AYSEL

-sel şəkilçisi rus dilindəki “ватый” kəlməsinə uyğun məna bildirir. Sifətin dərəcəsini düzəldən -sov şəkilçisi də buradan əmələ gəlib. Göysel kəlməsi rus dilinə “синeватый” kimi tərcümə olunub. Deməli, Aysel “Ay kimi olan”, “Aya bənzəyən” deməkdir. Sel sözünün bir mənası da -ən deməkdir. Digər mənası isə – lı şəkilçisinə uyğun gəlir; tüksel - “tüklü” deməkdir və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

AYSBERQ
AYTAC
OBASTAN VİKİ
Aysel
Aysel - qadın adı. Aysel Əlizadə Aysel Əlizadə (yazıçı) — yazıçı, müstəqil jurnalist.
Aysel (jurnal)
Aysel — 2003-cü ildən 2017-ci ilə qədər fəalliyyət göstərmiş Azərbaycan qadın jurnalı.
Aysel Gürel
Aysel Gürəl (7 fevral 1929, Dənizli – 17 fevral 2008, İstanbul) Türk yazıçısı və teatr aktrisası. Atası aktyor Müjdə Ar, anası kino-teatr aktrisası Mahtab Təmizlən olan Aysel Gürül İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Sənət Tarixi fakültəsinin məzunu olmasına baxmayaraq nəğməkər şair, Türkoloq, ədəbiyyat müəllimi, teatr aktrisası kimi fəaliyyət göstərmişdir. == Yaradıcılığı == Mahnıları arasında dillərdə marş olan Firuzə, Ünzilə, Yalnız Giley, 1945, Nə Döyüşüm Bitdi Nə Sevdam, Dəyərmi?, Sirr, Yolun Başı, Sarıl Mənə, Odla Barıt, Çətin Qadın, Eşq, Yanaram, Vur Ürəyim, Abunə, Zorba Eşq, Dönməyəcəyəm, Ayrıldıq İşdə, Son Dua, Gənclik Başımda Tüstü (Atəş böcəyim), Bilməm Xatırladınmı?, Dəli Balım, Yörük Yaylası, Arabesk var. Aysel Gürel özünü haqqında belə deyir; İki ayrı Aysel Gürel var. Biri parikini taxar, makiyajını edib delimtrak hərəkətlərlə diqqəti cəlb edər və sözü partladar. Səhər qalxdığında qapını çəkib Amerikaya gedə biləcək bir Aysel. Müstəqil, azad bir qadın. Digəri də müəllim şəxsiyyətində, mədəni; bunu çəkinmədən söyləyirəm, çünki mədəniyyət Türkiyədə tamamilə dibə vurdu. Əlifbanı oxuyana, internetin başına oturub yazan çəkənə nə mədəni deyirlər. Mədəniyyət sonsuza qədər oxumaqdan keçər.
Aysel Gürəl
Aysel Gürəl (7 fevral 1929, Dənizli – 17 fevral 2008, İstanbul) Türk yazıçısı və teatr aktrisası. Atası aktyor Müjdə Ar, anası kino-teatr aktrisası Mahtab Təmizlən olan Aysel Gürül İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Sənət Tarixi fakültəsinin məzunu olmasına baxmayaraq nəğməkər şair, Türkoloq, ədəbiyyat müəllimi, teatr aktrisası kimi fəaliyyət göstərmişdir. == Yaradıcılığı == Mahnıları arasında dillərdə marş olan Firuzə, Ünzilə, Yalnız Giley, 1945, Nə Döyüşüm Bitdi Nə Sevdam, Dəyərmi?, Sirr, Yolun Başı, Sarıl Mənə, Odla Barıt, Çətin Qadın, Eşq, Yanaram, Vur Ürəyim, Abunə, Zorba Eşq, Dönməyəcəyəm, Ayrıldıq İşdə, Son Dua, Gənclik Başımda Tüstü (Atəş böcəyim), Bilməm Xatırladınmı?, Dəli Balım, Yörük Yaylası, Arabesk var. Aysel Gürel özünü haqqında belə deyir; İki ayrı Aysel Gürel var. Biri parikini taxar, makiyajını edib delimtrak hərəkətlərlə diqqəti cəlb edər və sözü partladar. Səhər qalxdığında qapını çəkib Amerikaya gedə biləcək bir Aysel. Müstəqil, azad bir qadın. Digəri də müəllim şəxsiyyətində, mədəni; bunu çəkinmədən söyləyirəm, çünki mədəniyyət Türkiyədə tamamilə dibə vurdu. Əlifbanı oxuyana, internetin başına oturub yazan çəkənə nə mədəni deyirlər. Mədəniyyət sonsuza qədər oxumaqdan keçər.
Aysel Məmmədova
Aysel Məmmədova (3 iyul 1989, Bakı) — Azərbaycan müğənnisi. O, "X My Heart" mahnısı ilə Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Aysel Məmmədova 3 iyul 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqi ilə bağlı olub. O, 1995–2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival" (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music Improvisation" (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub. Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Koppaloni və 2015-ci ildə isə Debora C.Karterdən özəl dərslər alıb. Eyni zamanda, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib. Aysel pianoçu, vokalist və bəstəkardır.
