdiyev (futbolçu)
Elnur Allahverdiyev (2 noyabr 1983, Bakı) — Azərbaycan futbolçusu. Elnur Allahverdiyev 1983-cü il, noyabrın 2-də Bakı şəhərində anadan olub. Uşaq vaxtlarından futbolla məşğul olmağa başlayıb. Məktəb illərindən futbola marağı və həvəsi daha da artıb. Bu həvəs ona futbolla peşəkar məşğul olmağına səbəb olub. Azərbaycan millisinin formasını geyinərək (39 oyun), «Neftçi», «Qarabağ», «Şəfa», «Xəzər Lənkəran», «Turan», MOİK, «Qəbələ» kimi klublarda oynayıb Futbola ilk olaraq həvəskar komandalarda oynamaqla başlayıb. 1999-2000-ci illərdə 2 il müddətinə bu cür komandalarda oynayaraq təcrübə qazanıb. Futbolun sirlərinə yiyələnib. Daha sonra «Şəfa» klubuna dəvət alıb. Peşəkar karyerasına da həmin vaxt başlamış olub.
Elnur Allahverdiyev (siyasətçi)
Elnur Marat oğlu Allahverdiyev (21 aprel 1978, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999–2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012–2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb. Elnur Allahverdiyev ailəlidir, üç övladı var. Azərbaycan SSR Ali Sovetinin deputatı olan Marat Allahverdiyevin oğludur. Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin Baş direktoru olub. 14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb. 26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell" MMC-nin Müşahidə Şurasının sədri olub.
Elnur Allahverdiyev (şəhid)
Elnur Allahverdiyev (əsgər)
Elnur Allahverdizadə
Elxan Allahverdiyev
Elxan Allahverdiyev (15 iyun 1960, Bakı) — Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı. Allahverdiyev Elxan Şamil oğlu 15.06.1960-cı il tarixdə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən 2005-ci ilədək "Meridian" MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet" firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex" MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə "Kontinent İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır. Qardaşı Rövşən Allahverdiyev Kapital Bankın İdarə Heyətinin sədridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Elşad Allahverdiyev
Elşad Əhəd oğlu Allahverdiyev (1973) — azərbaycanlı sərbəst güləşçisi. Elşad Zaməddin oğlu Allahverdiyev (1997-2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.
Freya Allan
Freya Allan (tam adı: ing. Freya Allan; 6 sentyabr 2001, Oksfordşir[d], Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə aktrisası. Netflixdə yayımlanan Cadugər teleserialındakı Sintra şahzadəsi Sirilla roluna görə tanınır. Freya Allan Oksfordşirdə anadan olub. Oksfordda Hedinqton Məktəbində təhsil alıb. Bakingemşirdə Bekonsfilddə Milli Film və Televiziya Məktəbində təhsilini davam etdirib. Burada təhsil aldığı dövrdə Mavi quş (ing. Bluebird) və Milad ağacı (ing. The Christmas Tree) qısa filmlərində rol almışdır. Freya Allan Bornmut İncəsənət Universitetində təhsil alarkən Kapitan Firs (ing.
Füzuli Allahverdiyev
Füzuli Allahverdiyev (30 noyabr 1962 və ya 1 yanvar 1963) — futbolçu. 1963-cü il yanvarın 1-də anadan olub. 1980-ninci ildən 2002-ci ilə kimi Kəpəz futbol komandasının əvəzedilməz futbolçusu olub. Kəpəz komandasının tarixində yeganə futbolçudur ki 22-il oynayib. Kəpəzlə 4-dəfə kubok, 3-dəfə cempion, 2-dəfə gümüş, 1-dəfə bürünc medallara sahib olub. Hal hazirda Kəpəzdə köməkçi məşqiçi işləyir.
Fərizə Allahverdiyeva
İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev (12.6.1962–20.1.1990) və Fərizə Çoban qızı Allahverdiyeva (11.8.1970–21.1.1990)) — Qara Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyü. Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur. İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı. İlham 1980–82-ci illərdə Latviyada hərbi xidmət keçir.
Harri Hovard Barton Allan
Harri Hovard Barton Allan (ing. Harry Howard Barton Allan; 27 aprel 1882 – 29 oktyabr 1957, Vellinqton) — Yeni Zelandiya botaniki. Harri Hovard Barton Allan toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. Flora of New Zealand, Volume 1 (1961). New Zealand Trees and Shrubs and How to Identify Them (1928). An Introduction to the Grasses of New Zealand (1936). A Handbook of the Naturalized Flora of New Zealand (1940).
Haşim Əsəd Allah
Haşim Əsəd Allah (ərəb. هاشم أسد الله‎) (d. 15 noyabr 1985, Küveyt şəhəri, Küveyt) — Küveytli aktyor və aparıcıdır. Əl-Rai TV-də 13 ildən artıq müddətdə bir aparıcı kimi çalışır.
Həsənov Allahverdi (əsgər)