Aysel Teymurzadə
Aysel Teymurzadə (25 aprel 1989, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 207 xalla 3-cü yeri tutmuşdur. == Həyatı == Aysel Teymurzadə 25 aprel 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. 9 yaşında incəsənət məktəbinə daxil olmuş, 12 yaşında məktəbin həndbol komandasına üzv qəbul olmuşdur. İdmanla ciddi məşğul olan Aysel eyni zamanda xarici dilləri öyrənməyə başlamışdır. Aysel Teymurzadə alman, ingilis, ispan, rus və türk dillərində danışa bilir. 14 yaşında xoreoqrafiya ilə məşğul olmağa başlamışdır. 2001–2005-ci illərdə Aysel fortepiano dərsləri almışdır. 2004-cü ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında "High School"-a daxil olmuşdur. 2004–2005-ci illərdə Aysel burada təhsil almışdır.
Aysel Əlizadə
Aysel Alim qızı Əlizadə (3 yanvar 1980, Bakı) — yazıçı, jurnalist. "qadınkimi.com" saytının qurucusu. 2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olub. == Həyat və yaradıcılığı == Aysel Əlizadə 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 31 saylı tam orta məktəbi fərqlənmə ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universiteti nəzdində "Gənc İstedadlar" liseyində ali təhsil alıb. Karyerasına 1998-ci ildə ABA TV-də teleaparıcı kimi başlayıb. Space, Lider, ATV, İTV telekanallarında müəllif, aparıcı, bədii rəhbər, rejissor kimi çalışıb. Xitə çevrilən öz sözlərinə yazılmış " Ad günü" adlı mahnı ifa edib. Daha sonra 8 mahnıdan ibarət musiqi albomu işıq üzü görüb.
Aysel Qəribli
Aysel Nizami qızı Qəribli — Azərbaycanlı alim, ən gənc Filologiya üzrə elmlər doktoru (33 yaş), dossent, Türkologiya jurnalının məsul katibi. Azərbaycanda elmlər doktoru elmi dərəcəsini almaq üçün müdafiə edən ən gənc alim. == Həyatı == Aysel Nizami qızı Qəribli 6 mart 1990-cı ildə Qazax şəhərində anadan olub. 2007–2012-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr pilləsində təhsil alıb. 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsində elmi fəaliyyətinə başlayıb, 2013-cü ildə Tətbiqi dilçilik şöbəsinə keçib. 2012–2014-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində magistr pilləsini oxuyub. 2013-cü ildə "Azərbaycan dili qloballaşan dünyada" adlı kitabı dərc olunub. 2014–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsində çalışıb. 2015-cil ildə "Azərbaycan təriqət şeirinin leksikası" adlı kitabı nəşr edilib. 2017-ci ildə "XIX əsr təriqət şeirinin lüğət tərkibi" mövzusunda dissertasiya işini müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb.
Aysel Öndər
Aysel Öndər (24 iyun 2005, Hatay ili) — türk Paralimpiya atleti. Bir çox dünya və Avropa çempionluğu titullarının və müxtəlif dünya, Paralimpiya və Avropa rekordlarının sahibidir. O, T20 kateqoriyasında 400 metr sprint (qısa məsafəyə qaçış) yarışlarında mübarizə aparır. == Həyatı == Aysel Öndər 24 iyun 2005-ci ildə Hatayda doğulub. O, ibtidai və orta təhsilini İzmirdə alıb. Öndər 13 yaşında ikən futbol oynayırdı. Bir gün bədən tərbiyəsi müəllimi Öndəri atletika yarışına aparır və o, iştirak etdiyi bu ilk yarışda birinci yeri tutur. O, daha sonra müxtəlif kros yarışlarında iştirak edib. Atletika üzrə məşqçi Damla Tanın diqqətini çəkib və Tan onu atletikaya cəlb etmək üçün Öndərin ailəsi ilə əlaqə saxlayıb. Futbol oynamağa daha çox həvəsi olduğu üçün o, təxminən bir il və ya il yarım hər iki idman növü ilə eyni vaxtda məşğul olub və daha sonralar atletikanı seçib.
Aysel Özgan
Aysel Özgan (5 may 1978, Giresun) — türk qadın paralimpiya atıcısı. O, 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında iştirak edib. == İdman karyerası == Özganın atıcılıq üzrə idman karyerası 2004-cü ildə Giresunda keçirilmiş Türkiyə Atıcılıq Çempionatı zamanı başlayıb. Dostlarının təkidi ilə o, atıcılıq lisenziyası üçün müraciət etmiş və yarışmada yeganə qadın idmançı olaraq iştirak etmişdir. O, daha əvvəl heç vaxt odlu silahdan istifadə etməmiş olmasına baxmayaraq, ilk cəhdində yarışmanın çempionu olub. O, daha sonra seçmə mərhələlərinə çağırılıb və iştirak etdiyi ilk turnirdən bir il sonra Türkiyənin atıcılıq üzrə milli paralimpiya komandasına seçilib. === 2024 === Özgan 2024-cü ildə Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında P2 kateqoriyası ilə SH1 sinifli atıcılıq yarışında mübarizə apararaq gümüş medal qazanıb.
Aysel Fikrət
Aysel Fikrət (tam adı: Əhmədova Aysel Fikrət qızı; 28 mart 1976, Bakı şəhəri) — Azərbaycanlı yazıçı, dramaturq, ssenarist, müəllim və jurnalist. Azərbaycan Milli Konservatoriyasının (AMK) mətbuat katibi (2023). Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. == Həyatı == Aysel Fikrət 1976-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-1992-ci illərdə orta təhsilini bitirmişdir. O, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ekran Dramaturgiyası fakültəsində təhsil almış və bu təhsili fərqlənmə diplomu ilə başa vurmuşdur. 1997-ci ildən etibarən Azərbaycan Milli Konservatoriyasının tərkibində olan İncəsənət Gimnaziyasında teatr dramaturgiyası fənni üzrə müəllim vəzifəsində çalışır. Aysel Fikrət ailəlidir və iki övladı var. == Ədəbi fəaliyyəti == Aysel Fikrətin ədəbi fəaliyyəti 1990-cı illərin əvvəllərində dövrü mətbuatda çap olunmuş hekayələri ilə başlamışdır. İlk hekayələri oxucular tərəfindən maraqla qarşılanmış və yazıçının ədəbi dünyaya ilk addımlarını atmasına təkan vermişdir.
Aysel Ziyadova
Aysel Ziyadova (12 aprel 2006, Naftalan, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Qəbələ" klubunun, həmçinin Azərbaycanın qadınlar ibarət U19 yığmasının hücumçusu. Bəzi mənbələrə əsasən Aysel Ziyadova U19 millisində bir dönəm kapitan olaraq çıxış etmişdir. == Həyatı və Karyerası == 2018-ci ildən "UGİUM Naftalan" klubunda forma geyinməyə başladı. Daha sonra gənclik karyerasını "Mingəçevir" klubunda davam etdirdi. Bu klubla birlikdə 2021-2022 sezonunda U17 liqasının ən yaxşı oyunçusu seçildi. 2022-2023 sezonunda "Şəmkir" klubunda forma geyinmişdir. 2023-cü ildən etibarən "Qəbələ" klubunda forma geyinməyə başladı. == Milli Karyerası == 2023-cü ildən etibarən Azərbaycanın qadınlardan ibarət U19 millisində çıxış etmişdir.
Aysel (film, 1998)
Aysel — qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Əlizadə tərəfindən 1998-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film bəstəkar, əməkdar incəsənət xadimi Oqtay Zülfüqarovun yaratdığı uşaqlardan ibarət "Aysel" ansamblına həsr olunub. == Məzmun == Film bəstəkar, əməkdar incəsənət xadimi Oqtay Zülfüqarovun yaratdığı uşaqlardan ibarət "Aysel" ansamblına həsr olunub.
Aysel (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Aysel Əlizadə (yazıçı)
Aysel Alim qızı Əlizadə (3 yanvar 1980, Bakı) — yazıçı, jurnalist. "qadınkimi.com" saytının qurucusu. 2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olub. == Həyat və yaradıcılığı == Aysel Əlizadə 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 31 saylı tam orta məktəbi fərqlənmə ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universiteti nəzdində "Gənc İstedadlar" liseyində ali təhsil alıb. Karyerasına 1998-ci ildə ABA TV-də teleaparıcı kimi başlayıb. Space, Lider, ATV, İTV telekanallarında müəllif, aparıcı, bədii rəhbər, rejissor kimi çalışıb. Xitə çevrilən öz sözlərinə yazılmış " Ad günü" adlı mahnı ifa edib. Daha sonra 8 mahnıdan ibarət musiqi albomu işıq üzü görüb.
Always (Aysel və Arəş mahnısı)
Always (azərb. Həmişə‎) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Aysel Teymurzadənin ifa etdiyi mahnıdır. Mahnının bəstəkarı və sözlərinin müəllifi tanınmış İran və İsveç ifaçısı Arəşdir. Mahnıda solo tar partiyasını tanınmış tarzən, Azərbaycan Respublikasının əməkdar artisti Sahib Paşazadə ifa edib. == Seçim == İngilis dilində yazılan "Always" fevralın 5-ində təklif olunmuş 30 mahnı arasında İctimai TV tərəfindən seçilmişdir. == Münasibətlər == "Always" mahnısı və müğənnilərinə tənqidi fikirlər də mövcuddur. Bəstəkar Eldar Mansurovun fikrincə, həm mahnı, həm müğənnilərlə bağlı seçim səhvdir: "Mən Araşı və Ayseli tanımıram. Ehtimal ki, Aysel zəif müğənni olduğu üçün Araşı ona qoşublar ki, daha uğurlu olsun. Amma sonra Araş öz yoluna davam edəcək. Ancaq bununla kimi aldatmaq istəyirlər" Onun fikrincə, "Always" mahnısında milli elementlər yoxdur.

Значение слова в других словарях